Reklam verin!

Təbriklər!

Yazar: Fərhad @ Dekabr 30, 2007 20:10

Əziz həmvətənlilərim, Sizləri Dünya Azərbaycanlılarının həmrəyliyi günü və qarşıda gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizlərə uzun, mənalı və sağlıqlı ömür arzu edirəm. Qoy bundan sonra gələn YENİ İLLƏR ömrünüzə hər zaman xoş anlar gətirsin.

"Şaxta Baba olub, var və həmişə olacaq"

Yazar: Fərhad @ Dekabr 30, 2007 11:53
Şaxta babaRusiya Federal Antinhisar Xidməti yanında fəaliyyət göstərən ekspert şurası rus telekanallarının efirindən "Şaxta Babanın mövcud olmadığını israr edən" reklam rolikini çıxarmağı məsləhət görüb.

Rolikdə iri elektron malları dükan şəbəkəsi reklam edilir və deyilir ki, hədiyyələri Şaxta Baba deyil, mağaza verir.

Bir sıra valideyn FAX-a zəng edərək, uşaqlarının bu xəbərdən çox məyus olmalarından şikayətləniblər.

Qurumun reklama nəzarət və rəqabətdə düzgünlük şöbəsinin rəisi Sergey Puzirevskiyə əsasən, reklam roliki uşaqların nağıllara inamına və valideynlərinin dediklərinə etibar etmələrinə mənfi təsir edir.

"Belə çıxır ki, valideynlər uşaqlara yalan danışırlar. Bu uşaqlarda ata-analarına mənfi münasibət yaradır. Bu isə reklam haqqında qanunla qadağandır. "

Mənbə: BBC Azeri 

Mənim gözəl nazlı qızım Mina

Yazar: Fərhad @ Dekabr 26, 2007 12:45
Mina Asgharzadeh
 
Davamı...

Rəhim Müəzzinzadə Ərdəbili

Yazar: Fərhad @ Dekabr 26, 2007 10:28

Rəhim Müəzzinzadə ƏrdəbiliAzan müsəlmanlara gündəlik namazları bir yerdə qılmaları və namaz üçün yığışmalarının vaxtının gəldiyini elan etməkdir. "Azan" sözü ərəb dilində "bildirmək, elan etmək, dəvət etmək" mənalarına gəlir. Azan oxuyana "müəzzin", oxunan yerə isə "mizənə" deyilir. "Azan" sözü Qurani-Kərimdə ancaq "Tövbə" surəsinin 3-cü ayəsində "bildiriş, elan" mənasında işlədilir: "Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildirişdir!" ("Tövbə" surəsi, 3).

Azan mütləq bütün müsəlmanların başa düşəcəyi müştərək ibadət dilində oxunmalıdır. Azan oxuyan adamın səsi gözəl və valehedici olmalıdır, yoxsa bu insanları namaza çağırmaq yox, uzaqlaşdırmaq olar. (Express.com.az)

Məncə ən gözəl səsdə olan Azan Haci Rahim Müəzzinzadə Ərdəbiliyə məxsusdu. O 1955 uncu ildə bu Azani İran radyosunda bəyati türkın Ruhulərvah güşəsində oxuyub.

Haci bu azan barəsində qeyd edib: "O gün mən istədim bir cavidan və yadigar bir azan deyim, hər güşədən oxudun alınmadi, o zaman bəyati türkun Ruhulərvah güşəsında oxudum və indi 50 onun üstundən keçib amma heç kim elə bir azan demeyib! qardaşım Səlimdə o gözəl səsilə belə bir azan oxuya bilmeyib və bu Allahın istəyidi!". 

 Rəhim Müəzzinzadə Ərdəbilinin oxuduğu azani buradan yükliyə bilərsiniz.

Davamı...

İlhamla İRƏLİ

Yazar: Fərhad @ Dekabr 24, 2007 11:44

Ilhamla IreliAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən gənclərə olan qayğı və dəstək, bu sahədə müxtəlif Dövlət Proqramlarının hazırlanması, qanunların təsdiq olunması, sərəncamların imzalanması gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Sadalanan faktların məntiqi davamı kimi 2007–ci ilin Prezidentimiz tərəfindən “Gənclər ili” elan olunması, əlbəttə ki, gənclər tərəfindən xüsusi olaraq qiymətləndirildi.
Prezidentimizin gənclərimizə, gənclərimizin isə Prezidentimizə dəstəyi hər zaman qarşılıqlı olmuşdur. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı olaraq gənclərimizin Prezidentimizə olan sevgisinin daha bir ifadəsi kimi 20 Dekabr 2007–ci ildə “İlhamla İRƏLİ” adlı daha bir möhtəşəm aksiyaya start veririk.

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü olan “İlhamla İRƏLİ” aksiyasının və eyni adlı veb səhifənin təqdimat mərasimi 20 Dekabr 2007 – ci il tarixində, saat 10:30-da Excelsior Otelin “Afurca” zalında keçiriləcəkdir.

http://www.ilhamlaireli.az 

Mənbə: http://raufray.wordpress.com/ 

2007-ci ilin ən yadda qalan sitatlar siyahısı

Yazar: Fərhad @ Dekabr 24, 2007 9:55
Yel Universitetinin Sitatlar Kitabı 2007-ci ilin ən yadda qalan iqtibaslarının siyahısını dərc edib.

Birinci yerdə Florida Universitetinin tələbəsi Əndrü Meyer çıxıb.

Sentyabrın 17-də, ABŞ prezidentliyinə sabiq namizəd senator Con Kerrinin tələbələrlə görüşü zamanı, Meyer ona hədə-qorxu gələndə, polislər onu taser tapançası ilə elektroşoka salmışdılar.

Lakin bundan əvvəl Meyer özünün ölməz sitatını demişdi:

Davamı...

Guguş: Ayrılıq

Yazar: Fərhad @ Dekabr 19, 2007 9:00
Guguş Googoosh
 
Davamı...

Nokia mobil üçün dini temalar

Yazar: Fərhad @ Dekabr 19, 2007 8:30

 

  
 
    

 

 

  Yazılar cəmi: 26    Sonrakı səhifə »