Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Bloglar və Müəlliflər hüquqları

Bilirsiniz mi müəllif hüquqları nədir?

Müəllif hüquqları kitabların, CDlərin, disklərin DVDlərin və s. arxasında olan qalaqramalı işarədən ibarətdir ki, əsas bunun sayəsində bütün hüquqlar onun yaradıcısı yaradıcısı tərəfindən qorunduğu təsbit edilir.

Bu o deməkdir ki, siz o kitabın yazılarını və ya o CD-nın mahnılarını onun sahibinin icazəsi olmadan kopyalaya, sayını artıra, sata bilməzsiniz! Məsələn hər hansı bir CDni çoxalda, internetdə sata və ya pulsuz yükləməyə şərait yarada bilməzsiniz. Etsəniz də müəllif hüququnu pozmuş olaraq cəzalandırılarsınız!

Bu proses eyniylə virtual aləmdə də mövcuddur. Yəni kimsə başqasının yazılarını öz adına çıxararaq və ya istinad verməyərək dərc edə, yaya bilməz! 

İnternet cəmiyyətinə əsasən də blog aləminə yeni qoşulmusunuzsa ilk növbədə onun qayda və qanunlarını öyrənməyimiz daha məqsədəuyğundur. Bu qaydalar sayəsində internetdəki fəaliyyətiniz ciddi və peşəkarlıqla qarşılanacaqdır. Bu xüsusda bir neçə qeydlər var ki, indi aşağıda onları qeyd edəcəyik:

1- Çalışın heç vaxt digər blog və saytların yazılarını və məqalələrini öz blogunuzda müəlliflərin icazəsi olmadan yerləşdirməyin. Əgər bütün yazını kopi edirsinizsə sonunda onun əsas mənbəsinə istinad verin! Əslində bu da düz iş deyil və ən yaxşı yol belədir ki, istədiyiniz yazıdan bir neçə cümlə yerləşdirib həmin yazının əsas mənbəsinə keçid verəsiniz.

2- Bloglarda müğənnilərin mahnı, musiqi, mp3larını yükləmək üçün yerləşdirmək müəllif hüququ qanunlarına ziddir. Ona görə də bu cür mövcud olan blogların bağlanması təhlükəsi mövcuddur.

3- Əgər hər hansı bir müəllif bir əsər yaradırsa bizlər müəllif hüququnu pozduqda onun yeni əsərlər yaratmasının və inkişaf etməsinin qarşısını almış oluruq. Ona görə də çalışaq müəliif hüququna diqqət eytirək və müəlliflərə yeni əsərlər yaratmaqda yardımçı olaq!

Yazar: Fərhad @May 8, 2008 8:11
Blog Dünyası | Şərhlər(2)
Baxış sayı: 104
Açar sözlər: bloglar müəlliflər hüquqlar 
Bookmark and Share



1
EsmaNur yazıb:

bu 2. bend her zaman kafamı karıştırıyodu. Bu insanlar bunu edirler amma heç deyilse günah olduğunu düşünürler mi acaba?
O müğenniden izin aldınmı onun mahnısı albomunu millete havayıdan yükletmek üçün?
Blogcular bunu mence düşünsünler,xeberdarlıq edirem bu hem de günahdır!

May 10, 2008 15:00

2
RAUL yazıb:

SALAM !!!!!!!ESMA NUR SEN DUZ DEMIRSEN BIZ SAYTDA MAHNI YERLESHDIRIK BIZ MUQENIDEN ICAZE ALMALIYIQ MEGER BUTUN INTERNET SAYTLARINDA MAHNILAR VAR HAMI ICAZEMI ALIR ..ONDA BELE CIXIR KI TURKLER BIZIM MAHNINI OQURLAYIR HEC BIZIMKILER DINMIR VE TURKLER BIZIMKILERIN ADLARINI BLEE CEKIRIK XAHISH EDIREM MEHRIBAN OLUN

May 14, 2008 14:06


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha