Reklam verin!

NAZPƏRİNİN QARDAŞI QIZI DA ONU SUÇLADI

Yazar: Fərhad @ Oktyabr 17, 2007 12:04

NazperiƏməkdar artist Nazpəri Dostəliyeva dost-doğma bacısı Zeynəb Dostəliyevanın şok açıqlamasının ardınca qardaşı qızının da qınağına tuş gəlib. APA-ya açıqlama verən Pərvanə Dostəliyeva “Nazpəri Dostəliyeva məni dansa da, danmasa da, istəsə də, istəməsə də Dostəliyeva soyadını daşıyıram. Mən demirəm ki, Nazpəri mənim bibimdir. Ancaq onun qardaşı Ağalar Dostəliyev mənim atamdır. Əgər onun qardaşı bu gün məni tanımırsa, mən ümumiyyətlə Dostəliyevlər ailəsini 25 ildir tanımıram. Məni onlara birləşdirən yalnız daşıdığım soyaddır. Çox təəssüf edirəm ki, damarlarımda atamın qanı axır”, - deyə bildirib.

Atasının ona və anasına qarşı əməllərindən söz açan Pərvanə Dostəliyeva hazırda Dostəliyevlərlə heç bir münasibətdə olmadığını qeyd edib: “Nazpəri xanım deyir ki, mənim üstümdə qardaşının ailəsi dağılıb. Bu, heç vaxt belə ola bilməz. Mənim üstümdə onun ailəsinin dağılması yanlış fikirdir. Onun qardaşı, yəni mənim atam anamdan sonra da bir neçə dəfə ailə qurub, ancaq indiyədək onu ailəli görən olmayıb. Ona görə də onun ailəsinin mənim üstümdə dağılması barədə deyilənlər əsassızdır. Əgər onun ailəsi olmayıbsa, deməli, o bu məsuliyyəti daşıya bilmir. Mən Pərvanə Ağalar qızı Dostəliyevayam”.

Son günlər telekanallarda və mətbuatda bacısının qarasına danışan Zeynəb Dostəliyevaya gəlincə isə Pərvanə belə deyib: “Mən ailə söhbətlərini açmaq istəmirəm, kim kimi qapıda qoyub, kim kimə nə edib. Mənim sənət yolumda qarşımı Allahdan başqa heç kim kəsə bilməz. Çünki mənim heç kimə pisliyim keçməyib. Nazpəri xanımın da sənətinə hörmətim var”.

Yaradıcılığını uğurla davam etdirən Pərvanə söhbət əsnasında xalq artisti İlhamə Quliyevadan diqqət və qayğı gördüyünü vurğulayıb: “İlhamə Quliyeva mənə əlindən gələn köməyi edəcək və mən ona güvənirəm. Ona görə də bu sənəti atmaq fikrində deyiləm. Nazpəri Dostəliyevanın da mənim yolumu kəsəcəyinə inanmıram. Çünki mənim elə güclü sənətim yoxdur ki, paxıllığımı çəksinlər. O xanım bunu özünə sığışdırmaz. Mən özüm də ondan bunu gözləmirəm. Çünki o, artıq səhnədə öz sözünü deyib”.

Mənbə: Yeni Musavat Qəzeti 


1
Orxan yazıb:

qardas sene etdiyim teklif nə olduy cavab gəlmədi Təklifimi etsən çox yaxşı olar hər ikimizin də saytimizin inkişafı üçün deyirəm amma cavabını gözləyirəm

Oktyabr 18, 2007 17:48

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha