Reklam verin!

102 yaşlı bəyə "toyun mübarək olsun" deyək

Yazar: Fərhad @ Noyabr 11, 2007 15:46
Kaunas şəhərinin 102 yaşlı sakini Stanislavas Qriqas Litvanın ən qocaman bəyi oldu. Ötən şənbə günü o, 76 yaşlı nişanlısı Brone Mikutine ilə nigah bağladı.

"Mənim hələ yadıma gəlmir ki, Litvada bu ixtiyar yaşlarında kimsə evlənsin," - deyib nigah mərasimini keçirən bələdiyyə nümayəndəsi Kestitus İqnataviçus.

Onun sözlərinə görə, bu, hətta Avropa rekordu ola bilər.

Yerli statistikaya əsasən, bundan əvvəl ölkənin ən yaşlı bəyi 1986-cı ildə evlənən 84 yaşlı bir qoca, xanımlara gəldikdə isə, ən yaşlı gəlin isə 1991-ci ildə ərə getmiş 80 yaşlı bir nənə olmuşdur.

Stanislavasla Brone bir birini 1972-ci ildən tanıyırlar. O vaxtlar Stanislavas-babanın birinçi arvadı hələ sağ idi.

1992-ci ildə təzə bəyin arvadı, daha sonralar isə iki oğlu dünyalarını dəyişdikdən sonra Brone-nənə ona ev işlərində kömək edirdi.

Yerli qəzetlərdən birinə verdiyi müsahibədə təzə gəlin deyib ki, ailədə bütün qərarları Stanislavas qəbul edir və o, kişisinin hər sözü ilə razıdır.

Mənbə: BBC Azeri 

 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha