Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

QUQUŞ BAKIYA GƏLİR

GoogooshÇoxdandır səs-sorağı çıxmayan müğənni Yaqub Zurufçudan təzə xəbər var. Belə ki, müğənni yaxın günlərdə 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Tədbiri isə Azərbaycan Dövlət Filarmoniyasında keçirməyi planlaşdırır: “Xeyli vaxtdır solo-konsert verməyi planlaşdırıram. Mənə elə gəlir ki, artıq vaxt çatıb. İstəyirəm, pərəstişkarlarımı bir araya gətirim”.

Bu hələ son deyil. Müğənni söhbət əsnasında bildirdi ki, bir zamanlar “Ayrılıq” mahnısını birgə ifa etdiyi Ququş Bakıya gələcək. Bu işi öz üzərinə götürən Yaqub Zurufçu söylədi ki, Ququşu Azərbaycana gətirmək üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur: “Biz onunla bu yaxınlarda Amerikada yenidən görüşdük. ”Ayrılıq" mahnısının remiks variantını işləyib hazırladıq. Ququş buraya gəlmək istəyir, çünki o, özü də azərbaycanlıdır".

Zurufçu bildirdi ki, hazırda Ququşla danışıqlar aparılır. Yaxın zamanlarda musiqisevərlər onun ifasını dinləmək şansı qazanacaqlar: “Bu haqda açıqlama versəm, yaxşı alınmayacaq.

Həmişə dediyim sözün üstündə dayanmağa çalışıram. Yəni fəaliyyət göstərirəm ki, söylədiklərimi reallaşdırım. Yeri gəlmişkən, Ququş Azərbaycanı görmək üçün çox can atır”.

Uzun illərdir ABŞ-ın Los-Anceles şəhərində yaşayan, bununla belə, doğma Azərbaycan dilini unutmayan Ququş heç də boş oturmayıb. Y.Zurufçunun sözlərinə görə, müğənni təzə mahnılar üzərində işləyir, tez-tez konsert proqramları ilə çıxış edir".

Mənbə: Yeni Musavat qəzeti 

Yazar: Fərhad @Oktyabr 30, 2007 16:12
Şou-biznes | Şərhlər(0)
Baxış sayı: 450
Açar sözlər: ququş googoosh yaqub-zurufçu los-anceles müğənni azərbaycan konsert şou-biznes 
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha