Mobil telefonlar və uşaqların sağlamlığı
Mobil telefonların ziyanlı olub-olmamasına dair alimlər hələ ki ortaq məxrəcə gələ bilmirlər.
Mobil telefonların ziyanlı olması sübuta yetirilməsə də, həkimlər uşaqlara bu rabitə vasitəsindən istifadə etməməyi məsləhət görürlər.
Ən çox mobil telefonlar və onların yaratdığı elektromaqnit şüaların beyin üçün zərərli olduğu ətrafında mübahisələr gedir.
2001-ci ildən bəri Britaniya və bır sıra Avropa ölkələrində bu sahədə araşdırmalar aparılır və bir sıra müxtəlif qənaətlərə gəlinib.
2004-cü ildə İsveçrə alimləri telefondan istifadə və qulaqda eşitmə qabiliyyəti ilə bağlı sinir ucu xərçənginin əlaqəli olduğunu deyiblər.
2006-ci ildə Danimarkada beyin şişləri ilə bağlı statistikanı təhlil edən alimlər deyirlər ki, telefonların istifadəsi ilə yeni şişlərin əmələ gəlməsi arasında bağlılıq müşahidə olunmayıb.
Bir il sonra Finlyandiyada keçirilən araşdırma sinir sistemində inkişaf edən qlioma şişlərinin telefonla əlaqəli olduğuna dair əsas tapmayıblar.
Elə 2007-də İsrail alimləri bildiriblər ki, telefon təsiri altında hüceyrələrdən kinaza adlı mayənin istehsalını görmək olar ki, hüceyrələrin bölünməsi və inkişaf etməsinə cavabdehdir.
Alimlər bildirdilər ki, yeni şişlərin əmələ gəlməsini müşahidə etmək üçün azı 10-15 il vaxt tələb olunur.
Mənbə: BBC Azeri







Əsgər Əsgərzadə (Fərhad), 1976-cı ilin mart ayında İranın Ərdəbil şəhərində doğulmuşam. Hal-hazırda Bakıda yaşayıram, İnternet sahəsində işləyirəm və belə işlərlə çox maraqlanıram. www.azeriblog.com saytının adminiyəm və Aznet inkışafına çalışıram. 

