Reklam verin!

Maşın reality şou

Yazar: Fərhad @ Yanvar 23, 2008 9:35

Gözlərimiz aydın, "Maşın" reality şou yeni sürəti Yanvarin 21dən başladi! Bu dəfəki maşında: Brilyant Dadaşova, bəstəkar, “Rast” qrupunun lideri Rəşad Həşimov, top-model Nigar Talıbova, müğənni Almaz Ələsgərova, Zamiq, Könül Kərimova, Vasif Məhərrəmli, aparıcı İlkin Həsəni, müğənni Yeganə, Aşıq Əhliman, meyxanaçı Rəşad Dağlı, müğənni Cavid Hüseyn, Rüstəm Zaynallı (“Şeron”), müğənni Mirkamil (“Xalq ulduzu”), müğənni Aslan, rəqqasə Sevda, jurnalist Cavanşir Babalıoğlu və müğənni Rəhim Rəhimli iştirak ediblər.

Lider TV nin bu verlişinə hər gün saat 22 rədələrində baxa bilərsiz, Bu verlişin maşallah bollu sponsoru var! mən hələ düşünə bilmiyəm ki belə bir aylıq boş verlişin nədən bebilə sponsoru olur ki neçə min manatlar odeyırlər amma Azəri BLog saytında ayda 150 Dollar qimətində aylıq reklam verən olmur? bunlari bir birinin yanında qoyub müqayısə etmək səhvdır amma bunların hansi Azərbaycana mənfəətlidi? Hansi Azəriləri və Azərbaycanlılari dünyada tanındıra bilər? Azərbaycanımız çox qərib bir ölkədi. belə işlərdən çox olar.

 


Məncə şəxsən belə verlişlər və xüsusən bu verlişdə çox səviyyəsiz və ucuz söhbətlər edirlər və birdə adı məşhur olan insanlar özlərini ucuz reklam edirlər.  deməli ki çox şit bir verlişdi və Murad Dadaşovın böş sözləri verlişdə riqabəti qızdırmaq üçün adamın zəhləsin aparır! həmçinin bu verlişin  AzərCell və Murad Dadaşovın ciblərin doldırmaqdan sonra bir mənfəəti yoxdu. yaxud, sadəlövh tamaşaçını aldadan «SMS kələkbazları»


Ötən şoulardan fərqli olaraq, bu dəfə qalmaqallar, intriqalar, dedi-qodular daha qabarıqdır və sənət adamlarına əsl simalarını, səviyyələrini, cılızlıqlarını göstərmək üçün ideal şans «yaranıb».

Tamaşaçı qarşısına daima güləriz çıxan, hər nə edirəmsə, xalqım naminə edirəm - deyib, min hoqqadan çıxan bəzi müğənnilərimiz bir maşından ötrü bir-birinin ayağını dartanda, ikiüzlülük edəndə, yaltaqlananda, təhqirə yol verəndə, hətta canlı yayımda harada olduğunu unudub, yubkasını tam yuxarı qaldırıb, corabını göstərəndə (təbii ki, şounu izləyənlər Aygün Kazımovanın bu hərəkətini yaxşı xatırlayırlar. Əgər Murad Dadaşov anında qarşısını almasaydı, müğənninin alt paltarı görünəcəkdi) nədənsə xalqı – ekran qarşısında oturan milyonlarla tamaşaçını (nəzərə alın ki, onların arasında yeniyetmə və uşaqlar da az deyil) veclərinə belə almırlar. Maraqlısı budur ki, həmin müğənnilərin heç maşına ehtiyacları da yoxdur. Uduşa qoyulan «Nissan»nı almaq üçün təxminən bir həftə toy və restoranlarda çıxış etmələri kifayətdir. Onların məqsədi maşın qazanmaq yox, özünü reklam etmək (təəssüf ki, əksər hallarda, bu, antireklamla nəticələnir), bahalı qarderobunu, zinət əşyalarını, əndərəbadi saç düzümünü nümayiş etdirməkdir. Hərdən adama elə gəlir ki, bu müğənnilər onları seyr edən kasıb xalqa öz cah-cəlallarıyla acıq verirlər…

Söhbət təkcə onların davranışından getsəydi, dərd yarı idi. Təəssüf ki, bu şouya baxan və iştirakçılara səs verən camaata həm də SMS məsələsində kələk gəlirlər. İştirakçılar öncədən bir-biri ilə razılıq əldə edir, şübhəsiz, bütün bu razılıqlara Murad Dadaşov «xeyir-dua» verir, nəticədə isə sadəlövh, bütün bunlardan bixəbər tamaşaçı aldanır. 

Artılmaliyam ki bu yazılar mənim fikrimdi və verlişi sevən vətənlaşlarımın fikirlərinə və zovqlarına hürmət edirm. Blogın bu şeyi yaxşidi ki insan öz fikirlərin yazıb digər şəxslərlə iştiraka qoysun!  

1
Ilahe yazıb:

Sizinle tamamile raziyam. Dushunurem ki, blogu idare ederek cox boyuk ir is gorursunuz. Size ugurlar arzulayiram. Sponsorlara de uz tutub deyirem: "Insafa gelin!!!"

Yanvar 26, 2008 1:40

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha