Google Bomba
Google bombası və ya ingiliscə Google Bomb nədir? Bu barədə bir şey eşitmisiniz? Google bombasının başqa adı keçid bombasıdır və bu bombadan istifadə üçün məqsəd odur ki, Google axtarış sistemində bir movzu ilə əlaqədar istədiyimiz nəticələri ilk səhifiyə çıxartsın. Həmin mövzunu real bir şey kimi nümayiş etmək və ya bir az əhəmiyyətli movzunu Google Bomb vasitəsiylə əhəmiyyətli etməkdir. ümumilikdə Google bombası siyasət və gülməli mövzulardan ibarət olur.
Bildiyiniz kimi Google axtarış sistemi, nəticələri müxtəlif faktlar və o cümlədən keçid əsasıyla nəticələr səhifəsində yerləşdirir. Yəni o movzunun ki, çox keçidi olsa ilk nəticələr səhifəsində nümayiş olunur.
Google Bombın internetdə yaranmasına təkan verən şey müxtəlif çox saylı səhifələrin eyni zamanda göstərilməsidir. Yəni hər hansı bir ifadəni bir şəxsə və ya firmaya bir neçə saytda aid edirlərsə, o ifadə axtarış edildikdə məhz həmin şəxs və ya firmanın şəkili və ya materialları səhifədə nümayiş olunur. "Google bombing" ifadəsi 2005-ci ilin may ayında yeni Oxford Amerika sözluk kitabına ( New Oxford American Dictionary ) daxil oldu və orda mənası spamla əlaqədar olan bir bölməyə yazıldı.
Google Bomb tarixində ilk bomba belədir ki müxtəlif saytlar və səhifələr bu ibarət ilə "more evil than Satan himself" (Şeytandan da şeytan özüdür!) məşhur Microsoft firmasına keçid verdilər və ondan sonra hər kim belə ibarəni Googledə axtarırdı yəni Şeytanı, Microsoft rəsmi saytının nəticələri səhifənin ən başında ilk nəticə kimi nümayiş olunurdu.
2000-cü ilin Sentyabr ayında başqa bir Google bomba yarandı. Saysız-hesabsız veb səhifələri "dumb motherfucker" ibarəsilə George W. Bush ABŞ prezidentinə keçid verdilər. Və ondan sonra kimsə bu tərbiyəsiz ibarəni Google saytında axtarırdısa, ABŞ prezindentinin adı yəni Corc Buş (George W. Bush) ilk nəticə kimi ziyarətçinin qarşısına çıxırdı.
Siyasət və iqtisadiyyat aləmində başqa Google Bombalarda oldu ki, burda onların hamısından bəhs etməyin yeri deyil. Amma bizə qonşu olan İran ölkəsində bir əla Google Bombası yaranmışdi ki, onu burda qeyd etmək (Dağliq Qababağa aid eyni bombanı yaratmaq üçün) bizə də maraqlı ola bilər.
2004-cü ilin Noyabr ayında National Geographic adlı dünyada ən məşhur xəritə çap edən firması, İrana aid olan Persian Gulf (Farslar körfəzi) adının yerinə Arabian Gulf (Ərəb körfəzi) adını yerləşdirdi. Ondan sonra İran dövləti bu barədə çoxlu siyasi addımlar atdı amma bir nəticə ala bilmədi və dövlətin etdiyi şikayətlər də nəticə vermədi. Amma İran internet istifadəçilərin dünyanın hər yerindən bir güclü Google Bomba yaratmaq üçün bir- birinə yardım etdilər.
Bu google bombanın dastanı belədir ki, müxtəlif internet səhifələrində Arabian Gulf ibarəti ilə bu səhifiyə keçid verdilər (necə ki mən vermişəm). Və ondan sonra kimsə Arabian Gulf ibarətin google saytında axtaranda ilk nəticə kimi bu səhifə açılırdı. Səhifədə çox maraqlı bir material İngliscə yazılıbdi: Axtardıqınız dəniz mövcud deyil Persian Gulf üçün cəhd edin! Sizin axtardığınız körfəz mövcud deyil. Dünyanın heç bir körfəzi bu ad ilə tanınmayıb. Onun düzgün adi "Persian Gulf"dur. Necə ki, olub və olacaq. Və sonra məşhur 404 internet səhifəsi tapılmayan zaman açılan xəta səhifəsi kimi ziyaratçiyə bir neçə məsləhət verilib: - yenilənmə düyməsi (Refresh) üstə tıqlayıb heç zaman cəhd etməyin. - Əgər siz Arabian Gulf kəlməsi üçün axtarış yazsanız, əmin olun ki, tarixdən xəbəriniz yoxdur.
Bu bombadan sonra National Geographic firması xəritədə etdiyi səhvi düzəltdi və demək olar ki, bu internet və siyasət müharibəsində Fars internet istifadəçiləri qalib oldular.
Bu yazıda mən çalışdım ki əziz blogçu və internetlə əlaqədar dostlarıma Google Bomba ifadəsi haqqında qısa məlumat verim və məqsədim budur ki, əgər bu barədə Azərbaycan və Aznetdə məşğul olanlar da birlik nümayiş etdirsələr Qarabağ üçün Google Bomba yaratmaq mümkün olaq və gəlin əl-ələ verib dünya internetində Qarabağın Azərbaycana aid olmasını sübut edək! Uğurlar!







Əsgər Əsgərzadə (Fərhad), 1976-cı ilin mart ayında İranın Ərdəbil şəhərində doğulmuşam. Hal-hazırda Bakıda yaşayıram, İnternet sahəsində işləyirəm və belə işlərlə çox maraqlanıram. www.azeriblog.com saytının adminiyəm və Aznet inkışafına çalışıram. 


yaxşı sistemdir. Amma Azərbaycan əhalisi azdır, effekti az ola bilər. Ona əks ermənilər də edə bilərlər
Aprel 1, 2008 3:56