Reklam verin!

Azeri blog imkanlarında fərqli istifadə edək!

Yazar: Fərhad @ Mart 15, 2008 22:01

Artıq bir həftədir ki, XəbərNamə saytı fəaliyyətə başlayıb. Bu bir həftədə mənim dəyərli dostlarım öz bloglarında və saytlarında XəbərNaməni AzNet istifadəçilərinə tanındırmaq üçün çox zəhmətlər çəkdilər və bu barədə bloglarında yazılar yazdılar. Həmçinin XəbərNamə saytının reklamını bloglarında yerləşdirdilər. XəbərNaməni işə salıb və saytına artıq inkışafında kömək edənlərin hamısına dərin minnətdarlığımı bildirirəm.

Amma bilmirəm niyə və nə səsəbə görə o cür ki, arzulatırdım alınmadi. (inşallah bəlkə bir neçə vaxtdan sonra alındı) Saytın əsas məqsədi AzNetdə fəaliyyət göstərən bloglar və saytların yazılarına keçid verib reklam etmək olsa da blogcularımız və sayt idarə edənlərin bu barədə aktiv iştirak etməklərindən bir şey görmədim. Yalnız bir iki nəfər gəlib öz bloglarının yazılarına keçid verib saytdan  çıxırlar amma  digər saytlara keçiddən və digər  göndərilən xəbərlərə səsdən bir  xəbər yoxdur!  Başa düşə bilmirəm ki, bir neçə blog və saytın xəbərlərin göndərməklə və  digər istifadəçilərin xəbərlərinə səs verməklə  nə qədər  vaxt sərf edirlər  ki,  belə asan və rahat işləri saytın aktiv olmaği üçün etmirlər.

Əminəm ki, qısa zamandan sonra sayt istədiyimiz səviyyəyə qalxar və bütün internetdən istifadə edənlər onun həqiqi məqsədini tanımaqla saytda geniş fəaliyyət göstərərlər.

Bu gün bir blog açdım! Mübarək olsun! Bəlkə də deyəcəksiz ki, bu qədər işdən necə vaxt ayırıb başqa bir blog da açırsan? Onu deyim ki, bu blogu açmaqla istədim bəzi dostlar və istifadəçilərimizə bildirim ki AzəriBlogun imkanlari necə User Friend (İstifadəçi sevən)di. Bir az kodları dəyişməklə fərqli blog və jurnal yaratmaq olar. Yeni blog Klip adındadır və Azərbaycana aid video kliplərini cəmləmişəm. AzəriBlog sisteminin kodlarından fərqli surətdə istifadə etməklə misli görunməyən blog səhifələri yaratmaq mümkündür. Uğurlar!


1
oxchu yazıb:

Xebername ilə bədbin əhval ruhiyyənizə onu deyimki, bu normal haldır. Sistemin fəaliyyət sahəsinin genişləməyi üçün ən az 6 ay vaxt lazımdır. Daha geniş auditoriyaya çatdırmaq üçün isə gərək yüksək reytinqli bloglardan bəziləri ilə əməkdaşlıq oluna. Elə sayt seçmək gərəkdirki çoxları onu özlərinə nümunə götürmüş olsun. Bununlada yayılacaqdlr..

Yeni blogda xeyirli olsun

Mart 17, 2008 12:38

2
sensizolmaz yazıb:

salam mənim əziz dostum fərhad

mən azərbaycanimi çox sevirəm və onun inkişafi üçün əlimdən nə gəlsə görərəm hətta adamin ən əziz canidi onnanda belə geçərəm

fərhad bəy mən çox sevinərəm əlimdən gələn xidməti eliyəm

xebername üçün də belə diyəbilləmki ç0o0o0o0ox gözəl layihədi bura qədər düzdü siz diyən alinmayin ama gələcəyi daha yaxşi olacaq

yaşasin azərbaycanimiz


TƏBRİZDƏN ibrahim

E-poçta: ibrahim.tabriz@box.az

Mart 18, 2008 16:47

3
Nurlan yazıb:

Klipi çox gözəl düzəltmisən.

Fərhad, Xebername tamaməm yeni bir məsələdir. Üstəlik hələki bizdə interneti şəkil videoya baxmağa yer kimi bilirlər. Onun üçün tələsməyə ehtiyac yoxdur.

O boyda Facebooka 18 ay lazım oldu, tam işləmək üçün. Biraz tam yayılsın, anlayış yaransın, onnan sonra gör sən smile

Mart 26, 2008 1:14

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha