Bir qrup alim 12 min kişi və qadın üzərində araşdırma işi aparıb. Bu müddət ərzində onlardan 1242-si ürək xəstəliyindən vəfat edib. Müxtəlif səbəblər ucbatından isə ümumilikdə 5901 adam vəfat edib.
Alimlər iki parametri müəyyənləşdiriblər. Onlar adamların nə qədər spirtli içki içdiklərini və hansı fiziki işlə məşğul olduqlarını müşahidə ediblər.
Məlum olub ki, içki içməyənlər və fiziki məşğələ ilə məşğul olmayanlar ürək xəstəlikləri sahəsində ən böyük təhlükə ilə üzləşiblər.
Buna baxmayaraq, Britaniyada alimlər deyirlər ki, spirtli içkinin həcmini artırmaq çox asandır və böyük dozada spirtli içki sağlamlıq üçün ziyandır.
Bəs spirtli içki nəyə xeyirdir?
Spirtli içkilərdən düşüncəli şəkildə istifadə və fiziki məşğələ ürək xəstəliklərinin mümkünlüyünü azaldır. Amma spirtli içkidən aşırı istifadə bu müsbət nəticələri yox etmiş olur.
Maraqlıdır ki, danimarkalı alimlər yalnız ürək xəstəlikləri deyil, bütün ölüm halları üçün eyni tendensiyanı aşkar ediblər. Fiziki məşğələ bu risqi azaldır, amma hər hansı fəallıq olarsa az miqdarda içki içənlər eyni fəallıq göstərən və heç bir içki içməyənlərdən daha az təhlükə ilə üzləşmiş olublar...
Kopenhaqenin səhiyyə institutundan professor Morton Qronbok deyib ki, bütün araşdırma işləri onu göstərir ki, həm fiziki fəallıq, həm də az miqdarda spirtli içkidən istifadə etmək vacib faktorlardır və bunlar ürək xəstəliklərindən ölüm hallarının sayını azaldır.
Britaniyanın kardioloji fondundan Elen Meyson bunları deyib:
"Əlbəttə ki, ürək xəstəlikləri təhlükəsinin qarşısını almaq üçün spirtli içkilərdən sui-istifadə edilməməsi müsbət sayılmalıdır. Amma spirtli içkilərdən aşırı istifadə bu müsbət təsiri heçə endirir. Bu, qan təzyiqinin artırılmasına gətirə bilər".
Mənbə: BBC Azeri


