Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU

Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!

Aygün Kazimova“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.

Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...

RöyaMaşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.

Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.

Ziyafət YaqubovaBu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.

Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.

Mənbə: Yeni Musavat Qəzeti 

Yazar: Fərhad @Oktyabr 16, 2007 14:17
Şou-biznes | Şərhlər(2)
Baxış sayı: 1306
Açar sözlər: şou-biznes müğənni sponsor-sevgililər soyunmaq aygün kazımova röya ziyafət yaqubova musiqi 
Bookmark and Share



1
Divane yazıb:

salam bu yazini siz yazmisizsa size sozum belediki royanin azerbaycanda milyonlarla dunyada da hemcinin perestiskarlari var ve onlar senin xalqindir sen onlari primitiv kafali adlandira bilmezsen.............
men mehz royani soyunmagina gore deyil mahnilarina gore sevirem
cunki azerbaycanda inkisaf etmis bir olkedir telekanallarda net sehifelerinde minlerle qizlar varki soyunub ve royadan gozeldi baxmaq isteyenler ona baxirlar.....
ama royanin papulyarligi mehz onun sesinde ifa terzinde dir bilirsiz niye papulyar oldu???? ona goreki bezi abirli saydigin mugenniler kimi kimise kopyalamadi ozunun terzini yaratdi ona gore bu sherhi sile de bilersen ama men sozumu fikirimi dedim

Oktyabr 17, 2007 14:47

2
yagmur yazıb:

halal olsun sene divane smile seni cok sevirdim indi dahada, dahada cox sevdim razz cunku royami gorumusan.men royanin sesinin delisiyemmmmmmmm sad

Fevral 24, 2008 20:27


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha