Yeni layihəmin adı XəbərNamədır. Qısa şəkildə deyim ki, XəbərNamə Azərbaycan milli xəbər paylaşma saytıdır. Belə demək mümkünsə milli digg! Bu sayt Azərbaycan internet məkanında mövcud olan xəbər və məlumatların istifadəçilər tərəfindən məşhur seçilərək toplanma xəzinəsidir. Bu layihədə AzəriBlog kimi, ilk dəfə olaraq məhz Azərbaycan dilində Azərbaycan istifadəçiləri üçün, bizim AzNetin inkişafiıüçün ElimizOnline İT groupun növbəti layihəsidır.XəbərNamə barəsində ətrafli məlumati öz saytından əldə edə bilərsiniz.
Ən çox səs qazanan xəbərlər məşhur xəbərlər adıyla "XəbərNamə"nin əsas səhifəsinə yüksəlir və blogumun yazısı bir çox ziyarətçilərə təqdim olunur. Bu həmçinin mənim üçün də (istəsəniz sizin üçün də ola bilər ;) ) pulsuz reklam deməkdir!
Siz də əgər Azəriblog sistemində və ya başqa blog sistemlərində blog yazmaqla məşğul olursunuzsa, çox rahat surətdə bu işarəni öz blogunuza əlavə edə bilərsiniz. "XəbərNamə"də üzv olmaq üçün buradan XəbərNamənin qeydiyyat səhifəsinə daxil olun və işarəni blogunuza yerləşdirmək üçün "XəbərNamə"nin blog və sayt xidməti səhifəsinə daxil olun. "XəbərNamə" saytına keçid verib ona dəstək olun. Bundan əlavə XeberName.com saytının bir kiçik reklam banneri də var ki, əgər istəsəniz blogunuz və ya saytınızda yerləşdirə bilərsiniz.
Mən əminəm ki, bu layihə də AzNetdə ən güclü xidmətlərdən biridir və AzNet inkişafına çox köməyi olacaq. Bu layihəyə sizlərin də dəstəyini gözləyirik! Bütün istifadəçilərimizə xeyirli olsun! Uğurlar!




Çox yaxşı proyektdir. Yaradanlara təşəkkürlər.
Bir xahişim var, orada "Elm" bölməsi də yaradın. Hər halda "Texnologiya" və "Elm" fərqli şeylərdir.
Öncədən təşəkkürlər!
Mart 10, 2008 13:57