Reklam verin!

YouTube Saytındakı videoları yükləmək üçün ən rahat yol!

Yazar: Fərhad @ Oktyabr 10, 2008 11:53

İnternetlə məşğul olan istifadəçilərin çox sayı mütləq məşhur YouTube video iştirak saytını tanıyırlar, və orda olan müxtəlif mövzulardakı videolara baxıb, maraqlanıblar. bəzən olub ki (mənim kimi) isteybisiniz sizi maraqlandıran video və ya videoları öz kompüterinizə yükliyəsız, amma YouTube saytında video yükləmək imkanı yoxdur!

TechCrunch saytı YouTube saytındakı videoları yükləmək üçün ən sadə və rahat yolu sizə təklif edir.  kompüterinizə videonu yükləmək üçün saytdakı qutuda videonın YouTube keçidin daxil edin. video flv formatında yükləniləcək və VLC və ya başqa uyğunlaşan proqram təminatıla ona baxa bilərsiniz.

flv formatındkı videolara baxmaq üçün bəzi proqramları bu Google axtarışında tapa bilərsiniz.


FaceBook Blog Şəbəkələri

Yazar: Fərhad @ Oktyabr 8, 2008 21:25
Məşhur FaceBook saytının milyonlarca istifadəçilərinə verdiyi imkanlardan blog-çular üçün ən yaxşısı Blog Şəbəkələri (Blog networks) imkanıdır. bu imkan Facebook-da sizin blog-unuzu irəli çəkmək və reklam etmək üçün ən yaxşı yoldır. Bloq Şəbəkələri blog-çulərin və blog həvəskarlarının cəmiyyətləridir.
 
Blog şəbəkələri
 
Xüsusiyyətlər:
  • Profilinizdə blog-unuzun təsvirini göstə bilərsiniz.
  • Blogınız və dostlarınızın blogın (sevdiyiniz bloglar) bir yerdə görə bilirsiniz.
  • Mövzu və ölkələr ilə təşkil edilmiş blogların katalogunda axtarışlar apara bilərsiz.
  • Facebook-un daxilində blog məqalələri və yazılarıni oxuyu bilərsiniz.
  • Forumda blog-çuluq haqqında müxtəlif mövzularda müzakilər apara bilərsiniz.
  • FaceBook üzvləri arasında blogınıza olan fanatları bir yerə topliya bilərsiniz.
  • və xeyli digər xüsusiyyətlər
Blogınızı bu şəbəkədə qeyd edəndən sonra gərək 10 nəfər dostlarınıza, sistem vasitəsilə blogın sizə aid oldıqın təsdiqləndirmək üçün! sorğu göndərəsiz. Blogınız şəbəkədə qeyd olandan sonra dostlarınıza blogınızın şəbədəki profilin göndərib onlardan sizin blog şəbəkəsinə qoşulmaq üçün dəvət edə bilərsiniz. 
 
Əgər blogınızın azarkeşlərinin sayı 15 nəfərdən çox olsa blogınızın yeni yazıları blogın RSS xidməti vasitəsilə, blogınızın profilində nümayiş olacaq. və bu blogınızın ziyaratçılarının sayının artımına və kataloqun yüksək PageRank-ə malik oldığına görə sizin blogın PageRank-nin yüksəlməyinə kömək edəcək.
 
Blogınızı facebook.com saytının bloglar şəbəksəində qeyd edin və mənim blogıma əgər isteyirsinizsə səs verin, mən bütün AzəriBlog bloglarına bu sistemdə səs veriyəm :) 
 

Elektron poçtda sürpriz

Yazar: Fərhad @ Oktyabr 7, 2008 12:02

Artıq hər bir tələbə həftənin birinci günü elektron poçtunu açanda sürprizlə qarşılaşa bilər.

Telebe.az saytı yeni bir yarışmaya start verir. Artıq hər bir tələbə həftənin birinci günü elektron poçtunu açanda sürprizlə qarşılaşa bilər.

Bildiyimiz kimi ölkəmizdə mobil telefon artıq bədənimizin bir hissəsinə çevrilib. Amma telefonda kontur yoxdursa, onda insan ya «yalvar cell»dən istifadə edir, ya da xalq arasında məşhur olan və çoxlarının istifadə  etdiyi «vzv» atır.

Bəs, həftənin birinci günü telefonunuza 10 manatlıq kontur gəlsə, özünüzü necə hiss edərsiniz? Hər şey telefona kontur yükləməkdən də asandır. Söyləmək çətin deyil  ki, əksəriyyətiniz bu hədiyyədən çox şad olar.

Soruşa bilərsiniz, bu necə olar bilər?

   1. Hər gün sayta yerləşdiriləcək bir suala cavab ver və həftənin sonunda ən çox xal toplayan iştirakçı ol! Qalib 10 manatlıq kontura sahib olacaq.
   2. Hər sualın cavabı bir xalla qiymətləndirilir.
   3. Həftənin sonu iştirakçının adı, niki və ya özü haqda istənilən məlumat saytın manşetində, «gündəm» və asudə vaxt rubrikasında yerləşdiriləcək.
   4. Konturun 13 rəqəmli kodu qalibin elektron poçtuna göndəriləcək.

 Cavabları: info@telebe.az elektron poçtuna göndərməlisiniz.

Hər kəsə uğurlar!


4 Oktyabr, 2008-Bloqcularin gorush mekani

Yazar: Fərhad @ Oktyabr 3, 2008 14:09

Melumatiniz varki, sabah 4 oktyabr 2008-ci il tarixinde http://freeexpression.azeriblog.com-un bir yashini qeyd etmek ve bir araya gelmek meqsedile gorush kecirilmesi planlashdilirib. 

Daha etrafli melumat verib, qeyd ediremki, gorush saat 14:30-da IATP Programinin yeni Internet komputer Merkezinde kecirilecek. Merkez Korolenko adina Merkezi Sheher Kitabxanasina kocurulub.

Unvan: Agasadiq Geraybeli kucesi 71. Genclik, Ayna Sultanova Heykelinin yaxin erazisinde

Neqliyyat:  Aznef, Bayil Terefden - 288, 88, 271 nomreli avobus

             28 May terefden - 318 nomreli avtobus

             MUM terefden - 253 nomreli avtobus

             Genclik M. (Mehmanxana terefden) - 312, 203, 267, 27 nomreli avtobuslar

Xahish edirem, suali ve ya cetinliyi olanlar, bloqa yazsinlar, men elaqe telefonumu hemin blogcuya bilerem.

Aytekin_LAnkaran


yaxınlarda aşkar edilmiş qəribə qarışqa

Yazar: Fərhad @ Sentyabr 22, 2008 12:00

Alimlər aşkar edilmiş qarışqanı Brazliian tropik meşəsində tapıblar. güman edirlər ki, bu qəribə qarışqa, fövqəltəbii Marsdan gələ bilər. o heç bir gözlərə malik deyil və onun "ağzı" bir cüt uzun kəlbətinə bənzəyir.

Qəribə qarışqa

Mənbə


İsveçrə, Avropada Gözəl Ölkələrdən Biri

Yazar: Fərhad @ Sentyabr 20, 2008 12:00

İsveçrə Fransızların, Almanın və İtalyanın cürbəcür birləşmələridir və həmçinin gözəl təbiətin birləşməsidir. İsveçrə balaca, dənizə çıxışı olmayan, müxtəlif mədəniyyətlərə aid, çoxdilli ölkədir,  hansı ki Avstriya, Fransa, Almaniya, İtaliya və Lixtenşteynin bapbalaca Knyazlığı ilə onun sərhədlərini bölür.

İsveçrə onun bankları, saat sənayeni, pendiri və şokoladı üçün çox məşhurdur.

İsveçrə - Avropada konfederativ respublika. Paytaxt - Bern şəhəri. 20 kanton (kanton - ərazi bölğü vahidi) və 6 yarımkantondan ibarətdir. 

Avropanın ən gözəl ölkəsindən maraqlı şəkillər






























"Blog" üçün Təriflər

Yazar: Fərhad @ Sentyabr 18, 2008 11:18

Blog- Blog bir saytdır ki siz bu gün oxuyursunuz. Bilərək, bu dünən yazılıb və sabah üçün onun yeni yazısın gözleyirsiniz.

- Bloglar müəllifə çox qısa, informativ məqalələr yazmağ imkanın verir.  müəllif məqalələri (məmulatları) kateqoriyalara bölə bilər və onlar tamamilə asanlıqla axtarış üçün əlyetərlidirlər. Bu blog oxucularına icazə verir sonra informasiyanı çox rahat surətdə blogdan tapsınlar.

- Mən fikirləşirəm ki, bu mənim üçün platformadır: - Özümü ifadə etmək  - Təcrübələrimi bölmək - Bildiklərimi bölmək -Başqa adamlardan öyrənmək

- Mənim blogum mənim həyatımın interaktiv gündəliyidir. Çünki bloqlar yeniləmək üçün asandır.

- Blog blogçunun həyatına baxmaq üçün, oxucuya bir pəncərədir. Bloglar informativ, canlı və əyləndirəndə ola bilər, biznes və ya şəxsi.

Xüsusiyyətlər ki blogları başqa vebsaytlar fərqləndirir:

- məzmun xronologiya üsulda nəşr edilir.
- məzmun müntəzəm yenilənilir.
- oxucular yazılar barədə şərhlərini yazmaq imkana malikdilər.
-başqa blog müəllifləri müxtəlif imkanlar vasitəsilə qarşılıqlı təsir edə bilərlər.
- məzmun RSS vasitəsilə bir neçə iştirakçıdan təşkil olunmuşdur.

Mən sizin blog təriflərinizi oxumağı səbirsizliklə gözləyirəm!


Görək qazanırıq?

Yazar: Fərhad @ Sentyabr 16, 2008 23:32

KöməkAzəriBlog sistemində Hollywood adında bir blog yaradmışıq kı ordan əgər o blogı ziyarat edənlər istəsələr qazanaq!

Saytın bəzi xərclərin o cümlədən aylıq server pulun ödəmək üçün dostların biri təklif etdi Google reklamlarından istifadə edək, və bizdə bu reklamları bloglarda yox, bəlkə bir blogda yerləşdirdik ki əgər olsa ordan heç olmasa bir az qazancımız olsun. Həmin blogın reklamı indi sistem bloglarında gedir.

Google reklamlarından pul qazanmaq belə olur ki hər zaman sayt ziyaratçıları reklam üstə tıklayıb (əlbəttə normal surətdə) və saytından ziyarat etsələr bizim hesabəmıza qazanc gələcək. qazanc diyəndəki çox azdır amma heç nədən yaxşıdır bəlkə bizə serverin aylıq pulun ödəməkdə kömək oldu. indi qalıb o blogın ziyaratçılarına ki biz qazanaq, görək qazanırıq!

Əgər bloglarda reklam üçün müştəri tapılsa həmin reklam yerinə müştərilərin reklamı yerləşəcək. inşallah gün o gün olsun ki saytımıza bir güclü sponsor tapılsın və bloglarda reklam yerləşdirmək artıq lazim olmasın. amma o zamana kimi bele reklamlara ehtiyacımız var. 

 


Sıra məndə: Uşaqlıq sırrlərım!

Yazar: Fərhad @ Sentyabr 14, 2008 9:52

Esma Nurun annesi digər ölkələrdə blog sistemləri blogçuları arasında olan oyunlar əsasən AzəriBlog sistemində Sira Səndə adlı oyunun başlamışdı və ilk dəfə AzəriBlog sistemi blogçuları arasında bu oyunu realaşdırmışdı.

indi mən iki üncü dəfə olaraq bu oyunu Blogçular arasında başlamaqı istiyəm.

Oyun belə olacaq ki: mən öz uşaqlığ sırlarımdan neçəsin bu yazıda yazıb və yazının sonunda digər blogçu dostlarımdan neçəsin bu oyuna dəvət edəcəm və inşallah onlarda öz blogarında Uşaqlıq sırrlərım adlı yazıla öz sırların bizlərlə paylaşacalar və yazı sonunda digər dostların oyuna dəvət edəcəklər.

Yazının sonunda dəvət etdiyimiz blogçuların sayı 1-4 arasında olsa çox yaxşı olar. əgər 1 blogçunu oyuna dəvət edək oyun çox zaman blogçular arasında gedəcək amma əgər 4dən çoxun dəvət etsək oyun tez bitəcək! ona görə mən tovsiyə edirəm ki oyuna 1-4 blogçu dəvət edək.

İndi başlıyaq oyunımıza

Mənim uşaqlıq sırrlərım:

- 8 yaşıma qədər gecələr yerimi istadardım :)

- kəndimizin ən büyük bağı bizim oldığı üçün gündə azi 20 alma yiyərdim.

- Ərdəbildə Hüseyn Rzazadəilə bir məhəllədə olulurdıq, yoğın (kök) oldığı üçün onu futbol oyunımıza yol vermirdik.

- Kənd əhalisinin çoxunun qoyunların minmişəm ;)

- 10 yaşıma kımi 4dəfə başım, 1dəfə burnım və iki yerdən sol qolım sınıb.

Nəqədər çalışdım bunlardan başqa sırlarımı xatırlada bilmədim.

Oyuna ilk öncə Esma Nurın Annəsin, Mayis , VusalRamini dəvət edirəm. Ümidvaram ki qəbul edərlər.

Hadı dostlarım indi sıra sizdə, bizləri öz uşaqlıq sırlarızla tanış edin.


Hadi Saei, Pekin olimpiadasının çampiyonunun blogu

Yazar: Fərhad @ Sentyabr 2, 2008 11:26

Hadi Saeiİndi İranda müxtəlif sahələrdə məşhur olan şəxslərin arasında, blog yaradıb və orda ürək sözlərin millətə yazıb çatdırmaq bir dəb olub.

Bu dəfə Hadi Saei, PersianBLog blog sistemində bir blog açıb vı orda yazıların və fikirlərin dərc edir. Hadi Saeinin blogının adı "Tehran Fərda" yəni "Tehran Sabah" dır. 

Hadi Saei İran Azərbaycanının Bostan Abad şəhərindəndir. Hadi Saei 2000-ci il Sidney olimpiadasında bürünc, 2004-cü il Afina olimpiadasında qızıl və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb.

Məşhur şəxslərin bəziləri özləri üçün şəxsi blog açmasalarda, onların fantaları belə bir blog yaradıb və onlar haqda xəbərlər və materyallar yerləşdirirlər. Misal üçün Ali Daei adila açılan blog. 


“BarKamp Azerbaycan 2008”- qeyri-Konfransında Azəriblog-la bağlı təqdimat oldub

Yazar: Fərhad @ Sentyabr 2, 2008 9:01

Lənkəran şəhərində Qala otelində “Barcamp Azərbaycan 2008” qeyri-Konfransı keçib, çox hey oldu ki bu konfransda mən iştirak edib və dostlarımla yaxından görişə bilmədim amma mən konfransda iştirak etməsəmdə, dostumuz Eyvaz Qocayev AzəriBlog sistemi haqda təqdimat verib.

AzeriBlog

Eyvaz bəydən təqdimat üçün təşəkkür edirəm. 

Xəbəri və əlavə şəkillər üçün Eyvazın blogına daxil olun. 


Azərbaycan 0 - İran 1

Yazar: Fərhad @ Avqust 27, 2008 20:41

Futbol üzrə milli komandamız bu gün İranla qarşılaşdı və oyunda 1-0 hesabila məğlub oldu.

Tehranın «Azadi» stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayan qarşılaşma da İran milli komandası 82 uncu dəqiqədə Mohəmməd Nuri təvəssütilə Azərbaycan qapısın açdı və oyun bu nəticə ilə sona çatdı. Daha öncə baş tutan 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməmişdi.


Blog dizaynları və reklam məsələsi

Yazar: Fərhad @ Avqust 26, 2008 16:27
Bu halda ki AzəriBlog sisteminin istifadəçilərinin çox sayı AəriBlog idarə heyəti ‎tərəfindən sistemdə yeni stillərin əlavə olmaqın gözleyirlər, Bəzi istifadəçilərimiz sistemin ‎kodlarından istifadə edərək, AzəriBlog sisteminə digər ölkələr və dillərdə mövcud olan ‎blog sistemlərinin stillərin, AzəriBlog sistemində istifadə etmək üçün dəyişib və ‎AzəriBlog istifadəçilərinə bloglarında təqdim edirlər.‎

Bu yazıda yeri gəlmişkən Hüseyn bəyin yaratdıqı blog və orda AzəriBlog istifadəçilərinə ‎təqdim etdiyi stillər üçün təşəkkür edirəm və öz minnətdarlğımı bildirirəm.‎

StilDünyanın Blog sistemlərinin stilləri barədə bir neçə mətləb yazıb məlumat verməyi lazim ‎bilirəm. Dünyanın ən məşhur blog sistemləri o cümlədən BloggerWordPress və həttə ‎olkələrdə fəaliyyət göstərən blog sistemləri o cümlədən Blogfa, sistemində istifadəçilər ‎üçün çox saylı stil yaradıb istifadiyə vermeyiblər. Yalnız bir neçə sadə stil yaradıblar ki ‎umum istifadəçilər onlardan istifadə etsinlər. Amma indi bu sistemlər üçün minlərcə stil ‎internetdə tapılır! Bəs bunlar hardan gəlib?‎

Müxtəlif şəxslər və şirkətlər sistemlərin kodlarından istifadə edib sistemlər üçün gözəl və ‎istifadəçi bəyənən stillər dizayn edirlər və pulsuz surətdə istifadiyə verirlər. Və buna görədir ki ‎internetdə bu sistemlər üçün xeyli stillər tapılır. ‎

İnternetdə sistemlər üçün stillərin çox olması, sistem sahibləri və blogçuların ‎mənfəətinədir amma aya bu stilləri dizayn edənlərin qazanci nədən ibarətdir?‎

Stillərin alt hissəsində onu dizayn edənlər öz saytlarına keçid verib və özlərin reklam ‎edirlər. (necə ki mənim blogımda var!) əgər dizaynlar gözəl və maraqlı olsa, stillərdən ‎istifadə edənlərin sayı çox olacaq və xeyli bloglarda onların reklamları gedəcək. Və bu ‎səbəb olacaq onların saytlarının ziyaratçısının sayı artsın və bu keçidlərlə saytlarının ‎rütbəsi axtarış sistemlərində yüksəlsin. (Page Rank)‎

Belə bir məqsədə nayil olmaq üçün o sayt sahibləri əgər başqa curə reklam etseydilər ‎xeyli pul sərf edəcəkdilər və reklamları belə daimi olmazdı, amma belə sistemlərə stil ‎yaratmaqla çox rahat surətdə öz məqsədlərinə nayil olurlar.‎ (halal olsun)

Bəzən bu sistemlərin pulsuz stillərinin altdaki keçidlərə diqqət edən zaman görünür ki ‎dizaynerlərdən əlavə digər sahədə məşğul olanlar da sistemlərə stil yaradıblar ki onlarla ‎bloglarda özlərin reklam etsinlər. yəni çox az pul verib dizaynerdən isteylər ki filan blog sistemi üçün stil dizayn etsin və onların adın dizayner kimi stilin altında yerləşdirsin. (misal üçün Mobil Operatorları, Hoetl sahibləri, firmalar və ...)‎

AzəriBlog sisteminin kodları məlumdur və onlardan istifadə edib bloglar üçün stil ‎yaratmaq çox sadə və rahatdır, ümidvaram ki bizim istifadəçilərimiz (Onlarki bir az ‎HTML bacarıqları var) özləri üçün istədikləri stilləri dizayn etsinlər. Və ümidvaram ki ‎bizim ölkədə şirkətlər və firmalar Day.az saytına reklam vermək müsabiqəsindən əl ‎çəkib belə faydali və dəyərli  işlərdə məşğul olsunlar və həmçenin Azərbaycan adın ucaldan layihələrə bir vətən sevər sponsor kimi dəstək olsunlar. ‎

Flash Gallery

Yazar: Fərhad @ Avqust 26, 2008 0:16

Flaş Qalereyası bir pulsuz PHP proqramıdır ki asan və sürətli surətdə vebsaytınızda foto qalereya yaratmaq və qalereyada şəkillərin slayd göstərilməsi üçün sizə imkan yaradır.

Bu proqramdan istifadə etmək və flaş qalereya yaratmaq üçüm heç bir proqramlaşdırma bacarıqına ehtiyacınız yoxdur. Sadəcə siz vebsaytınızın hostında istədiyiniz  yerdə proqramın faylların yükləyin.

Xüsusiyyətlər

  • Asan bir qalereya yaratmaq və proqramlaşdırmaq bacarıqlarının lazım olmamağı.
  • Flickr saytınım photostream imkanın dəstək edir.
  • Pulsuz və güclü bir proqram
Flash-Gallery öz şəkil qalereyalarınızı meydana gətirə biləcəyiniz üçün gözəl bir tətbiq. tətbiqi saytınıza, blogunuza inteqrə etmə imkanınız da var. ayrıca Flickr şəkillərinizi də qalereyaya daxil edə bilirsiniz. necə işlə/çalışdığını görmək üçün bura, burabura baxa bilərsiniz.

Rsizr

Yazar: Fərhad @ Avqust 24, 2008 14:53

Blogımın bu yazısında blog ziyaratçıları və dostlarımı bir faydalı saytla tanış edirəm. bu sayt blogçular üçün çox faydalı ola bilər.

bəzən olur ki blog yazılarında bir şəkildən istifadə etmək isteysiniz amma şəkilin olçüsü büyük oldığı üçün blogınızın dizaynın dəyişir. və siz bir Fotoshop kimi proqramdan istifadə etmək məcburiyyətində qalırsınız. amma;

Rsizr, sizə bu imkani verir ki onlayn sürətdə təsvirlərinizin olçüsin dəyişəsiniz.  bu saytda siz çox sadə surətdə şəkillərinizin ölçüsün dəyişib və istədiyiniz ölçüdə əldə edə bilərsiniz.

 


ilk10 kataloq

Yazar: Fərhad @ Avqust 24, 2008 14:27

Page Rankı 4 olan yeni Azərbaycan saytları kataloqu ilk10.com saytında bloglarınız və ya saytlarınız əlavə edin, saytlarınız və bloglarınıza ziyaratçi və Page Rank qazanın.

Blog və saytı ilk10.com kataloquna əlavə etmək çox rahatdır və bu iş yalnız 2 dəqiqə ərzində bitəcək və blogınız və ya saytınız ilk10.com kataloquna əlavə olacaq. həmçenin ilk10.com kataloqunda Azərbaycan və Türkiyə saytlarılə müxtəlif bölmələrdə tanış olub istədiyiniz mövzularda saytlari tapa bilərsiniz.

ilk10

Blogınızı əlavə edən zaman RSS xəbər xidmətinin ünvanın yazmağı unutmayın. niyə ki bu ünvan vasitəsilə sizin blog və saytın ən yeni yazıları ilk10.com kataloqunda nümayış olacaq.


Amerikanın qızıl oğli: Maykl Felps

Yazar: Fərhad @ Avqust 17, 2008 7:36
Michael Phelps
 
23 yaşlı Amerikalı üzgüçü Maykl Felps (Michael Phelps) Pekin Olimpiadasında üzgüçülük üzrə müxtəlif məsafələrə yarışlarında dünya rekordlarınu vuraraq 8 qızıl medal alıb və olimpiya oyunlarının tarixinə düşüb. 
 
Pekin Olimpiya Oyunlarında 8-ci qızıl medalını qazanan, Maykl Felps Olimpiyada tarixinin ən müvəffəqiyyətli oyunçusu olub. Maykel Atena Olimpiadasında 2004 uncu ildə 8 qızıl medal almışdi. və beləliknən onun Olimpia qızıl medallarının sayı 16 oldu. 
 

Michael Phelps
 
 Michael Phelps
 
 Michael Phelps
 
 Michael Phelps
 
 Michael Phelps
 
 

Dünyanın ən Sürətli Kişisi

Yazar: Fərhad @ Avqust 16, 2008 20:00
Usain Bolt
 
29. Yay Olimpiya Oyunları'nda nəfəsləri kəsən 100 metrə kişilər finalında qazanan ad 9.69'lık dərəcəsilə dünya və olimpiya rekordunu vuran 21 yaşlı Yamaykalı idmançi Usain Bolt oldu.
 
Finiş xəttinə iyirmi metr qalaraq, onun bayram etməsi başladı. O əllərini rahatlaşdırdı, tərəfına baxdı və döşünə döydü (şappıldatdı).O 100 metri bir çox qısa zamanda qaçdi ki ondan oncə kimsə onu başarmamışdi. O dünya rekordu (9.69 saniyə) vuraraq qızıl medalını qazandi və adını tarixə yazdi.
 

10 saniyə dünya həyacanına səbəb olan musabiqəni izləyin:

 

 

 

 

Musabiqədən ən gözəl şəkillər:

 Usayn Bolt

 

 Usayn Bolt

 Usayn Bolt

 Usayn Bolt

 

Vitali Rəhimov gümüş medal qazandı

Yazar: Fərhad @ Avqust 12, 2008 14:52

Güləşçimiz finalda Rusiyalı İslambek Albiyevə məğlub olaraq gümüş medal qazandi və Azərbaycan kamandasın 3 uncu medala nayil etdi. indi ölkəmiz 1 qızıl və iki gümüş medal ilə  11 uncu rütbədə dayanıb.

Yaşasın Azərbaycan, Yaşasın Vitali Rəhimov və yaşasın bütün Azərbaycan xalqı

Vitali Rəhimov


Rövşən Bayramov Olimpiyada gümüş medal qazanıb

Yazar: Fərhad @ Avqust 12, 2008 14:23

Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində finala yüksəlmiş idmançımız Rövşən Bayramov, finalda rusiyalı rəqibi məğlub olaraq gümüş medal qazanıb.

Yaşasın Azərbaycan, Yaşasın Rövşən və yaşasın bütün Azərbaycan xalqı

Halı hazirdə Azərbaycan kamandası yay Olimpiyasına 1 qızıl və bir gümüş medal ilə 13 uncu yerdədir.

Güləşçimiz 1/2 finalda erməni güləşçi Roman Amanyanı 11:3 hesabı ilə qalib gələrək Olimpiadanın finalına çıxıb. bundan əvvəldə Rövşən erməni ilə görüşüb və onu meğlub edib. 


Yaşasın Azərbaycan Yaşasın Elnur Mammadli

Yazar: Fərhad @ Avqust 11, 2008 15:46

Cüdoçumuz Elnur Məmmədli Olimpiya oyunlarınında bütün rəqiblərinə qalib olaraq Olimpiya çempionu oldu.

Bütün vətəndaşlarımıza təbriklər.

Elnur Məmmədli


Elnur Mammadli
 
 Elnur Məmmədli
 
Elnur Məmmədli
 
 Elnur Məmmədli
 
 Elnur Mammadli
 
 Elnur Mammadli
 
 Elnur Mammadli
 
 Elnur Mammadli

ABŞ Prezidenti Corc V. Buş Qadınların Sahil Voleybolu komandasıla şəkilləri

Yazar: Fərhad @ Avqust 10, 2008 18:24
ABŞ Prezidenti Corc V. Buş

ABŞ Prezidenti Corc V. Buş
 
 ABŞ Prezidenti Corc V. Buş
 
ABŞ Prezidenti Corc V. Buş
 
ABŞ Prezidenti Corc V. Buş

6 ayaqlı ceyran!

Yazar: Fərhad @ Avqust 10, 2008 16:34
Ceyran

Azeribloqçuların Görüş Yeri

Yazar: Fərhad @ Avqust 7, 2008 13:37

Əziz bloqerlər, Azəri bloqerlərin görüşü ilə əlaqədar Məkan və Zaman haqqındakı təklifimizi görmək üçün aşağdakı linkə klikləyin.Seçim sizindir.Xaiş edirik seçiminizi şərh şəklində bildirin!

Azeribloqçuların Görüş Yeri

 


Google bugün səhifələr rütbəsin (Page Rank) yeniləndirdi.

Yazar: Fərhad @ İyul 26, 2008 19:45

Page RankGoogle bu gün internetdə mövcud olan səhifələr rütbəsin (Page Rank) yeniləndirdi, və bu iş internetin bütün səhifələri üçün 2-3 gün vaxt aparacaq.

Yeniləndirmə əsasən bəzi səhifələrin rütbəsi yüksəlib və bizilərinki azalacaq. və bu onların keçən üç ay ərzində olan fəaliyyətlərində asıdır.

Təbi ki AzəriBlog sisteminin blogların rütbələrində yeniliklər olacaq və mən əminəm ki istifadəçilərimizin fəaliyyətləri əsasən rütbəsi yüksələn blogların sayı çox olacaq.

Bunuda qeyd edim ki XəbərNamə saytının rütbəsi yüksəlib və 4 olub. saytın rütbəsi 3 idi. və TürkBlog saytının rütbısidə 4 olub. saytın rütbəsi dünən 3 idi.

Bloglarının rütbəsi yüksələn dostlarımıza təbrik edirəm və isteyirəm ki bloglarının rütbəsi hər dövrdə yüksəlmək üçün öz fəaliyyətlərin davam etsinlər. Göz vur


Dəyərli və Faydalı yazılar

Yazar: Fərhad @ İyul 23, 2008 12:58

Blog yazmaq və blog sistemin idarə etmək çox çətin bir işdir. mən bu çətinliyin qəbul edərək bu işə daxil olmuşam. blogların fəaliyyətinə nəzarət edib və sistemi həmişəlik online saxlamaq və sistemidə yenilik və yeni imkanlar əlavə etmək mənim bəzi işlərimdir.

çox günlər neçə saatlar vaxtım bloglarda sərf olur. bəzi istifadəçilərin blogların və ya yazıların görən zaman özumdən zəhləm gedir və blog işinin uğurlu olmamağına fikirləşirəm. çunku bəzilər bloglarında çox amator dəhşət işlər görirlər ki blogları nə bloga oxşayır nə sayta. yazılarıda adamın zəhləsin qaçırdır. qalın fontlardan istifadə edib çox pis rənglərdən yazıları üçün istifadə edirlər. bu omların qərarıdır və mənə daxlı yoxdur!

Amma bəzi bloglarda bəzən bəzi yazılar görəndə bütün  narahatçılıqlar, əziyyətlər və çətinliklər yaddan çıxır. misal üçün Ramin Həsənəlizadənin bir yazısıdır: Bloqu necə tanıtmalı

çox əla bir yazıdır. yazını elə bəyəndim ki saytın əsas səhifəsində ona reklamla keçid verdim. gün o gün olsun ki AzəriBlogda belə bloglar və beləa yazıların sayı gün-bə-gün çoxalsın.

 


AzəriBlogın fəaliyyətindən bir il keçdi

Yazar: Fərhad @ İyul 21, 2008 0:09

İlk pulusz Azərbaycan blog sistemi olan, AzəriBlogın fəaliyyətindən artıq bir il keçdi. və bu gün AzəriBlogın ad günüdür. bu yazını mən AzəriBlogın ad gününün ilk saatında və dəqiqələrində yazıram. necə ki bir il bundan öncə AzəriBlog sistemində ilk yazını yazmışdım.

keçən il mənim üçün çox əla bir il oldu. necə ki keçən il yəni AzəriBlogın ilk il fəaliyyətində çoxlu dərslər aldım, təcrübələr qazandım və hamısından önəmli özimə çoxlu dost qazandım.

Keçən ildə AzəriBlogu nümrə 1 və faydalı sayt etmək üçün çalışdım, maddi ehtiyaclara baxmiyaraq saytın güclü işləməyi üçün əlimdən gələni etdim və yeni il fəaliyyətində, ilk ildəki təcrübələrdən istifadə edərək,  saytın imkanların genişləndirmək üçün çalışacam.

Əlbəttə bunu qeyd etməliyəm ki işlərin çoxun etmişəm və ən qısa zamanda sistemdə yeni stillər, yeni imkanlar və saytın yeni dizaynına şahid olacaqsınız. və bunların hamısı inşallah 2-3 ay ərzində reallaşacaq və sayt beta versiyasından çixacaq.

Ümidvaram ki AzəriBlog illər boyu güclü surətdə fəaliyyətinə davam etsin və gün-bə-gün genişlənsin və inkişaf olunsun. bunların hamısı sistemin dəyərli istifadəçiləri və onların dəstək və köməklərilə mümkun olcaq.

Bu barədə digər bloglardan:


Qızım Mitra

Yazar: Fərhad @ İyul 12, 2008 12:59
Mitra Asgharzadeh
 
Qızım Mitra iki gündur eynək vurur! ona eynək çox yaraşır amma onun üçün eynək çox tezidi!

Bloglarda şərh yazağ, ziyaratçi qazanaq.

Yazar: Fərhad @ İyul 12, 2008 12:24
şərh yazınBloglar söhbətlərdən ibarətdir. Blogların çoxu (hansı sistemdən istifadə ‎etdiyinə baxmiyaraq) yazıların sonunda blog ziyaratçılarına şərh yazmaq ‎imkani verirlər. Adətən şərh yazan zaman lazimdir ki adınızı, E-mail ‎unvanızı və blogınızın unvanın yazıb sonra yazı haqqında bir şərh yazaraq ‎öz fikrinizi bildirəsiniz. ‎

Sizin şərhi yazı haqqında blogçu oxuyan zaman, sizin haqda blog idarəçisində bir hiss ‎yaranacaq və istiyəcək ki bilsin bu şərh yazanın öz blogu necədir və buna ‎görə sizin blogın keçidi üzərinə tiklayıb sizing blogdan ziyarat edəcək. ‎əgər şərh yazdıqınız blog bir popular blogdırsa, blogın digər ziyaratçıları ‎sizin şərhiniz üstə tiklayib blogınızdan ziyarat edəcəklər və siz beləliklə çoxlu ‎ziyaratçi qazanacaqsız.‎

Bloglarda şərh yazan zaman  diqqət edin ki şərhiniz yazı haqqında sizin ‎fikrinizi bildirsin və şərh yazdıqınız yazının davamında olsun. əgər yazı ilə ‎əlaqədar bir şərh yazmiyasız,  mütləq sizin şərh blog idarəçisi tərəfindən bir spam kimi tanınıb və ‎silinəcək və kimsə sizin şərhi oxumuyacaq və bu vasitə ilə blogınıza ‎ziyaratçi qazana bilmiyəcəksiz.