Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Dəyərli və Faydalı yazılar

Blog yazmaq və blog sistemin idarə etmək çox çətin bir işdir. mən bu çətinliyin qəbul edərək bu işə daxil olmuşam. blogların fəaliyyətinə nəzarət edib və sistemi həmişəlik online saxlamaq və sistemidə yenilik və yeni imkanlar əlavə etmək mənim bəzi işlərimdir.

çox günlər neçə saatlar vaxtım bloglarda sərf olur. bəzi istifadəçilərin blogların və ya yazıların görən zaman özumdən zəhləm gedir və blog işinin uğurlu olmamağına fikirləşirəm. çunku bəzilər bloglarında çox amator dəhşət işlər görirlər ki blogları nə bloga oxşayır nə sayta. yazılarıda adamın zəhləsin qaçırdır. qalın fontlardan istifadə edib çox pis rənglərdən yazıları üçün istifadə edirlər. bu omların qərarıdır və mənə daxlı yoxdur!

Amma bəzi bloglarda bəzən bəzi yazılar görəndə bütün  narahatçılıqlar, əziyyətlər və çətinliklər yaddan çıxır. misal üçün Ramin Həsənəlizadənin bir yazısıdır: Bloqu necə tanıtmalı

çox əla bir yazıdır. yazını elə bəyəndim ki saytın əsas səhifəsində ona reklamla keçid verdim. gün o gün olsun ki AzəriBlogda belə bloglar və beləa yazıların sayı gün-bə-gün çoxalsın.

 

Yazar: Fərhad @İyul 23, 2008 12:58
Blog Dünyası | Şərhlər(0)
Baxış sayı: 3
Açar sözlər: blog ramin dəyərli faydalı yazılar 
Bookmark and Share

AzəriBlogın fəaliyyətindən bir il keçdi

İlk pulusz Azərbaycan blog sistemi olan, AzəriBlogın fəaliyyətindən artıq bir il keçdi. və bu gün AzəriBlogın ad günüdür. bu yazını mən AzəriBlogın ad gününün ilk saatında və dəqiqələrində yazıram. necə ki bir il bundan öncə AzəriBlog sistemində ilk yazını yazmışdım.

keçən il mənim üçün çox əla bir il oldu. necə ki keçən il yəni AzəriBlogın ilk il fəaliyyətində çoxlu dərslər aldım, təcrübələr qazandım və hamısından önəmli özimə çoxlu dost qazandım.

Keçən ildə AzəriBlogu nümrə 1 və faydalı sayt etmək üçün çalışdım, maddi ehtiyaclara baxmiyaraq saytın güclü işləməyi üçün əlimdən gələni etdim və yeni il fəaliyyətində, ilk ildəki təcrübələrdən istifadə edərək,  saytın imkanların genişləndirmək üçün çalışacam.

Əlbəttə bunu qeyd etməliyəm ki işlərin çoxun etmişəm və ən qısa zamanda sistemdə yeni stillər, yeni imkanlar və saytın yeni dizaynına şahid olacaqsınız. və bunların hamısı inşallah 2-3 ay ərzində reallaşacaq və sayt beta versiyasından çixacaq.

Ümidvaram ki AzəriBlog illər boyu güclü surətdə fəaliyyətinə davam etsin və gün-bə-gün genişlənsin və inkişaf olunsun. bunların hamısı sistemin dəyərli istifadəçiləri və onların dəstək və köməklərilə mümkun olcaq.

Bu barədə digər bloglardan:

Yazar: Fərhad @İyul 21, 2008 0:09
Azəri Blog | Şərhlər(4)
Baxış sayı: 34
Açar sözlər: azeri-blog dəstək ad-günü inkişaf 
Bookmark and Share

Qızım Mitra

Mitra Asgharzadeh
 
Qızım Mitra iki gündur eynək vurur! ona eynək çox yaraşır amma onun üçün eynək çox tezidi!

Yazar: Fərhad @İyul 12, 2008 12:59
Fotolar | Şərhlər(7)
Baxış sayı: 75
Açar sözlər: mitra qızım eynək 
Bookmark and Share

Bloglarda şərh yazağ, ziyaratçi qazanaq.

şərh yazınBloglar söhbətlərdən ibarətdir. Blogların çoxu (hansı sistemdən istifadə ‎etdiyinə baxmiyaraq) yazıların sonunda blog ziyaratçılarına şərh yazmaq ‎imkani verirlər. Adətən şərh yazan zaman lazimdir ki adınızı, E-mail ‎unvanızı və blogınızın unvanın yazıb sonra yazı haqqında bir şərh yazaraq ‎öz fikrinizi bildirəsiniz. ‎

Sizin şərhi yazı haqqında blogçu oxuyan zaman, sizin haqda blog idarəçisində bir hiss ‎yaranacaq və istiyəcək ki bilsin bu şərh yazanın öz blogu necədir və buna ‎görə sizin blogın keçidi üzərinə tiklayıb sizing blogdan ziyarat edəcək. ‎əgər şərh yazdıqınız blog bir popular blogdırsa, blogın digər ziyaratçıları ‎sizin şərhiniz üstə tiklayib blogınızdan ziyarat edəcəklər və siz beləliklə çoxlu ‎ziyaratçi qazanacaqsız.‎

Bloglarda şərh yazan zaman  diqqət edin ki şərhiniz yazı haqqında sizin ‎fikrinizi bildirsin və şərh yazdıqınız yazının davamında olsun. əgər yazı ilə ‎əlaqədar bir şərh yazmiyasız,  mütləq sizin şərh blog idarəçisi tərəfindən bir spam kimi tanınıb və ‎silinəcək və kimsə sizin şərhi oxumuyacaq və bu vasitə ilə blogınıza ‎ziyaratçi qazana bilmiyəcəksiz.

Yazar: Fərhad @İyul 12, 2008 12:24
Blog Dünyası | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər: şərh blog ziyaratçi 
Bookmark and Share

Elektron poçt İmzaları və blogımız

Bəzi Texnikalar var ki onları bilmək  bizim blogımıza minlərlə unikal ziyaratçi ‎göndərəcək. bloga trafik qazanmaqdan söz gedən zaman hər hansi texnik minlərcə yox ‎əgər yuzlərcədə ziyaratçi bizim bloga qazansa, demək olar ki çox əla bir texnikdır.‎

Anlayış: İndi bu əsrdə internet istifadəçilərdən siz  kimsəni tanıyırsınız ki, elektron ‎poçtdan istifadə etmir?  bu sualın cavabı adətən "xeyr" dir.‎

Elektron poçt bu günlər əlaqə saxlamaq üçün çox popular bir vəsilədir. əgər siz bankda işleyirsiniz, müvəkkilsiniz, şəbəkə ‎layihəçisiniz, logistika meneceri və ya … , mən əminnəm ki, sizin gününüzün ən azı ‎‎10%i elektron poç göndərmək və elektron poçtlara cavab verməklə keçirilir.‎

Elektron poçt İmzaları


Əgər bu bir həqiqətdir, niyə bu həqiqətdən öz xeyrimizə istifadə etmiyək! elektron poçt ‎imzamızda blogımıza bir keçid vermək və blogımızın unvanın yazmaq ilə blogımızı əlaqə ‎saxladıqımız şəxslərə təqdim edirik və blogımıza bəzi yeni ziyaratçi qazanırıq. O ‎ziyaratçılar ki əgər bizim blogımızla ilk dəfə maraqlansalar, bizim blogın dayimi ‎ziyaratçısi olacaqlar. ‎

Bu yol ilə qazanılan ziyaratçının sayı, bizim gündə neçə nəfərlə E-mail ilə əlaqə ‎saxlamaqımız və elektron poçt mesajlarımızın sayından asılıdır. ‎

Yazar: Fərhad @İyul 11, 2008 10:55
Blog Dünyası | Şərhlər(0)
Baxış sayı: 36
Açar sözlər: elektron poçt imzaları blogımız ziyaratçi 
Bookmark and Share

Bu xanımın 52 yaşı var!

Amparo Grisales

 
Amparo Grisales Sentyabr 19, 1956 da, Kolumbiya ölkəsinin Manisales şəhərində  doğulub. O məşhur Kolumbiyalı aktrisa və modeldir. O oynadığı rolları üçün çox məşhurdur. 
 
Maşallah göz dəyməsin çox yaxşı qalıb! görəsən nələr yeyib içir belə gözəl və gənc qız kimi  qalıb. heç 52 yaşlı qadına oxşamır, Amma əslində 52 yaşı var. mən çox maraqlandım və o barədə çoxlu məlumat tapdim.
 
Xanım belə cavan qaldığı üçün çox məşhudu və o barədə müxtəlif xəbərlər dünya ölkələri saytları və bloglarında yazılıb.

 
Amparo Grisales
 
Ətraflı Məlumat
 
Daha çox şəkilləri
 

Gözel qızlar  kızlar 

Yazar: Fərhad @İyul 5, 2008 17:10
Şou-biznes | Şərhlər(0)
Baxış sayı: 140
Açar sözlər: amparo-grisales qadın gözəllər 
Bookmark and Share

İnternet reklamında yeni bir rekord

Reklam - advertisment2008-cü ilin May ayında IABnın verdiyi raporta görə ABŞ-da internet reklamının qazancı 2007-ci ilə nisbətdə 25% artıb və 21.2 milyard dollara yetişib.

2006 və 2007-ci illərin internet reklam müqaisəsi əsasən 2006-cı ildə internet reklamının qazancı ABŞ-da 16.9 milyard dollar imış amma keçən ildən yəni 2007-ci ildə 21.2 milyard dollar olub və 25% yüksəlib. Və beləliklə internet reklamı müxtəlif vasitələrlə gedən reklamlar arasında keçən ilə nisbətən yüksək yerə nail olub və 287 Milyard dollarlıq reklam bazarından 21.2 Milyard dollara sahib olub.

2006-cı il ilə müqaisədə, Açar sözlər reklamı (Misal üçün Google şirkətinin tıqlama əsasən reklamı) 2007-ci ildə ən çox yüksəlişə nail olub. Və elanlar reklamı demək olar ki, azalıb. Həmçinin açar sözlər reklamı 41% internet reklamlarının qazancını özünə aid edib və ondan sonra Banner reklamı 21% ilə ikinci yerə malikdir. Ən maraqlı nəticə bu muqaisədə bundan ibarətdir ki, E-mail reklamı yalnız 2 % internet reklamlarından özünə aid edib!

Yazar: Fərhad @İyul 4, 2008 18:26
İnternet, Reklam | Şərhlər(0)
Baxış sayı: 23
Açar sözlər: rekord reklam internet internetdə-reklam reklamçılıq 
Bookmark and Share

BlogRolling nədir?

BlogRollingBlogRolling sizin blog və saytınız üçün keçidləri bir yerdə idarə etmək imkanın verən bir sistemdir.

Bəzi blog sistemlərində digər bloglar və saytların keçidlərin əlavə etmək üçün imkan yoxidi və ya yoxdur, və blog istifadəçisi hər bir blog ya sayta keçid vermək üçün blogın HTML kodlarında dəyişiklər etmək məcburiyyətində olurdu. bu problemi həll etmək üçün neçə il bundan öncə BlogRolling sistemi yarandi.

Bu sistemdə qeydiyyatdan keçəndən sonra, sisitemin kodunu (bir xət Java kodu) blogınızda yerləşdirməlisiz. həmçenin yeni bloglar və saytlara keçid vermək üçün bu sistemdəki hesabınıza daxil olmalısız. demək olar sistem çox sadədir və bir az İngilis dilin bilənlər sistemlə çox rahat işliyə biləcəklər.

Qeyd edim ki: indi AzəriBlogda keçid vermək üçün iki imkan var: biri Dost Bloglar adında, ki blogçulara imkan verir AzəriBlog sistemində olan blogları çox rahat surətdə öz bloglarına dost kimi əlavə edib, keçid versinlər. və digər imkan Keçidlər adında ki istifadəçilərə imkan verir, digər sistemlərdə olan bloglar və ya saytlara keçid versinlər. bunlar hamısı istifadəçi hesab panelindədır və digər saytda qeydiyyatdan keçib və keçidləri idarə etmək lazim deyil.

Bu imkanlar AzəriBlog sistemində ola ola BlogRolling sistemin blogımda təqdim etməkdən məqsədim nədir?

 Hot BlogsBlog rolling sistemi vasitəsilə sizlər digər dillərdə olan bloglar və saytlar ilə keçid dəyişə bilərsiz. blogınız yenilənən zaman digər saytlar və bloglarda bu sistemlə sizə keçid verən saytlarda sizin blogın yenilənməsi məlum olacaq. və ondan əlavə əgər sizin bloga bu sistem ilə çox keçid verilsə, blogınız bu sistemin ən isti blog siyahisinə əlavə olacaq. Blogın bu listdə əlavə olması səbəb olacaq ki gündə dünyanın müxtəlif ölkələrində minlərcə ziyaratçi sizin bloga daxil olsun və bu sizin bloga bir uğurdu.

Məndə blogımla bu sistemdə üzv olub neçə blogı listimə əlavə etmişəm və onlara keçid vermişəm kodu blogımda yerləşdirmişəm və keçidlər blogımda keçidlər bölümünün altında yerləşib. AzəriBlog istifadəçilərindən kimsə bu sistemdə üzv olan zaman mənə xəbərdarlıq etsin ki məndə onların blogların listimə əlavə edim və keçid verim və barter surətdə əlbəttə onlarda mənə keçid versinlər. beləliknən mən əminəm bizim bloglarımızın çox sayı bu siyahiyə düşəcək və bloglarımızın "Google Page Rank"i artacaq və blogımıza çoxlu ziyaratçi göndərəcək.

Yazar: Fərhad @İyun 29, 2008 15:30
Blog Dünyası, Blog alətləri | Şərhlər(1)
Baxış sayı: 113
Açar sözlər: blog blogrolling keçidlər keçid link 
Bookmark and Share

2009-cu ildə internet yeni domen adları olacaq!

İnternet istifadəçiləri tezlikcə qadir olacaqlar öz saytları üçün yeni domen adları, misal üçün .love , .paris .bank kimi adlardan istifadə etsinlər.

Domain

Yahoo! saytının verdiyi xəbərə əsasən, internet Adlar və Saylar təyin edən Korporasiyası ICANN elan edib ki 2009 uncu ildə internetdə yeni Domain (Domen) adları olacaq.

Yazar: Fərhad @İyun 29, 2008 13:02
İnternet | Şərhlər(0)
Baxış sayı: 45
Açar sözlər: domain yahoo icann internet 
Bookmark and Share

Var Mısın Yok Musun Oyunu

Tütkiyənin Show TV kanalının ən çox izliyənçi şou proqramının oyunun onlayn internetdə oynayın.

 Acun - Var Mısın Yok Musun

 

Var mısın Yok musun

 

Online flash games

Yazar: Fərhad @İyun 28, 2008 20:03
Oyunlar | Şərhlər(2)
Baxış sayı: 71
Açar sözlər: var-mısın-yok-musun oyun flash oyunlar acun 
Bookmark and Share

Brooke Hogan şəkilləri

Brooke Hogan
 

Qız şəkilləri 

 

 Brooke Hogan

Başlar xarabdi e buların. gör necə modela özünə düzəldib Şən

 Brooke Hogan

 

Digər Fotolarına burdan baxın

Qız  qızlar gözəl qızlar gozel qizlar

عکس دختر دختر زیبا

Yazar: Fərhad @İyun 28, 2008 17:44
Fotolar | Şərhlər(0)
Baxış sayı: 332
Açar sözlər: brooke-hogan-resimleri resimler şəkillər qız-şəkilləri 
Bookmark and Share

Blog Katalog!

Blog catalogBlogCatalog (ya BlogKatalog) blogçular üçün sadəcə bir sosial şəbəkələşmədir. Bu sayt həmçinin internetdə ən böyük blog direktorudur. Əgər siz bloglar arasında axtarış üçün müraciət etsəniz, blogçular ilə birləşmək istəsəniz, blog yazmaq haqqında daha çox öyrənmək lazimdir və ya siz öz blogunuzu inkişaf edib və çoxlu ziyaratçı qazanmaq fikrindəsinizsə, BlogCatalog sizə bu yöndə yardımçı olacaq.

Bu saytda qeydiyyatdan keçib özünüzə bir hesab açın və hesabınızda blog və ya bloglarınızı qeyd edin. Bloglarınız Azərbaycan blogları direktorusuna əlavə olacaq və dünyanın hər yerindən Azərbaycan blogu axtaran şəxslər sizin bloguda nəticələrdə tapacaqlar.

Blogunuzun siyahıya əlavə olmağı blogun məşhur olınmasına və məşhur axtarış sistemi Google dən Page Rank (Səhifə səviyyəsi) qazanmağa da kömək edəcək. 

Bundan əlavə  saytda üzv olan digər blogçularla əlaqə saxlaya və özünüzə yeni blogçu dostu Azərbaycandan və ya digər ölkələrdən qazanacaqsınız. Və həmçinin bu sayt sizə bəzi Widgetlər verir ki, onu blogunuzda yerləşdirərək, sizin saytdakı profiliniz və digər fəaliyyətləriniz haqqında blogunuzun ziyarətçilərinə geniş məlumat verəcək.

Blog katalog saytında qeydiyyatdan keçmək üçün tiklayın.

Sistemdə hesab açandan sonra məni də öz dostlarınıza əlavə edin. Bloglarımızı saytda favoritəmizə əlavə edək və bloglarımızın rütbəsini  bu sistem sayəsində çoxaldaq! (Mənim profilim)

Qeyd etmək lazimdi ki saytda Azərbaycanlı blogların sayının az olduğu üçün Azərbaycan dili blog dillərində mövcud deyil! (Erməni dili var). Mən saytın rəhbərinə bu barədə təklif göndərib,  istəmişəm ki, Azərbaycan dilində blog dilləri siyahisina əlavə etsinlər. İnşallah bu yöndə uğurlu bir cavab alarıq.

Azerbaijani blogs - Blogs in Azerbaijan

Yazar: Fərhad @İyun 28, 2008 14:35
Blog Dünyası, Blog alətləri | Şərhlər(9)
Baxış sayı: 83
Açar sözlər: blog catalog sosial şəbəkələşmə blog-direktoru 
Bookmark and Share

Azərbaycanın yemək blogları!

AzəriBlog istifadəçilərinin çoxu EsmaNurun annesinin dadlı dadlı yeməklərin "Yaşasın Yemək Yemək" adlı blogında görublər və Ayşə xanımın hazır etdiyi ən ləziz Az'rbaycan yeməkləri ilə tanış olublar.

Dünən bloglar arasında seyr edən zaman digər Azərbaycan yemək blogıla tanış oldum. "Farida’s Azerbaijani Cookbook",  Bu blogda Farida xanım Azərbaycan yeməklərin İngilis dilində təqdim edir. farida xanımında yeməkləri şəkillərdə məlum oldığı kimi ləziz və dadlı yeməkdilər.

 Azerbaiajni foods

Dadlı dadlı Azərbaycan yeməkləri

Yazar: Fərhad @İyun 28, 2008 12:46
Blog Dünyası | Şərhlər(4)
Baxış sayı: 48
Açar sözlər: yeməklər foods azerbaijani-foods cookbook 
Bookmark and Share

Blogımın müxtəlif stilləri!

Bu günlərdə blogımda müxtəlif stillər görirsiniz və stillərin tez tez dəyişməyinə şahidsiz. Bu stillərin hamısın əziz AzəriBlog istifadəçiləri üçün hazırlayıram. İnşallah tezlikcə 40 ən gözəl və Web2 stilləri sistimə yeni imkanlarla bərabər əlavə olacaq və umum istifadiyə veriləcək.

Yeni istillər  SEO və Web2 istandardlarılə uygündur, və demək olar ki blogın yazılarının ən qısa zamanda axtarış sistemlərdə yerləşməsinə səbəb olacaq və blogların PR artmasına kömək edəcək . 

Yazar: Fərhad @İyun 27, 2008 22:28
Blog Dünyası | Şərhlər(9)
Baxış sayı: 161
Açar sözlər: stillər blog-stilləri blog imkanlar 
Bookmark and Share

Bomba istifadəçılərimiz!

AzəriBlog idarə heyəti olaraq istifadəçilərlə əlaqə saxliyam və blogçulara ehtimali problemlərdə əlimdən gələn köməkləri edirəm. amma bəzən bəzi maraqlı və gülməli məktublarda istifadəçilərdən alıram.

Bu yazıda onların birin sizinlə şərik olmaq istiəm:

Bir istifadəçi sistemdə üzv olmaq üçün qeydiyyatdan keçib və təbii ki ona aktivlik kodu E-mail ünvanına gedib. dostumuz mənə aktivlik kodu alandan sonra belə cavab yazıb göndərib:

 " Helelik isim var cavab vererem sonra!!!

Yazar: Fərhad @İyun 23, 2008 0:29
Blog Dünyası | Şərhlər(1)
Baxış sayı: 51
Açar sözlər: blogcu blog istifadəçi məktublar 
Bookmark and Share

Firefox3 və yükləmə Rekordi!

Firefox3İki-Üç gün Firefox3 boruzerinin Mozilla firması tərəfindən yükləməyə yerləşdirməkdən sonra, genə internet aləmində yeni bir rekord vuruldu. Bu rekordlar göstərir ki Mozilla firması məhsulının yeni versiyası (Firefox3) nə çox internet istifadəçilərinin diqqətini cəlb edib.

Bu səhifədə yerləşən dünya xəritəsində, hər hansı ölkədən  neçə dəfə Firefox3 yüklənilməsi nümayiş olub. bu yazı yazılan zamanda Azərbaycandan 1936 dəfə Firefox3 yüklənib. və yalnız bu neçə gün ərzində 16,383,250 dəfə (yazı yazılan zamanda) Firefox3 internet istifadəçiləri tərəfindən yüklənib.

Firefox3 imkanlarına baxanda, kimsə onu yükləyib və ondan istifadə edir, mütləq ondan razidır. məncə, çox yüksək imkanlar bu versiyada yerləşib və internetdə seyr etməyi istifadəçiyə çox ləzzətli edir.

Firefox3 10 ən çox yükliyən ölkə. 

Firefox 3

Yazar: Fərhad @İyun 22, 2008 13:20
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 50
Açar sözlər: firefox3 mozilla internet download-firefox3 
Bookmark and Share

Üçüncü göz

Third Eye GarmentsPaul Coudamy tərəfindən yaranan jaket, sahibinə icazə verir onun arxasında olanları görsin. jaket mikro kamera ilə təchiz olunub və bu mikro kamera üçüncü göz kimi şəxsin arxasında jaket üstə şəxsin boynunun raxasında hərəkət edir və arxada olanları şəxsə göstərir.

Kamera ilə tutulmuş təsvirlər jaketin biləkində yerləşən monitorın ekranında, jaket sahibinə nümayiş olunur.

Məncə bu yeni texnologiya ilə düzəlmiş jaket çox insaların karına gələcək və onlar üçün mütləq mənfəətlidə olacaq. amma elə gəlir ki belə bir Jaket hər kimə lazim deyil, onlara lazim ola bilər ki arxalarında baş verənləri çox önəmli sayırlar və isteylər bilsinlər arxalarında nələr keçır.

ardında bu yeni jaketdən neçə şəkil yerləşib, baxmaqınız tovsiyə olunur.

Mənbə

 
 

Yazar: Fərhad @İyun 21, 2008 10:57
Texnologiya | Şərhlər(1)
Baxış sayı: 57
Açar sözlər: jaket texnologiya arxa monitor ekran 
Bookmark and Share

Firefox 3

Firefox3Əgər gündə neçə saat vaxtinız internetlə və müxtəlif saytlar və səhifələri seyr etməklə keçir, internetdən mükəmməl ləzzət aparmaq üçün Firefox3 yükləyin və istifadə edin. Firefox ilə və xususən onu  yeni versiyasilə fərqli internetdə seyr etməyi təcrübə edin. Göz vur

Firefox-un ən axırıncı buraxılışını yükləyin.

Yeni versiya daha yaxşı yükləmə menecerinə malikdır,  daha gözəl  baxış və dizayn, daha sürətli icra, yaxşı yaddaş işlənməsi və... Firefox-un yeni versiyasin digər brauzerlərdən neçə qat yaxşıdır və istifadə üçün tovsiyə olunur.

Yazar: Fərhad @İyun 18, 2008 9:27
İnternet | Şərhlər(0)
Baxış sayı: 65
Açar sözlər: firefox browser internet ləzzət brauzer 
Bookmark and Share

Internetdə ən güclü fayl yükləmə xidməti verən saytlar!

File uploading

Blogımın bu yazısında sizlər üçün internetdə ən güclü və popular pulsuz fayl yükləmə saytların təqdim etmək istiyəm! bildiyiniz kimi indi internetdə bir neçə fayl yükləmək üçün host alıb pul ödəmək lazim deyil, çünku artıq ən güclü saytlar var ki belə imkanları pulsuz surətdə istifadəçilərə verirlər. o cümlədən bu 10 məşhur sayt:

Megashares
Hacm limiti: 10 GB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: Limitsiz
Ünvan: www.megashares.com

File Dropper
Hacm limiti: 5 GB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: Limitsiz
Ünvan: www.filedropper.com

TransferBigFiles
Hacm limiti: 1 GB
Yükləmə limiti: 20 fayl
Faylın saytda saxlanılma zamanı: 5 Gün
Ünvan: www.transferbigfiles.com

SnapDrive
Hacm limiti: 500 MB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: Limitsiz
Ünvan: www.snapdrive.net

Driveway
Hacm limiti: 500 MB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: 90 gün  ərzində əgər istifadə olunmasa silinəcək.  Ünvan: www.driveway.com

zUpload
Hacm limiti: 500 MB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: 30 gün  ərzində əgər istifadə olunmasa silinəcək.
Ünvan: www.zupload.com

Spread-It
Hacm limiti: 500 MB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: 14 gün
Ünvan: www.spread-it.com

SendSpace
Hacm limiti: 300 MB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: Limitsiz
Ünvan: www.sendspace.com

RapidUpload
Hacm limiti: 300 MB
Yükləmə limiti: Limitsiz
Faylın saytda saxlanılma zamanı: 30 gün
Ünvan: www.rapidupload.com

Yazar: Fərhad @İyun 18, 2008 1:13
İnternet | Şərhlər(1)
Baxış sayı: 89
Açar sözlər: fayl-yükləmə saytlar pulsuz-xidmətlər 
Bookmark and Share

Balaca bir maşına 21 nəfər necə yerləşər?

maşın

Maşın
 
Maşın

Yazar: Fərhad @İyun 9, 2008 16:42
Fotolar | Şərhlər(1)
Baxış sayı: 119
Açar sözlər: maşın şəkil maraqlı 
Bookmark and Share

Dünyanın 10 cəhənnəmə oxşar yeri!

10-luq cədvəli modern dünyanın jurnalist və adəbiyyat sahəsində dünyanın ən yaxşı və ən pislərini göstərir! Çox az olur ki, bi siyahıda ən pislər yer alsın. Royters xəbər agentliyinin yeni 10-luq siyahısında əsasən dünyanın 10 cəhənəmə oxşar yeri təqdim olunub və hamıdan istənilib ki, bu 10 yerə heç zaman hətta yuxuda da getməsinlər!!!

1- İlk yer Morsbi şəhəri yəni Gine ölkəsindədir. Ayda hardasa 110 HİV virusuna düçar olan şəxs raport verilir. Oğurluq, adam oğurluğu bu ölkənin paytaxtinda hər nədən çox gözə gəlir:

 

2-  İkinci şəhər Çin ölkəsinin Linfen şəhəridir. Dünyanın ən çox havası çirkli olan şəhəri buradır.

3- Üçuncu yeri Bucumbura, Afrikadaki Bruney ölkəsinin paytaxtıdır. Bu şəhərdə gündə onlarca insan digər qruplar tərəfindən öldürülür.

4-  Piyung Yang şəhəri, Şumali Koriya ölkəsinin paytaxtı 4-üncü yeri alıb. Bu şəhərdə diktator bir rejim milləti sıxışdırmaqla məşğuldur. Yalnız bir TV kanalı var və dovlət onu idarə edir. Bu şəhərdə siyasi səbəblərə görə velosiped sürmək belə qadağandır!

 5- Beşinci yer çox inanılmaz olan bir yerdir, Oklahoma əyalətidir ki, ABŞ-da yerləşir. Bu əyalətdə hər yerdən çox təbii bəlalar baş verir. Çox sürətli tsunamilər və küləklər meydana gəlir. Mart ayından Avqust ayınadək bu əyalətə səfər etmək dəlilikdir!

 6- Ukraynada Çernobil şəhəri. Hələ də keçmiş illərdə nüvə partlayışının əsəri bu şəhərdə qalmaqdadır. Şəhərin əhalidən boş qalan yerləri, çox çirkin çayları bu şəhəri siyahıda 6-cı yerə layiq görüb.

 7- Moqadişo, Somali ölkəsinin paytaxtıdır. Dünyanın ən qanunsuz və qaydasız şəhəri adlanıb. Mərkəzi dövlət ləğv olandan sonra müxtəlif qrupların daxili müharibələri başlayıb və illərdi ki, dünyada səyahət yerlərindən bu şəhərin adı silinibdir.

 8- Rusiyada Yakutsk şəhəri, Dünyanın ən soyuq yeri və Moskovadan çox uzaq olan bir şəhərdir. İlin bütün günlərində və aylarında hava mənfi 36 dərəcədən çoxdur.

 9- Daka şəhəri, Banqladeş ölkəsinin paytaxtı. Təbii bəlaların çox olması, siyasi cəhətdən durğunluq olmamaği və həddən çox havanın çirkin olması Dakanı da bu siyahıda yerləşdirib.

 10 - Bağdad, İraqın paytaxtı. Bu şəhər bir zamanlar çox abad və varlı bir əyalət idi amma indi müharibə odlarında yanır. Müharibə bitib və ölkənin diktatoru öləndən sonra bu şəhər dünyada ən çox oğurluq, adam oğurluğu və zorla qadınlara cinsi tacavüz yerlərinə sahib olub!

 

Yazar: Fərhad @May 29, 2008 9:54
Fotolar | Şərhlər(3)
Baxış sayı: 136
Açar sözlər: cəhənnəm dünya şəhətlər 
Bookmark and Share

MacBook Air dünyanın ən nazil notbuku

Apple (Əpıl) firması dünyanın ən nazik notbukun təqdim etdi! Bu firma notbuku ən nazik etmək üçün onda DVD yerin (DVD Drive) həzf edib. Bu notbukun qalınlıqı 1.95 Milimeter və çəkisi yalnız 1.36 kilo qramdır.

Apple MacBook Air

Ətrafli məlumat üçün məhsulun səhifəsin ziyarat edin.

Yazar: Fərhad @May 25, 2008 8:23
İnternet | Şərhlər(2)
Baxış sayı: 93
Açar sözlər: macbook air notbuk apple 
Bookmark and Share

Web2.0 saytlarını kim host edir?

web2Neçə gün bundan öncə bir blogu oxuyanda, blogun bir yazısı mənə çox maraqlı gəldi. Yazar o yazısında web2.0 ilə hazırlanan saytların siyahısını yazıb və bildirib ki, bu məşhur web2.0 saytları hansı hostinq şirkətləri tərəfindən host olunur.

Demək olar ki, çox uzun bir siyahıdır və orda xeyli web2.0 saytları mövcuddur. Bu siyahıdan ən məşhur və populyar olan saytların bəzilərini mən ayırmışam və sizlərə təqdim edirəm:

Bloglarda: dünyanın məşhur blogları, o cümlədən Mashable، TechCrunchReadWiteWeb blogları MediaTemple vasitəsiylə host olunurrlar.

Sosyal şəbəkələri: bu sahədə olan bütün məşhur saytlar, öz şəxsi serverlərində host olunurlar.

MikroBloglar: Mikro blogların adı gələndə onların ən populyarı Twitter gözə dəyir. Bu sayt Verio şirkəti tərəfindən host olunur. Bu tip saytlardan Pownce, Calpop şirkəti və Jaiku , Nebula şirkətində host olunurlar.

Blog sistemləri: blog sistemlərində, WordPress sayti, Peer1، Layeredtech، RackspaceSAVVIS şirkətlərində host olur. Vox sistemi öz şəxsi serveri və SixapartTypepad şirkətləri tərəfindən host olunur. Blogger, dünyanın ən məşhur və ilk blog sistemi tamamən Google şirtkəti tərəfindən host olunur.

Xəbər paylaşma saytları: Digg sayti ki bu sahədə ən məşhur saytdır, öz şəxsi serverlərində yerləşir. Bu sahədə olan digər saytlar, o cümlədən Reddit  və Mixx, ServepathRackSpace şirkətləri vasitəsiylə host olurlar.

Keçid paylaşma saytları: bu sahədə olan ən məşhur sayt del.icio.us-dır ki, Yahoo şirkətinə məxsusdur və hostu oradadır. Mövzuda ikinci yerdə olan StumbleUpon saytı InternapMagnolia saytı isə Servepath şirkətlərində host olurlar.

Foto saytları: bu sahədə olan ən məşhur saytlar yəni FlickrPicasa da YahooGoogle şirkətlərində host olurlar.

Yazar: Fərhad @May 24, 2008 10:27
İnternet | Şərhlər(0)
Baxış sayı: 89
Açar sözlər: veb2 xost saytlar şirkətlər 
Bookmark and Share

Elan: Barcamp Tiflis 2008

Barcamp Tiflis 2008 (7-8 İyun) dərhal sonra, Transition Online – beynəlxalq media təşkilatı iki günlük (9-10 İyun) yeni media sahəsində beynəlxalq təlim keçirəcək. Beynəlxalq səviyyəli ekspertlər yeni media sahəsindəki son yeniliklərlə bağlı – bloqlar, podkastinq, video bloqlar, RSS, sosial şəbəkələr və s. sahələrdə təqdimat və təlim keçirəcəklər. Bundan

əlavə biz son dəyişiklikləri  - bloqların KİV-ə, siyasi və sosial həyata təsiri barəsində danışacağıq, klassik KİV-dən misallar göstərəcəyik.

Azərbaycandan olan yalnız 6 iştirakçı üçün xərclər – yol, yemək və qalmaq pulu tam şəkildə ödəniləcək. Tiflisdəki Barcamp-də olan Gürcüstan və Ermənistan nümayəndələri də təlimlər üçün qalmaları tövsiyə olunur – onların bəzi yemək xərcləri ödəniləcək. Təlimlərin əksər hissəsinin Ingiliscə olduğunu nəzərə alsaq, İngilis dili bilikləri vacib sayılır. İştirak etmək istəyənlər bu linkə baxmalıdır: http://forms.tol.cz/form/24/. Son müraciət etmə tarixi: 28 May.  

Bütün suallarla bağlı TOL-un Qafqaz üzrə Layihə Meneceri Emin Hüseynzadəyə müraciət edə bilərsiniz: ehuseynzade@gmail.com Telefon: +99470 317 9070.

Layihə ABŞ-ın Milli İanə Təşkilatı və Açıq Cəmiyyəti institutu tərəfindən maliyyələşdirilir.

Yazar: Fərhad @May 20, 2008 18:04
Xəbərlər | Şərhlər(1)
Baxış sayı: 86
Açar sözlər: barcamp tiflis 2008 bloglar 
Bookmark and Share

TürkBlog xoş gəldin

Turk BlogNəhayət TürkBlog təkmil oldu və artıq fəaliyyətə başladi. Bütün AzəriBlog imkanlari TürkBlogda var amma tekcə olan fərq, TürkBlogın dizaynıdır.

Ümidvarım ki TürkBlog Türkiyədə və digər ölkələrdə yaşayan terk milləti arasında tanınsın və inkişaf olunsun.

İndi vaxti çatıb ki yeni imkanları sistemlərə əlavə edim. AzəriBloga əlavə olunan imkan TürkBlog sisteminədə əlavə olacaq.

Sistemdə yeni imkanlar və dəyişikləri görmək vaxti artiq çatıb. yeni dəyişiklər və imkanlar bloglarda təqdim olacaq.

Bütün blogçularımıza uğurlar

 

Yazar: Fərhad @May 15, 2008 21:14
Blog Dünyası | Şərhlər(1)
Baxış sayı: 139
Açar sözlər: blog türkblog imkanlar 
Bookmark and Share

Bloglar və Müəlliflər hüquqları

Bilirsiniz mi müəllif hüquqları nədir?

Müəllif hüquqları kitabların, CDlərin, disklərin DVDlərin və s. arxasında olan qalaqramalı işarədən ibarətdir ki, əsas bunun sayəsində bütün hüquqlar onun yaradıcısı yaradıcısı tərəfindən qorunduğu təsbit edilir.

Bu o deməkdir ki, siz o kitabın yazılarını və ya o CD-nın mahnılarını onun sahibinin icazəsi olmadan kopyalaya, sayını artıra, sata bilməzsiniz! Məsələn hər hansı bir CDni çoxalda, internetdə sata və ya pulsuz yükləməyə şərait yarada bilməzsiniz. Etsəniz də müəllif hüququnu pozmuş olaraq cəzalandırılarsınız!

Bu proses eyniylə virtual aləmdə də mövcuddur. Yəni kimsə başqasının yazılarını öz adına çıxararaq və ya istinad verməyərək dərc edə, yaya bilməz! 

İnternet cəmiyyətinə əsasən də blog aləminə yeni qoşulmusunuzsa ilk növbədə onun qayda və qanunlarını öyrənməyimiz daha məqsədəuyğundur. Bu qaydalar sayəsində internetdəki fəaliyyətiniz ciddi və peşəkarlıqla qarşılanacaqdır. Bu xüsusda bir neçə qeydlər var ki, indi aşağıda onları qeyd edəcəyik:

1- Çalışın heç vaxt digər blog və saytların yazılarını və məqalələrini öz blogunuzda müəlliflərin icazəsi olmadan yerləşdirməyin. Əgər bütün yazını kopi edirsinizsə sonunda onun əsas mənbəsinə istinad verin! Əslində bu da düz iş deyil və ən yaxşı yol belədir ki, istədiyiniz yazıdan bir neçə cümlə yerləşdirib həmin yazının əsas mənbəsinə keçid verəsiniz.

2- Bloglarda müğənnilərin mahnı, musiqi, mp3larını yükləmək üçün yerləşdirmək müəllif hüququ qanunlarına ziddir. Ona görə də bu cür mövcud olan blogların bağlanması təhlükəsi mövcuddur.

3- Əgər hər hansı bir müəllif bir əsər yaradırsa bizlər müəllif hüququnu pozduqda onun yeni əsərlər yaratmasının və inkişaf etməsinin qarşısını almış oluruq. Ona görə də çalışaq müəliif hüququna diqqət eytirək və müəlliflərə yeni əsərlər yaratmaqda yardımçı olaq!

Yazar: Fərhad @May 8, 2008 8:11
Blog Dünyası | Şərhlər(2)
Baxış sayı: 104
Açar sözlər: bloglar müəlliflər hüquqlar 
Bookmark and Share

Virtual tanışlarım və sonra real dostlarım

Nəhayət ki, blog dünyasında olan arzularımın birinə artıq nail oldum! İlk dəfə olaraq Azərbaycan blogçularının görüşü baş tutdu və artıq bizlər, yəni blogçular bir-birimizlə yaxından tanış olduq.

Görüşün məqsədi blogçuların öz həmkarları ilə tanış olmaq idi və elə də oldu. İlk görüş olaraq görüş çox əla keçdi və təsəvvür etmədiyim sayda blogçu göruşdə iştirak etmişdilər. Əminəm ki, sonrakı görüşlərmizdə daha çox blogçu iştirak edəcək, inşallah

Görüşdə hansı istədiyim blogçulari gördum:

Mayis Musayev- Mayıs Musayev: Dostum Mayisi ilk dəfə olaraq bu görüşdə yaxından gördum. Ondan öncə yalnız blogda şərhlər və Yahoo Messenger vasitəsiylə əlaqə saxlamışdıq. Amma bu blogçular görüşü səbəb oldu ki, Mayisi yaxından görüm. Mayis elə fikrimdə olan şəxsdir. Səmimi və gülərüz! Mayis məni Tünzalə Ağayevin solo konsertinə dəvət etdi. Konserti heç bəyənməsəm də Mayisə bu dəvət üçün təşəkkür edirəm. Konsertdə digər Azəriblogçular da vardı!

 

Laçın Ələkbərov- Laçın Ələkbərov: Mənim hal-hazırda ən yaxın və ilk Azərbaycanda yaşayan dostumdur. Laçın dostum dağlar çapan qədər var. Bu neçə gündə Laçınla dəfələrlə göruşduk və çox şad oldum. Laçın ilk dəfə olaraq Azərbaycanda mühəndislər cəmiyyəti yaratmaq fikrindədir.O işi ilə çox məşğul olduqu üçün blogunda yeniliklərə vaxt ayıra bilmir. Laçınə bu dəyərli layihədə və digər işlərində uğurlar diləyirəm!

 

Şahsuvar HümbatovŞahsuvar Hümbətov: Mənim əziz və səmimi dostum. Demək olar Azərbaycanın ən güclü proqramçılarından biridir. Şahsuvar Oracle proqramında ən güclu peşəkardır və Azərbaycanda çoxlu proyektlər keçirdib və yaradıb. Şahsuvarla olan zaman insan heç vaxt darıxmaz. Şahsuvarın həmişəlik gülərüzü adama enerji verir.

 

Zahir Əzəmət- Zahir Əzəmət: müxtəlif xəbər saytları və qazetlərində aktiv olan dostlarımdan biri. Gündə azından 18 saat kompyuter arxasında olan şəxsin danışıqları və söhbətlərinin hamısı məlumatdır. Zahir bəy doğrudanda öz məlumatları ilə məni həddindən çox maraqlandırdı. Zahirlə yemək yeyib, çay içdik. Zahirin çoxlu dəyərli fikirləri var ki, inşallah hamısını əla surətdə reallaşdıracağıq. Təbii ki, əlimizdən gələn köməkləri edəcəyik!

Eyvaz Qocayev- Eyvaz Qocayev: çox şərif insandir bu Eyvaz. Necə Eyvazın blogında ən son xəbərləri bir yerdə tapmaq olar, bütün gözəl insani xəsiyyətləri də onun özündə cəm olaraq görmək mümkündür. Eyvaz mənim üçün bir-iki iş də gördü amma mənim vaxtım olmadığına görə Eyvazın zəhmətləri də hədər oldu. İnşallah sonralar istədiyimiz işləri bilikdə görəcəyik.

 

Rauf: Deyirlər ki gənclər hər ölkənin sərvətidir. Rauf da Azərbaycanın ən aktiv gənclərindəndir. Rauf Azəriblog sistemi ola-ola (Təbəssüm)   WordPress blog sisteminin azarkeşi olsa da, ən aktiv blogçuların biridir. Əgər bütün Azərbaycan gənclərinin Azərbaycana qarşı olan təəssübü Raufun İrəli Gənclər Hərəkatına qarşı təəsubkeşliyi qədər olsaydı indi Azərbaycanın 20% torpağı işğal altında olmazdı və ölkəmiz ən güclü ölkələrdən biri olardı. Raufun blogu neçə gündür Google Page Rankında 5-ci səviyyəyə yüksəlib. Bu münasibətlə Raufu təbrik edirəm. Və deyirəm o gün olsun ki, blogun 10 PR sahib olsun!

 

Aytekin Aliyeva- Aytəkin Aliyeva: Aytəkin Azəriblogun ən ciddi blogçularindan biridir. O göruşdə iştirak edən tənha qız blogçu idi. Çoxlu hərarətli və səmimiyyətlə göruşdə gedən söhbətlərdə iştirak edirdi və digər blogçularla tanış olmağa çalışırdı. Aytəkin ilə yaxından tanış olduğum üçün çox şad oldum. Ümidvarım ki, sonrakı görüşlərdə digər qız blogçular da  Aytəkin xanımın timsalında iştirak etsinlər.

 

Digər yaxından  tanış olduğum dostlar: Ən aktiv Bakı jurnalist gənci Turxan, Tələbələrə  bir virtual yığıncaq yığan Mürsəl, Gün gələcək hər kəs blogım haqqında danışacaq şuari olan Vuqar Baba, blogu sayta bənziyən və bloguna güclü imkanları lazım bilən Lyrics S.N. ,Bayraqdar, Maliyyə, Emin, Rəşad, Ramin DEKO və digər dostlar ki görüşdə iştirak etmişdilər və mən indi onların adların unutmuşam...

Bəzi istədiyim blogçular da görüşdə müxtəlif səbəblərə görə iştirak etməmişdilər: ən çox yaxından tanış olmaq istədiyim blogçulardan biri Vusal Məmədov idi. İnşallah ümidvaram ki, sonrakı görüşdə xeyli blogçular iştirak edərlər.

Yazar: Fərhad @May 4, 2008 23:00
Blog Dünyası | Şərhlər(5)
Baxış sayı: 146
Açar sözlər: görüş blogçular azerbaycan azeriblog 
Bookmark and Share

Blogçular arasında oyun!

Blog dünyasında olan fəaliyyətlərin sayı hesabı yoxdur. Digər ölkələrdə blogçular arasında çox maraqlı fəallıqlar olur. Həmçinin virtual olaraq oyunlar təşkil olunur.

Əziz və dəyərli dostumız Esma Nur (AzəriBlog sisteminin ən fəal blogçularının biri), blogçular arasında bir oyun təklif edib və ilk blogçu olaraq məni bu oyuna dəvət edib. çox şad olaraq oyunda iştirak edirəm və Esma Nurun verdiyi sualların cavabın yazıram:

1-Adın ve Soyadın: Fərhad Əsgərzadə

2-Təvəllüdün: 19/Mart/1976

3-Nə ile məşğulsan (sənet, peşə..)? işim internet ilə əlaqədardır. müştərilər və özüm üçün saytlar yaradıram :)

4-Harada yaşayırsan ve hansı şəhərdə yaşamaq istərdin? Mən indi Bakı-Tehran arasında  avara kimi yaşayıram! Bakıda yaşamaği istərdim.

5-Yaşam fəlsəfənizi təşkil edən sözərden, cümlələrdən biri? Çalışın ki bu gününüz dünən ilə fərqli olsun. (Yeni ki hər gün həyatınızda yeniliklər olsun)

6-Senin üçün blog nədir? Mənim üçün blog həyatdır, bir gün blogumu yoxlamasam o gün axşam yata bilmərəm :P

7-Həyatında nə qədər və necə bir yer tutur? - dediyim kimi blog mənim həyatımdır!

8-Neye göre blog yazırsan? blogu yazıram, çünkü orda mən azad bir yazaram! Və blogum mənim qəzetim və jurnalımdır. Hər nə fikirləşirəmsə, hansı mövzuda istəyirəmsə yazıram və kimsə mənə nə mövzuda yazmaği təklif etmir. bBlog mənim fikirlərim və baxışlarımdan ibarətdir. Ən əsası bunu digər insanlarla rahat şəkildə bölüşürəm. Blogum əslində mən özüməm. Mən özümü internet istifadəçilərinə istədiyim şəkildə çatdırıram.

Gördüyünüz kimi bu oyun 8 sual və onlara cavab yazmaqdan ibarətdir və blogçular bu oyunda bir-birini oyuna dəvət edə bilər. Oyun yalnız AzəriBlog istifadəçiləri üçün yox, bəlkə bütün Azərbaycan blogçuları arasında ola bilər. Oyun barəsində ətraflı məlumat üçün Esma Nurun yazısını oxuya bilərsiniz.

Məndə bu oyuna Vusal, MayısRaufu dəvət edirəm.  

Yazar: Fərhad @May 3, 2008 8:31
Blog Dünyası | Şərhlər(2)
Baxış sayı: 152
Açar sözlər: oyun blogçular azərbaycan blog 
Bookmark and Share

Əjdəha müharibələri kinosın yükləyin!

D_War
 
Film haqqında ətrafli məlumat
 
 

Filmi RapidShare saytından yükləyin.

CD 1
http://rapidshare.com/files/77369825/akhareshe_oddworld2_cd1.part1.rar
http://rapidshare.com/files/77372887/akhareshe_oddworld2_cd1.part2.rar

CD 2
http://rapidshare.com/files/78253008/akhareshe_oddworld2_cd2.part1.rar
http://rapidshare.com/files/78264662/akhareshe_oddworld2_cd2.part2.rar
http://rapidshare.com/files/78274381/akhareshe_oddworld2_cd2.part3.rar
http://rapidshare.com/files/78287102/akhareshe_oddworld2_cd2.part4.rar
http://rapidshare.com/files/78296875/akhareshe_oddworld2_cd2.part5.rar
http://rapidshare.com/files/78341226/akhareshe_oddworld2_cd2.part6.rar

 Şifrəsiz Saz