Birinci yerdə Florida Universitetinin tələbəsi Əndrü Meyer çıxıb.
Sentyabrın 17-də, ABŞ prezidentliyinə sabiq namizəd senator Con Kerrinin tələbələrlə görüşü zamanı, Meyer ona hədə-qorxu gələndə, polislər onu taser tapançası ilə elektroşoka salmışdılar.
Lakin bundan əvvəl Meyer özünün ölməz sitatını demişdi:
"Mən taserləmə, qardaşım (ingiliscə, "Do not tase me bro".
Lakin polis qardaş bu xahişə əməl etmədi. Sitat isə internetdə 2 gün içində hər yerə yayıldı. Bu klip isə Youtube-da ən çox baxılanlardan biri oldu. Sitat köynəklərə həkk olundu, cib telefonu zənglərinə yazıldı.
İkinci yerdə Amerikanın Gənc Gözəli müsabiqəsində təhsil barədə suala cavab vermiş Cənubi Karolinalı Loren Aptondur. Onun cavabında nə demək istədiyini indiyə kimi ən tanınmış linqvistlər müəyyən edə bilməyiblər.
Üçüncü yeri Mahmud Əhmədinecad tutur:
"İranda Amerikada olduğu kimi homoseksuallar yoxdur."
4. Basketbol şərhçisi qadın oyunçular barədə " Başıboş fahişələr."
5. Sabiq ABŞ Baş Prokuroru Qonzales konqres dinləmələri zamanı verilən suallar dəfələrələ "Yadıma gəlmir", cavabını vermişdi.
6. Senator Biden Nyu Yorkun sabiq meri və Respublikaçıların prezidentliyə namizədlərindən biri, 11 sentyabr hücumları zamanı nüfuz qazanmış Rudolf Culiani barədə:
"Onun cümləsində bir isim, bir fel və bir də 11 sentyabr hadisələri sözləri var."
Mənbə: BBC Azeri



