Reklam verin!
AzeriBlog

Oldum sənə heyran ay XəbərNamə

Yazar: Fərhad @ Yanvar 17, 2010 20:56

XəbərNamə İnternet aləmində indi Azərbaycanda internet yavaş yavaş inkişaf olandan sonra çoxlu layihələr yaranıb. onların çoxları Aznetdə internet həvəskarlarının zövquna düşüb marağların qazanıblar və demək olar ki uğurlu bir layihə olublar amma bəziləridə var ki internet həvəskarlarının gözlərindən uzaq qalıb. misal üçün mənim bu gün təqdim etmək istədiyim XəbərNamə (XeberName.com) saytı.

XəbərNamə necə bir saytdır? bunun üçün ən qısa və yaxşı tərfif elə saytın ozündə mövcuddur: “Bu ‎layihə Azərbaycan internet məkanında ilk anadilli, milli layihədir ki, internetdə mövcud olan ‎ana dilli resursların daha da inkişaf etdirilməsinə və dilimizin internet məkanında sürətlə ‎yayılmasına şərait yaradacaqdır.‎

Bunu belə izah etmək olar ki: internetlə gündə saatlarla məşğul olan şəxslər, rast gəldiyi ən faydalı, marağlı və səviyyəli xəbərlər, fotolar, videolar, maqələlər, yazılar və başqa materyalları ən rahat yolilə saytın başqa istifadəçiləri və ziyaratçılarila paylaşa bilərlər.

Və ondan sonra kimsə istəsə günün internetdəki ən marağlılardan xəbərdar olsun, onları bir yerdə münəzzəm bir şəkildə XəbərNamə saytında tapa bilər.

İş burada bitmir! saytın istifadəçiləri xəbərləri yeni xəbərlər bölməsində oxuyub bəyəndikləri zaman ona bir + səs verə bilərlər və təbi ki əks halında mənfi səs. ən çox səs qazanan xəbərlər saytın əsas səhifəsinə düşür və o xəbəri göndərən istifadəçiyə saytda aktiv fəaliyyət gösdərdiyi üçün kredit verilir. hər hansı istifadəçinin kreditləri çox olsa sayta çox xəbər göndərə bilər və çox səs verə bilər.

İstifadəçilər xəbərlərə səsdən əlavə şərhdə yaza bilərlər və saytın sadə olan forumunda xəbər mövzusu və başqa xəbərlər və mövzular haqqında ətrafli müzakirə edə bilərlər.

Saytda xəbərin yayılması, xəbərin məqsədi olan səhifiyə çoxlu ziyaratçı göndərir. və demək olur ki bu bir keyfiyyətli pulsuz reklamdır. ona görə ki səviyyəsiz xəbərlər müxtəlif səbəblərə görə mənfi səs toplayırlar, heç zaman əsas səhifiyə düşmürlər. və bu o deməkdir ki sayt istifadəçiləri əgər reklam fikrindədilər gərək yaxşı cavab almaq üçün faydalı və marağlı xəbərlər sayta göndərsinlər. o xəbərlər ki öz sayt ya bloqlarına aiddir və ya dost tanış və yaxud tanınmıyan bir şəxsin saytına.

XəbərNamədə qeydiyyatdan keçib aktiv olaraq xəbər göndərən şəxslərin sayı çox olsa, mütləq saytın səviyyəli xəbələrin sayı artacaq və xəbər mənbələrinində ziyaratçıların sayıda həmçenin artacaq.

Sayt və blog sahibləri öz bloqları və saytlarında yazıların sonunda XəbərNamə saytının işarəsini yerləşdirə bilərlər (necə ki mənim bloqda yazıların altında var) və kimsə yazını bəyənsə dərhal o işariyə kilk edərək yazını xəbərnamə saytına göndərə bilər.

Buna görə bloqçular və sayt sahiblərinə tövsiyə edirəm ki XəbərNamənin işarəsin bloqlarının yazılarının sonunda yerləşdirsinlər.

XəbərNamə çox əla bir layihədir əgər onun istifadəçiləri saytda aktiv olsalar Azərbaycan internetində misalsız xəbər portalı ola bilər.

Həyat sadədir, onu özümızə çətin etmiyək

Yazar: Fərhad @ Yanvar 8, 2010 0:38

Həyatda çox şeylər bizlər üçün rahatdır amma elə təsəvvür edirik ki çətin olanlar rahatlardan çoxdur. bəzi işlərdə bizlər üçün çox asan gəlir amma başqaları üçün çox çətindir. həyatda uğurlu yaşamaq üçün gərək çətinlərlə mübarizə edək.

Bu neçə şəkildə görəcəksiniz ki başqalarına olan çətin işlər necə sonra rahat olur...

 

Davamı...

Çin səfərindən bir neçə şəkil

Yazar: Fərhad @ Yanvar 5, 2010 21:40

2009-cu ilin Noyabr ayında Çin ölkəsində bir 20 günlük kursda iştirak etmişdim. bu yazımda, səfərdən çəkdiyim bir neçə şəkili yerləşdirirəm:

 Fərhad Əsgərzadə

Çinin milli müdiriyyət məktəbində
Davamı...

Spamlar məsələsi

Yazar: Fərhad @ Yanvar 4, 2010 9:32

Keçən aylarda AzəriBlog sisteminin problemlərinin biri bloqlarda Spam şərhlərin çox sayda peyda olunmasıdır. əvvəldə lazim bilirəm bu barədə bir az izah edim:

Spam Şərhlərdə olan Spamlər Bloq Spam adıla tanınırlar, belə spamlar umumən avtomat olaraq robotlar vasitəsilə bloqların yazılarına müxtəlif fasilələrdə göndərilir. Spamların ortsaında bir az məlumat yayılır və umumən keçidli olur. ona görə ki müxtəlif bloqlar və saytlar bir sayın çox sayda keçidlərin olması o saytın axtarış sistemlərdə rütbəsinin yüksəlməsinə səbəb olur. və buna görə çoxlu sayt adminlər hətta pul ödeyirlər ki belə spam göndərən scriptlərin alsınlar.

Spam problemi bütün saytlar və sistemlərdə olur amma hər sis

İlk dəfə belə spamlərin AzəriBlog sistemində peyda olunma zamanı, elə düşündük ki problem bizim təhlükəsizlik kodlarımızdandır. buna görə iki dəfə kodların şəkilin dəyişdik. bu addım bir az spamların qarşısın aldi amma nəsə sonradan genə bu problem tapildi!

Dünən gecə bloqların birindən 100, və birindən 168 Spam şərhi sildim. birində şərhlərin sayı çox oldıqı üçün dəymədim çünki vaxtım yoxidi. düşünürəm ki istifadəçilərdə belə əziyyətləri çəkirlər bəlkədə çox, və buna görə üzr isteyirəm.

İstifadəçilər necə etsinlər?

Spamlar bloqda yerləşən köhnə yazıların biri və ya ikisinə düşür buna görə hələlik problemin həl etmə yolları istifadəçilər üçün bu yollar ola bilər:

1- Yazının şərh bölməsini qapaldın. Spamlar bir iki yazıya daxil olur ona görə o yazını arxivinizdə tapın sonra düzəlt düyməsi üstə basıb yazının şərh yazma imkanın qapaldın.

2- Əgər bir yazıya düşən spamların sayı çoxdursa, o yazını arxivdə seçin yazıya daxil olub onu copy edin. sonra yazını silin. və yenidən həmin yazını bloqınıza əlavə edin. yazı əvvəlki tarixə düşmək üçün  yazının sonunda yazının Dərc olunma tarixi olan yerdə yazının əvvəlki tarixin əlavə edin.

AzəriBlog nə etməlidir?

Amma kökdən bu problemi həll etmək bizim vəzifəmizdir ona görə tezlikcə bu işi görəcök ki avtomat olaraq bütün bloqların yazılarının şərh hissəsi 2 həftə yazının dərc olunmasından sonra qapalansın. bəzən olur ki 2 il bundan öncə bir yazı yazılib və arxivə düşüb indi o yazıya şərh yazma elədə düzgün deyil. (bu iş gələn 3-4 gündə olacaq və xəbəri saytın rəsmi xəbər bloqunda yazılacaq)

Əgər kimsənin başqa fikri varsa, problemi həll etmək üçün başqa yol bilirsə, lütfən bizə bildirsin və kömək etsin.

AzəriBlog problemləri və istifadəçilər

Yazar: Fərhad @ Yanvar 3, 2010 13:22

Neçə vaxtidi ki AzəriBlog saytında texniki cəhətdən çoxlu problemləri yaranmışdi və onların həl olunması çoxlu vaxt apardi. demək olar ki AzəriBlog saytı pullu olan zamandan saytın problemləridə başladı. və buda düz olaraq istifadəçilərimizin əsəbləşməsinə səsəb oldu. saytın yenidən serverin dəyişmə çox vaxt apardı. yeni il qabağidi və iş adamların tapmaq çətin və ondan əlavə mənim cebim boş amma nəsə allah bəzi dostların köməyi olsun. köməylik etdilər borc verdilər, yeni serveri aldıq və iş adamın tapıb saytı yeni serverə köçürməyə başladıq. nəhayət ki bu gün sayt bütün bloqlarıla birlikdə yeni severdə işlədi.

bir az problemlərdən uzaqlaşandan sonra vaxt tapdım ki bəzi dostların, istifadəçilərin bloqlarına baxım:

Davamı...

Azərbaycanda 3G

Yazar: Fərhad @ Yanvar 3, 2010 9:14

artiq neçə vaxtdır ki Çindən qayıtmışam. və qayıdandan sonrada başım ailə və AzəriBlog serverilə qarışmışdı. dedim bu gün üçün testdə olsa bir yazı yazım!

Neçə gündür ki TVdə Azərbaycanda 3G texnologiyası reklam olunur. Türkiyədən gələn texnologiya çox əladır və demək olar ki bu yeni imkan gəncləri çox çox sevindirəcək. 

İnşallah bütün texnologiya yeniliklər çox qısa zamanda Azərbaycana gəlib bizləridə sevindirər.

 

Fərhad Çində

Yazar: Fərhad @ Noyabr 11, 2009 19:58

20 günluk Çin səfərim sabahdan başlıyacaq.

Bir kursda iştirak etmək üçün sabah 20 günluk Çinə gedəcəm. Mütləq sayta baxıb, məktublara cavab yazacam. amma gündə 1-2 saat bunun üçün vaxt ayıra biləcəm.

Çin

vaxtım olsa Çindən bir neçə yazı yazaram.

Reklamlar içindəki seriallar!

Yazar: Fərhad @ Oktyabr 30, 2009 8:47

Bəzən Türk Kanallarında müxtəlif seriallar o cümlədən ən çox marağlandığım Kurtlar Vadisi Pusu və Lost kimi seriallara baxıram. amma nə qədər serial marağlı olsada serial arasında 5-6 dəfə serialı saxlayıb uzun zamanlı reklam nümayiş etmək adam belə təsəvvür edir ki əsas verliş Reklamdır və reklamların arasında biz az sarial nümayiş olunur.

Ondan əlavə serialdan 1-2 dəqiqə sona qalan  zaman onu saxlayıb reklam nümayiş etmək daha adamı əsəbləşdirir!

 

  Yazılar cəmi: 318    Sonrakı səhifə »