Reklam verin!

Saytınızın ən əhəmiyyətli səhifələri

Yazar: Fərhad @ Fevral 28, 2008 11:30

BiznesÖz şəxsi saytınız üçün hansı planları fikirləşirsiniz?  Ziyarətçılərin sizin saytdan informasiya və xidmətlərinizi rahatlıqla tapması üçün hansı stratejiləri nəzərinizdə saxlamısınız? Hər-hansısa mövzuda saytınızda materiallar varmi?
 
İnternetin ən yaxşi xüsusiyyətlərindən biri bundan ibarətdir ki, kiçik və balaca şirkətlərdə bəzi işləri görməklə internetdə böyük və məşhur şirkətlər kimi gözə görünmək mümkündür. Buna görə internet saytlarında bəzi səhifələrin əhəmiyyəti böyükdür ki, aşağıda bu barədə daha ətraflı söz açacağıq:

Haqqımızda:
Bu səhifədə şirkət barəsində və həmçinin onun məhsulları və xidmətləri barədə ən geniş məlumat yerləşdirin. Şuararabənzər cümlələrdən və ifadələrdən çəkinin və çalışın ki, qısa cümlələrlə şirkət barəsində məlumat verəsiniz.
Əgər bu səhifə üçün nəzərdə tutduğunuz məlumat çoxdursa onlari bir neçə bölumdə parça-parça yazın.

Proyektlərimiz:
Saytların ən əhəmiyyətli səhifələrin biri də bu səhifədir. Müştərilər üçün sizin şirkətin hansı işlər gördüyü və ya görəcəyi çox əhəmiyyətlidir.

Proyektlərin prosesi:
Müştərinin hər hansı bir proyektinizin istifadəsi zamanı o məhsulun nə zaman, necə və hansı yolla çatacağını bilməsi vacibdir.

Müştərilərin nəzəri:
Hər zaman müştərilər hər hansı bir məhsulun keyfiyyətinin və xidmətinin yaxşı olmağını arzulayırlar.Müştərinin inamını qazanmaq üçün ən səmərəli iş müçtərilərin fikir və düşüncəsinə uyğun bir səhifə hazırlamaqdır. Bunun üçün sizin müştəriniz olmuş insanların sizin məhsullar vı şirkətiniz barədə fikir və düşüncələri həmin səhifədə yerləşdirin. Əgər hansısa bir QHT və ya təşkilatın üzvüsünüzsə o təşkilatın logo və ya keçidini öz səhifənizdə yerləşdirin. Əgər şirkətiniz və yaxud məhsullara görə mükafatlarınız mövcuddursa onları da saytda nümayiş etdirin.

Məsləhətləşmək xidmətləri:
saytınızda hər hansı bir səhifəni də müştərilərə məsləhət vermək üçün ayıra bilərsiniz. Həmçinin məhsullar barədə də yazılar yerləşdirərək müştərinin işini rahatlaşmış olursunuz. Müştəri bəyəndiyi məhsulu seçdikdən sonra hər hansı bir formu dolduraraq sizə həmin məhsulu sifariş verə bilər. Sifarişi aldıqdan sonra müştəriyə cavab çəktubu ilə təşəkkür bildirməyi unutmayın!

Bizimlə Əlaqə:
Ziyarətçilərinizin və ya müştərilərin inamını qazanmaqdan ötrü hər zaman pzünüz və şirkət barəsində geniş məlumat yerlərşdirin. Belə ki, özünüzə məxsus olan ünvan və telefon nömrəsini saytda əks elətdirin. Və qeyd edin ki, bu ünvan və ya nömrə ilə hər an sizinlə əlaqə saxlaya bilərlər.


1
Sensiz olmaz yazıb:

salam Necəsiz

çox sağolun ki sensiz olmaz blogun keçid verdin

sizə uğurlar

TƏBRİZDƏN ibrahim

Fevral 28, 2008 14:37

2

Salam Fərhad!!!

Əvvəla, şərhlərin sırası problemini düzəltdiyinə görə sənə təşəkkürlər! İnan ki, çox əziyyət verirdi adama. Bilmirdin hansı cavab hansı fikirlə bağlıdır.
Əlbəttə, istənilən proqramın beta-versiyasında səhvlər olur. Bunsuz mümkun deyil. Sağ ol ki, belə peşəkər və çevik reaksiya verdin və səhvi aradan qaldırdın.

İkincisi, həm də ona görə Çox sağ ol ki, Azəriblog-u yaratmısan. Şübhəsiz ki, bu xidmət milli web-məkanın inkişafında böyük rol oynayacaq.

Həmişə bacardığım hər köməyi etməyə hazıram.

P.S.

Bu təhlükəsizlik kodunun da asanlaşdırsan, lap əla olar! Düz yazanda belə, getmir.

Uğur olsun!

Sayğılarımla, Vüsal.

Fevral 29, 2008 15:23

3
araz yazıb:

gön aydın mənim aslan qardaşım
azeribloqu dağılmış iran bloqlarimda rklamlamağ mənə şərəfdir
bax lutfən
http://araz1385.blogfa.com
http://araz1385-4.blogfa.com/

Mart 2, 2008 13:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha