Reklam verin!

"Şaxta Baba olub, var və həmişə olacaq"

Yazar: Fərhad @ Dekabr 30, 2007 11:53
Şaxta babaRusiya Federal Antinhisar Xidməti yanında fəaliyyət göstərən ekspert şurası rus telekanallarının efirindən "Şaxta Babanın mövcud olmadığını israr edən" reklam rolikini çıxarmağı məsləhət görüb.

Rolikdə iri elektron malları dükan şəbəkəsi reklam edilir və deyilir ki, hədiyyələri Şaxta Baba deyil, mağaza verir.

Bir sıra valideyn FAX-a zəng edərək, uşaqlarının bu xəbərdən çox məyus olmalarından şikayətləniblər.

Qurumun reklama nəzarət və rəqabətdə düzgünlük şöbəsinin rəisi Sergey Puzirevskiyə əsasən, reklam roliki uşaqların nağıllara inamına və valideynlərinin dediklərinə etibar etmələrinə mənfi təsir edir.

"Belə çıxır ki, valideynlər uşaqlara yalan danışırlar. Bu uşaqlarda ata-analarına mənfi münasibət yaradır. Bu isə reklam haqqında qanunla qadağandır. "

Mənbə: BBC Azeri 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha