Bəzilər blog yazmaq üçün internetdə ən məşhur və güclü blog sistemlərin axtarırlar, və belə sistemlərin imkanlarına baxıb birini seçirlər, çünkü bilirlər belə sistemlərin yaranmağında planlar vardi və boş yerə deyil.
Ayda neçə yüzlər və (neçə ildən sonra sayt məşhur olandan sonra) neçə minlər Dollar pul boş yerə belə saytlarda xərc olunmur. saytın məqsədi vardi. və ən güçlü serverlər və ən bacarıqli mütəxəssis şəxslərdən istifadə edirlər ki saytlari nümrə 1 olsun. demək olar belə saytlarda neçə illərdən sonra da materyallara əl dəyən yoxdu və sayti idarə edənlərdə millətin zəhmətlə yazdığı yazılar və materyalların silmək üçün bir fikir yoxdu. ona görədi ki blogçu neçə il və aydan sonrada o sistemə gəri qayıtsa hər nə öz yerindədi. (misal üçün dünyanın ən məşhur blog sayti Blogger.com )
Bəlkə belə bir sual olsun ki: belə böyük saytlar bu qədər pülü nə üçün xərc edirlər və millətə pilsuz xidmət verirlər? cavabında deməliyəm ki olar istifadəçilərin ala gözlərinə aşıq deiyllər, bu xidməti verməklə saytlarına ziyaratçi qazanırlar və günbəgün yeni imkanları əlavə etmək ilə qadir olurlar müştərilər üçün reklam xidmətləri nəzərdə tutsunlar və pul qazansınlar. və bu məsələ çox təbii di ki onlar neçə aylar və illərdən sonra qazansınlar.
Blogger saytıda əvvəlki illərdə bloglarında reklam edirdi və pul qazanırdi, amma indi dünyanın ən böyük və məşhur internet şirkəti yəni Google ona sahib olandan sonra reklamlari qaldırdi, çünkü google şirkətinin bloggerin qazancına heç ehtiyaci yoxdur. və bəlkədə başqa planlari vardi və sonra bir iş görsun.
Amma bəzilərdə vardılar ki isteylər bloglarının hər nəyi özlərinə aid olsun, misal üçün ünvanlari öz şəxsi Domainləri olsun və ozləri materyallari host etsinlər və ...
Belə fikirə sahib olan şəxslər gərək bu fikirləri üçün ildə bir miqdar pul ödəsinlər. əgər bir pulsuz host və scriptdə tapsalar, gərək ildə ən azi domainləri üçün 10 $ ödəsinlər.
Umumən belə blogların ən az ziyaratçılari olur, çünku pulsuz blog sistemlərində olan bloglar kimi elə saytların əsas səhifəsində reklamlari getmir və yalnız öz tanışlari və dostlari belə bloglardan ziyarat edirlər və bəzən axtarış sistemlərdən girən şəxslər olur.
Demək olmaz ki hansi yaxşıdı, pulsuz blog sistemlərində blog açmaq yoxsa şəxsi ünvanla blog yaratmaq? amma məncə addi şəxslər üçün pulsuz blog xidməti verən saytlarda blog açmaq məsləhətdi və məşhur və popular şəxslər üçün şəxsi ünvanda blog yaratmaq.
Əgər mənim blogda elə çox gözə gələn ziyaratçım olmıyacaq və mənim blogdan elə qazancımda həmçinin, niyə belə yüksək surətdə pulsuz blog xidməti verən saytlar olan yerdə, ildə neçə dollar blog üçün xərc edim?
Məncə blog yazmaqda əsas harda yazmaq deyil, bəlkə əsas necə yazmaq və davamli yazmaqdi. çünkü hər blog yazana neçə ildən sonra ilk yazılari çox marağli olacaq. və internetdə olubdu elə blogçular ki neçə il bir movzuda blog yazandan sonra blogdaki yazılari bir kitab kimi çap ediblər və şöhrət və sirvət qazanıblar!
İnşallah sizində və bizimdə hamımızın işimiz blog aləmində uğurlu olsun.



salam lar سلام وبلاگینیز اوچون چوخ سئویندیم
سیزه اوغور لار ارزیلیرام
Fevral 23, 2008 4:48