Reklam verin!

Ölüm təhlükəsindən qorxaraq 240 kilo arıqlamış adam

Yazar: Fərhad @ Yanvar 2, 2008 22:01
Çəkisi 330 kiloqrama çatan Kolin Korfildə həkimlər demişdilər ki, çəkisinin yarısından çoxunu itirməsə, altı ay ömrü qalıb.

Həkimlər deyirdilər ki, onun öz bədəninin piyi Kolini boğa bilər. Bu səbəbdən o təhlükəli mədə şuntlaması əməliyyatına razı oldu.

39 yaşlı Korfildin əməliyyat üçün pulu yox idi. Buna görə anası evini satmalı və xəstəxanaya 60 min dollar ödəməli oldu.

Əməliyyat bir il əvvəl Liverpulun Eintri xəstəxanasında aparıldı və Kolin deyir ki, pula dəyərdi.

 

Uşaq olarkən Kolin sürətlə kökəlməyə başlamışdı. Artıq onda yuxu apnoeyası kimi xəstəlik yaranmışd. Bu zaman xəstə yuxuda nəfəs almır və oksigen maskası olmadan ölə bilər.

"İndi özümü əla hiss edirəm. Çəkim cəmi 96 kiloqramdır.

Kök olanda çox kədərli idim. Hamı mənə deyirdi, "Kolin çox köksən, bir şey etməlisən." Amma mən onlara qulaq asmazdım.

Amma indi sanki yeni həyata başlayıram. Elə şişmişdim ki, stadiona gedib sevimli Evertonun oyunlarına izləmirdim. Çünki fırlanan qapılardan keçə bilmirdim. "

 Mənbə: BBC AZERİ


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha