Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Dubay və Baki

DubaiDubay - Birləşmiş Ərəb Əmirliyində şəhər. Dubay indi azad şəhər olaraq dünyada məşhurdur. Dubay 20 il bundan öncə heç nə deyildi. Hər kimdən istesəydin ki, istirahət üçün və ya yaşamaq üçün Dubaya gedə adama gülərdi. Amma indi 20 ildən sonra Dubay artiq inkişaf olunub, dünyanın müxtəlif saytlar və televizya kanallarında Dubayın reklami gedir  və dünyanın müxtəlif ölkələrindən varli insanlar istirahət, biznes və yaşayış üçün Dubaya gəlirlər. Bəzi dünyanın ən məşhur və popular insanlari gəlib Dubayda villa və ev alırlar və demək olar ki, indi dünyanın hər yerindən Dubaya pul gəlir və ona görədi ki, o ölkədə yaşayan insanlar hamısi rifah içində yaşayırlar. Və bu rifah yalnız Dubayın neft ve qazından əldə olunmur, bəlkə türizm sahəsindən neftdən çox gəlir gətirir.

Məncə ölkəmizin paytaxtı Bakı şəhərinin Dubay şəhərindən heç bir əksikliyi yoxdur. Amma biz Bakının inkişafına görə demək olar ki heç bir iş görməmişik. Yalnız öz dovlətimiz və öz millətimizin puluna göz tikmişik və başqa ölkələrin sərmayələrini Bakıya gətirmək barədə tədbirlərimiz olmayıb və əgər olubsa da elə də faydalı və səmərəli olmayıb.

Dubaiİndi Dubaya ən çox  gedən varlı şəxslər İrandan olur. Bəzi siyasi səbəblərə görə İran varlıları Dubayda yaşamaq üçün və orada biznes etmək üçün Dubaya gedirlər. Bizim də İranla çoxlu müxtəlif zəminələrdə o cümlədən mədəniyyətdə iştirakımız və bizim 30 milyon soydaşlarımız İranda yaşayır. Bəs biz niyə onların sərmayələrini Bakıya gətirmək üçün bəzi tədbirlər etmirik? İranın ən varli şəxsləri türklərdirlər.

Nə olar ki, əgər biz bəzi imkanlar yaradaq iranlılar (əlbəttə varlıları) bizim ölkəyə və xüsusən Bakıya gəlib və burada pullarını xərc etsinlər. Azərbaycanlılara iş yaratsınlar özləri də qazansın və dövlət də vergi alsın, qazansın. Dubayda tikilən yeni binaların çoxunu İranlılar alırlar. Və əlbəttə banklarda ev satmaq üçün kredit istiyən şəxslərə müxtəlif şərtlərlə kereditlər verir və faiz artırır və qazanır. İndi 30-35 fars dilində olan telekanallar Dubaydan ev almaği iranlılara reklam vasitəsilə məsləhət görürlər.

Biz gərək elə yaşayış imkanları yaradaq ki, iranlılar və digər ölkələrin varlı şəxslərini Bakıda və Azərbaycanda sərmayə ilə biznes yaratmaqa həvəsləndirək. Və ölkəmizə və xalqımıza gəlirlər əldə edək. Rifahi vətəndaşlara bəxş edək və dünyanın ən sərvətli və güclü ölkələri sırasına qoşulaq.

Mən əminəm ki, əgər istəsək biz buna nail ola bilərik. Çünku Azərbaycanda bu potensial vardır.

Yazar: Fərhad @Fevral 23, 2008 9:43
Ordan-Burdan | Şərhlər(2)
Baxış sayı: 247
Açar sözlər: dubay baki 
Bookmark and Share



1
Elvin yazıb:

shocked Ferhad qaqa cox gozel yazmisan, Ama onu da yadinnan cixarmaki biz ne qeder calissaqki iranin ve yaxud bassga bir olkenin varli adamlari Bakiya umumiyyetle Azerbaycana yatirim etsinler, oradan da qazanan yene Bakinin milyarderleri olacaq Kasiblara colde qalanlar hecne qazana bilmeyecek men buna adim kimi eminem,

Fevral 24, 2008 16:49

2
Elvin yazıb:

Ferhad qaqa menimde bloguma kecid verersen de smile Blogran-a

Fevral 25, 2008 8:39


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha