Reklam verin!

Prodüserlər Britney Spearsla işləməkdən imtina edirlər

Yazar: Fərhad @ Sentyabr 24, 2007 10:16

Britney SpearsPop ulduzu Britney Spearsin prodüserləri onunla əməkdaşlıqdan imtina ediblər. Onlar işə yalnız bir ay əvvəl başlamışdılar.

Los Anjelesdə mənzillənən Firm şirkətinin bəyanatında deyilir ki, Britney ilə peşəkar münasibətlərə son qoyulub.

"Bizə elə gəlir ki, o, olduqca istedadlıdır. Amma mövcud vəziyyət işimizi lazımınca görməyə imkan vermir."

Eyni zamanda müğənni öz vəkili Loru Basseri işdən çıxarıb. O, Britneyi əri ilə uşaqları üstündə yaranmış məhkəmə işində təmsil edirdi.

Bu işdə şahid kimi pop ulduzunun cangüdəni də ifadə verib. Vəkilin sözlərinə görə, Toni Baretto müğənninin ictimai yerlərdə davranışına, spirtli içkidən istifadəsinə və uşaqları ilə rəftarına dair ifadə verəcək.

Britney Spears Toni Barettonu işə mart ayında alıb. Amma o, iki aydan sonra işdən çıxarılmışdı.

Barettonun vəkili iddia edir ki, cangüdən işini ona görə itirib ki, müğənninin papağını qaldırmaq xahişini eşitməyib.

Mənbə: BBC 

 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha