Azan müsəlmanlara gündəlik namazları bir yerdə qılmaları və namaz üçün yığışmalarının vaxtının gəldiyini elan etməkdir. "Azan" sözü ərəb dilində "bildirmək, elan etmək, dəvət etmək" mənalarına gəlir. Azan oxuyana "müəzzin", oxunan yerə isə "mizənə" deyilir. "Azan" sözü Qurani-Kərimdə ancaq "Tövbə" surəsinin 3-cü ayəsində "bildiriş, elan" mənasında işlədilir: "Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildirişdir!" ("Tövbə" surəsi, 3).
Azan mütləq bütün müsəlmanların başa düşəcəyi müştərək ibadət dilində oxunmalıdır. Azan oxuyan adamın səsi gözəl və valehedici olmalıdır, yoxsa bu insanları namaza çağırmaq yox, uzaqlaşdırmaq olar. (Express.com.az)
Məncə ən gözəl səsdə olan Azan Haci Rahim Müəzzinzadə Ərdəbiliyə məxsusdu. O 1955 uncu ildə bu Azani İran radyosunda bəyati türkın Ruhulərvah güşəsində oxuyub.
Haci bu azan barəsində qeyd edib: "O gün mən istədim bir cavidan və yadigar bir azan deyim, hər güşədən oxudun alınmadi, o zaman bəyati türkun Ruhulərvah güşəsında oxudum və indi 50 onun üstundən keçib amma heç kim elə bir azan demeyib! qardaşım Səlimdə o gözəl səsilə belə bir azan oxuya bilmeyib və bu Allahın istəyidi!".
Rəhim Müəzzinzadə Ərdəbilinin oxuduğu azani buradan yükliyə bilərsiniz.




azanı indirmemde yardımcı olun yada mail atın teşekur ederim
İyul 24, 2008 1:31