Reklam verin!

250 min dollar qumar borcunu sekslə ödədi

Yazar: Fərhad @ Oktyabr 27, 2007 12:14

Ulduz aktrisa Pamela Anderson etiraf etdi: "Las Veqasda poker oynayarkən 250 min dollar uduzduğum kişiyə borcumu, sevişərək ödədim"
 
 Pamela Anderson, poker oynayarkən aldığı borcu sekslə məşğulolaraq ödədi. Bu etriafı Hollivud ulduzu Pamela Anderson edib. İngiltərənin "Sun" qəzetinin xəbərinə görə ; 40 yaşındakı bu seksual sarışın Las Veqasda poker oynayarkən pullarının hamısını uduzaraq, eyni masada oynayan bir qumarbazdan 250 min dollar borc aldı. Adı açıqlanmayan kişi oyun sonrası onunla yatacağı təqdirdə borcunu istəməyəcəyini bildirib. Anderson "Mən də borcumun qarşılığında onunla sekslə məşğul oldum" deyib.

Mənbə: QayNar

Ay saqol Azəriblog

Yazar: Fərhad @ Oktyabr 27, 2007 12:06

Bu gün çox sevindim, o zaman ki gordum həm saytımız Azəri Blogun Google səhifə rütbəsi artıb (3 dən 4 olub), və həmdə gördum ki Azəri blog sistemində olan ilk bloglar (ki 2-3 aydi yazırlar) maraqli rütbələrə malik olublar.

Allaha çox şukur olsun ki tezlikcə blogçularımız Google axtarış sisteminnən çoxlu ziyaratçi qazanacaqlar. çunku bildiyiniz kimi hər saytın və blogın Google səhifə rütbəsi çox olsa, o blog ya sayt axtarış əməliyatında ustlərdə və ilk axtarış nəticələrində numayiş olunurlar.

De Niro yeni Mafiya filminə çəkiləcək

Yazar: Fərhad @ Oktyabr 27, 2007 8:53
Robert De NiroƏfsanəvi aktyor Robert De Niro məşhur kinorejisor Maykl Manın mafiya barədə çəkəcəyi filmdə iştirak etməyə razı olub.

Yaxşı Oğlanlar və Kazino kimi qanqster filmlərinə görə ad çıxarmış, iki dəfə Oskar mükafatının sahibi olan De Niro və Man son dəfə 1995-ci ildə ekranlara çıxmış İsti filmində əməkdaşlıq etmişdilər.

Məhz həmin filmdə, ilk dəfə De Niro və Al Paçino eyni səhnədə iştirak etmişdilər.

Bu dəfəki filmin adı Frənki Məşindir. Film yazıçı Don Uinzlounun Frənki Məşinin Qış fəsli adlı kitab əsasındadır.

De Niro filmdə sabiq mafiya qanqsterini oynayacaq.

Yardım

Yazar: Fərhad @ Oktyabr 22, 2007 15:24

NAZPƏRİNİN QARDAŞI QIZI DA ONU SUÇLADI

Yazar: Fərhad @ Oktyabr 17, 2007 12:04

NazperiƏməkdar artist Nazpəri Dostəliyeva dost-doğma bacısı Zeynəb Dostəliyevanın şok açıqlamasının ardınca qardaşı qızının da qınağına tuş gəlib. APA-ya açıqlama verən Pərvanə Dostəliyeva “Nazpəri Dostəliyeva məni dansa da, danmasa da, istəsə də, istəməsə də Dostəliyeva soyadını daşıyıram. Mən demirəm ki, Nazpəri mənim bibimdir. Ancaq onun qardaşı Ağalar Dostəliyev mənim atamdır. Əgər onun qardaşı bu gün məni tanımırsa, mən ümumiyyətlə Dostəliyevlər ailəsini 25 ildir tanımıram. Məni onlara birləşdirən yalnız daşıdığım soyaddır. Çox təəssüf edirəm ki, damarlarımda atamın qanı axır”, - deyə bildirib.

Atasının ona və anasına qarşı əməllərindən söz açan Pərvanə Dostəliyeva hazırda Dostəliyevlərlə heç bir münasibətdə olmadığını qeyd edib: “Nazpəri xanım deyir ki, mənim üstümdə qardaşının ailəsi dağılıb. Bu, heç vaxt belə ola bilməz. Mənim üstümdə onun ailəsinin dağılması yanlış fikirdir. Onun qardaşı, yəni mənim atam anamdan sonra da bir neçə dəfə ailə qurub, ancaq indiyədək onu ailəli görən olmayıb. Ona görə də onun ailəsinin mənim üstümdə dağılması barədə deyilənlər əsassızdır. Əgər onun ailəsi olmayıbsa, deməli, o bu məsuliyyəti daşıya bilmir. Mən Pərvanə Ağalar qızı Dostəliyevayam”.

Son günlər telekanallarda və mətbuatda bacısının qarasına danışan Zeynəb Dostəliyevaya gəlincə isə Pərvanə belə deyib: “Mən ailə söhbətlərini açmaq istəmirəm, kim kimi qapıda qoyub, kim kimə nə edib. Mənim sənət yolumda qarşımı Allahdan başqa heç kim kəsə bilməz. Çünki mənim heç kimə pisliyim keçməyib. Nazpəri xanımın da sənətinə hörmətim var”.

Yaradıcılığını uğurla davam etdirən Pərvanə söhbət əsnasında xalq artisti İlhamə Quliyevadan diqqət və qayğı gördüyünü vurğulayıb: “İlhamə Quliyeva mənə əlindən gələn köməyi edəcək və mən ona güvənirəm. Ona görə də bu sənəti atmaq fikrində deyiləm. Nazpəri Dostəliyevanın da mənim yolumu kəsəcəyinə inanmıram. Çünki mənim elə güclü sənətim yoxdur ki, paxıllığımı çəksinlər. O xanım bunu özünə sığışdırmaz. Mən özüm də ondan bunu gözləmirəm. Çünki o, artıq səhnədə öz sözünü deyib”.

Mənbə: Yeni Musavat Qəzeti 

Vladimir Putinın Şəkilləri

Yazar: Fərhad @ Oktyabr 17, 2007 10:09
Vladimir Putin
Davamı...

Blogımıza ziyaratçi qazanaq

Yazar: Fərhad @ Oktyabr 17, 2007 9:44

Hər blogçu istər ki blogında olan materyallari (yazılari, şəkilləri, videolar və ...) çoxlu ziyaratçılar gorsunlər. Amma çox ziyaratçını haradan qazanmaq olar? bu sual üçün sizlərin çoxlu cababınız ola bilər, amma mən bu yazida bir sayti sizə təqdim edəciyəm ki bu sayt sizin blogın ziyaratçısının artmasına kömək edəcək.

Bildiyıniz kimi, Axtarış sistemləri (misal üçün google.com) saytlarda və bloglarda materyal tapmap üçün bizlərə çox kömək edirlər, biz bəzi şeyləri internetdən axtarmaq üçün axtarış sistemi olan saytlardan kömək alırıq və axtardıqımızı tapmaqa cəhd edirik.

Bu saytda siz öz blogınızı 100dən əlavə axtarış sistemi olan saytda qeydiyyatdan keçirib və öz blogınızı olarda yalnız bir kiliklə tanindiracaqsınız. və beləliknən siz öz blogınıza bu məşhur axtarış sistemlərinnən ziyaratçi qazanacaqsız.

DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU

Yazar: Fərhad @ Oktyabr 16, 2007 14:17

Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!

Aygün Kazimova“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.

Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...

RöyaMaşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.

Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.

Ziyafət YaqubovaBu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.

Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.

Mənbə: Yeni Musavat Qəzeti 

« Əvvəlki səhifə   Yazılar cəmi: 22    Sonrakı səhifə »