Gizli yazılar, Gizli blogçular
Bu gün bir az vaxt tapdım ki blogımın statistikasına bir baxım, ilk10.az saytındaki hisabıbda blogın statistikaların yoxladım. Blogımın ziyaratçılarının hardan gəlməliklərin bilmək üçün keçid verən səhifələrə siyahisinə baxdim.
Demək olar ki ziyaratçıların 70 faizi Googledən gəliblər. Bu həqiqət həm məni sevindirdi və həmdə bir az narahat elədi! Ziyaratçılarn belə çox faizinın Google kimi məşhur böyük axtarış sistemindən gəlməsi bunu subut edir ki biz Azəri blog sistemində SEO haqqında gördüyümüz işlərin hammısı uğurlu olub. yəni biz isteyırdik ki Azəri blog sistemində olan blogların yazılari və başqa materyallari axtarış sistemlərində tez alınsın və belədə olub və olacaq. və inşallah sistemdə olan bloglar tez Page Rank (səhifə rütbəsi) qazanacaqlar və blogların ziyaratçılari axtarış sistemlərindən daha çox olacaq.
Amma bilmiyəm niyə başqa bloglardan və saytlardan gələn ziyaratçıların sayi belə azdi? Blog dünyasında ən çox ziyaratçi qazanmağın yollarının biri digər bloglardan hit almaqdi, yəni blogın keçidi üstə digər dost bloglarda tiqlana və bloga ziyaratçi daxil ola.
Azəri blogda olan movcud blogların çoxuna baxand görunur ki blogçular öz bloglarında, ya dost blog bölməsində heç kimi əlavə etmeyiblər və ya bir iki bloga keçid veriblər. və beləliknən aydındı ki öz bloglarınında keçidi digər bloglarda çox azdi! və özləridə digər bloglardan çox az hit qazanırlar.
Məmul odur ki blogçular bloglarına ziyaraçi qazanmaq üçün sistemdə olan digər bloglardan ziyarat edib, olan yazılar barəsində şərh kimi fikirlərnin yazsınlar və blogçudan keçid dəyişmək tələb etsinlər, Amma burada vəziyyət başqa curədi.
Blogmular mütləq auditoriyaya malik olmağı sevirlər. onlar istəyirlər ki, yazdıqları oxunsun və onlara diqqət yönəldilsin. Amma təəsuflər olsun ki bizim (bəzi) blogçularımız bloglarında özlərindən ya digər saytlar və bloglardan kopy etməklə yazı dərc edirlər amm öz yazılarının oxunmasi üçün heç bir tədbirə əl aparmərlar.
Nə olsun ki mənim blogımda minlərcə maraqli və faydali xəbərlər, məqalələr və digər materyallar olsun amma kimsənın onlardan xəbəri olmasın! və blogımın ziyaratçıları əl barmaqlarının sayından az olsun!







Əsgər Əsgərzadə (Fərhad), 1976-cı ilin mart ayında İranın Ərdəbil şəhərində doğulmuşam. Hal-hazırda Bakıda yaşayıram, İnternet sahəsində işləyirəm və belə işlərlə çox maraqlanıram. www.azeriblog.com saytının adminiyəm və Aznet inkışafına çalışıram. 

