TurkBlog.com
Mən Azəri blog üçün çox zəhmətlər çəkdim və gecə günduz bu layihə üstə işlədim nəticəsizdə olsa, əlbəttə ki yenədə işliyəcəm, amma hər halda Azəri blog elə də ürəyimə yatan kimi Azərbaycanda alınmadi və bu mənə artiq aydınlıqla bildirdi ki Aznetin inkişaf olunmasına hələ çox qalır!
İndi 6 ay saytın fəaliyyətindən sonra təəsuflər olsun ki Slovakiyadan Azəri Bloga girənlərin sayı Azərbaycandan çoxdu! əgər ki layihə məhz Azərbayca üçün yaranıb və milli blog sistemi adlanıb! məncə bunun səbəbi Azərbaycanda Azəri blogın istifadəçilərinin aktiv olmadıqlarıdi.
Yadıma gəlir ki İranda PersianBlog ilk Fars dilində blog xidməti verən sayt 5 il bundan öncə açılan zaman bizlər o qədər sevinirdik ki təssəvur etmək olmazdi. O zaman Blogger kimi gücli blog sistemi varidi amma ilk İranda belə güclu blog sistemi yaranmaq bizi sevindirirdi. İndi Azərbaycanda çox güclu (güclu deyendə bəlkə bəzilər başa düşməsinlər amm digər saytlarla misal üçün Blogger ve WordPress lə müqayısə edəndə bilinər) ilk blog sistemi yaradıldi və çox keyfiyyətli imkanlar istifadəçilər qarşısında qoydu və çox da reklam oldu amma özünə layiq olduğu qiməti almadi.
Əgər bəzi aktiv və zovqli blogçularımız ki hamısı mənim əziz dostlarımdılar olmasaydılar, çoxdan bu sayti baqlamışdım! çünku saytın mənə maddi cəhətdən zərərdən başqa heç nəyi yoxdu!
Amma indi bu gözəl sayti yaratmışam və belə zirvəli imkanlarla bəzəndirmişəm (yeni imkarlda sayta ən qısa zamanda əlavə olacaq) Aya mən bu işimdən heç nə qazanmiyacam?
Niyə başqa fikrim var və inşallah 5-10 gün ərzində reallaşacaq. mən TürkBlog.com layıhəsin yaradacam. və Türkiyə üçün Türk dilində təqdim olunacaq. Türkiyədə blog saytlari var misal üçün Blogcu və BenimBlog, və digər saytlar amma bunların heç biri Bizim blog sistemin xidmətlərilə və imkanlarıla reqabət edə bilməzlər. və mən əminəm ki TurkBlog layıhəsi Türkiyədə çox güclu sürətdə alınacaq.
Hər nə olsa Türkiyədə net çoxdan inkişaf olunub və millət geniş sürətdə internetdən müxtəlif zəminələrdə istifadə edirlər. və oradaki gənclər Blog kimi yeni şeyləri bizlərdən neçə qat çox başa düşürlər.
Əziz dostlar və dəyərli istifadəçilər: Əgər əlinizdən gəlirsə Azəriblogın Azərbaycanda tanınması üçün addımlar atın. buna görə sizə dərin minnətdarlığımi bildirirəm. Hammınıza uğurlar







Əsgər Əsgərzadə (Fərhad), 1976-cı ilin mart ayında İranın Ərdəbil şəhərində doğulmuşam. Hal-hazırda Bakıda yaşayıram, İnternet sahəsində işləyirəm və belə işlərlə çox maraqlanıram. www.azeriblog.com saytının adminiyəm və Aznet inkışafına çalışıram. 


Ben elimden geldigi kadar bu siteyi tanitiyor ve insanlari blog yaratmaya teshvik edip,heveslendiriyorum .))
ama dikkatimi cheken,normal,okuna bilir bloglarin chok az olushu.sadece sachma sapan fotolardan olushan,sevgin oyle ashkim boyle diye gechen,ve ya bashka sitelerden kopyalanmish haberler....
malesef bi elimin parmak sayini ashmicak kadar normal okuna bilir bloglar var.. nedeni ne acaba?
Yanvar 30, 2008 15:13