Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Röya yaxın aylarda adaxlısı Anarla ailə quracaq

RöyaGəzən şayiələrə görə, qalmaqallar qəhrəmanı Röya yaxın günlərdə nikah masası arxasına keçəcək. Anar adlı birisi ilə sözlü olduğu söylənilən Röyanın fikrinin qəti olduğu bildirilir. Toy mərasiminin qarşıdakı aylarda olacağını və müğənninin toy tədarükünə başladığını eşidib xəbərin doğruluğunu öyrənməyə çalışdıq. Müğənninin mətbuat katibi Ülviyyə Alovlu Röyanın mövqeyini qısa cümlələrlə diqqətimizə çatdırdı.

Xəbəri nə təsdiq, nə də təkzib etməyən mətbuat əlaqələndiricisi məsələyə bu cür aydınlıq gətirdi: “Röya sevdiyi şəxslə xoşbəxt olduğunu bildirib. Lakin o, mətbuat nümayəndələrindən şəxsi həyatı ilə bağlı sual verməməyi xahiş edib. Son aylar şəxsi həyatının diqqət mərkəzində olduğunu nəzərə alaraq bu barədə geniş fikir söyləmək istəmir”.

Açıqlamadan belə qənaətə gəlmək olar ki, sevdiyi şəxslə xoşbəxt olduğunu təsdiqləyən müğənninin ailə həyatı qurub-qurmayacağı hələ müzakirə obyektidir. Öyrəndik ki, hazırda müğənninin yaradıcılığının ilkin mərhələsini ikisüjetli klip təşkil edir. Ü.Alovlu “Evlisən” adlı ekran işinin çəkiliş prosesinin artıq geridə qaldığını söylədi.

Röya Onun sözlərinə görə, sözügedən mahnının musiqisi və sözləri müğənni Lalə Məmmədovaya məxsusdur. Fərrux Zərbəliyevlə Samir Fərzəlibəyovun birgə ekran məhsulu artıq tamamlanmaq üzrədir. Qeyd edək ki, klipin süjet xəttinin əsas xüsusiyyəti Röyanın əvvəlki kliplərindən fərqlidir. Burada qrafik təsvirlərin bol olduğundan xəbər verən mətbuat katibi ikinci klip barədə danışdı. Dedi ki, Nailə Mirməmmədlinin “Bağışla” mahnısına çəkiləcək klipə Ülviyyə Könül rejissorluq edəcək.

İlin sonunda isə Röya möhtəşəm konsert proqramı təqdim etmək fikrindədir. Xəbər verdiyimiz kimi, konsertin təşkilatçısı “Ses Orqanization” şirkətidir. Şirkətin rəhbəri Nahid Emiloğlu konsertin Opera və Balet Teatrında keçirilməsini nəzərdə tutub, amma sonradan tarixdə dəyişiklik edilib. Dekabrın 6-dan 9-na qədər keçirilməsi nəzərdə tutulan konsert həmin ayın 20-23-nə ertələnib. Səbəb həmin tarixdə teatrda dövlət tədbirinin keçirilməsidir.

Ü.Alovlu tamaşaçıları sevilən mahnılarla bərabər hələ heç kəsin eşitmədiyi yeni bəstələr gözlədiyini də diqqətə çatdırdı. Bundan əlavə, Röya tamaşaçılarını şou və müxtəlif səhnə effektləri ilə də təəccübləndirmək arzusundadır.

Mənbə: Yeni Musavat Qəzeti 

Yazar: Fərhad @Noyabr 3, 2007 16:11
Şou-biznes | Şərhlər(1)
Baxış sayı: 493
Açar sözlər: şou-biznes roya röya nikah 
Bookmark and Share



1
elmir yazıb:

evil razz grin evil suprised question sad

Dekabr 8, 2007 19:46


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha