Qar külək
Allah bərəkət versin və Allah belə nemətləri daha artırsın. Qar gəldi və Çoxlarının, xüsusilə də uşaqların səbirsizliklə gözlədiyi bu qar onlara sevinc bəxş etdi.
Artıq 3 gündür ki, ölkəmizin ərazisində hava kəskin soyuyub. həmdə respublikada qarlı, şaxtalı hava şəraitinin yanvarın 11-dək davam edəcəyi gözlənilir. məktəblərdə tətil oldular ki bu şaxta havalarda xalqın ovladları məktəb yolunda donmasınlar və bəzi digər problemlər bu ağır vəziyyətdə olmasın.
Qarın gəlməyı kəndlərdə əkinçilərdə daha sevindirdi. amma unutmayaq ki, evlərində istilik olmayan, evlərinin damı su buraxan, yolları buz bağlayan insanlar üçün bu heç də sevindirici hal olmadı.
Əhalinin çoxu evi qızdırmaq üçün əziyyətlər çəkirlər amma mən televiziyada gördum ki bizim ulduzlarımız necə yaşayırlar. Aygün xanım və Namiqın evində veriliş aparan gün-bə-gün kökələn Murad Dadaşov, Faiq Ağayev və Xumarın qonaqlığıla səbəb oldu ki biz daha ətrəfli öz ulduzlarımızla tanış olaq. və həmçinin Elnurun evində keçən partyda Röya və Natəvan xanımların huzurila bu vəziyyətlə daha çox tanış olduq.
Maşallah feravanlıqdi, yemək və içmək üçün hər nə istəsən tapılırdi. Görəsən ki bizim xalqın əksəriyyəti belə keçinib yaşayırlar və ya quru çörək tapmaqdan acizdilər!
hər halda qarın yağması və bəzi problemərin olması bizə daha çox bir birimizin fikrində olmaqi xatırladır və öz vətəndaşlarımıza kömək və yardım etməyidə həmçinin.







Əsgər Əsgərzadə (Fərhad), 1976-cı ilin mart ayında İranın Ərdəbil şəhərində doğulmuşam. Hal-hazırda Bakıda yaşayıram, İnternet sahəsində işləyirəm və belə işlərlə çox maraqlanıram. www.azeriblog.com saytının adminiyəm və Aznet inkışafına çalışıram. 

