Neçə gün bundan öncə bir blogu oxuyanda, blogun bir yazısı mənə çox maraqlı gəldi. Yazar o yazısında web2.0 ilə hazırlanan saytların siyahısını yazıb və bildirib ki, bu məşhur web2.0 saytları hansı hostinq şirkətləri tərəfindən host olunur.Demək olar ki, çox uzun bir siyahıdır və orda xeyli web2.0 saytları mövcuddur. Bu siyahıdan ən məşhur və populyar olan saytların bəzilərini mən ayırmışam və sizlərə təqdim edirəm:
Bloglarda: dünyanın məşhur blogları, o cümlədən Mashable، TechCrunch və ReadWiteWeb blogları MediaTemple vasitəsiylə host olunurrlar.
Sosyal şəbəkələri: bu sahədə olan bütün məşhur saytlar, öz şəxsi serverlərində host olunurlar.
MikroBloglar: Mikro blogların adı gələndə onların ən populyarı Twitter gözə dəyir. Bu sayt Verio şirkəti tərəfindən host olunur. Bu tip saytlardan Pownce, Calpop şirkəti və Jaiku , Nebula şirkətində host olunurlar.
Blog sistemləri: blog sistemlərində, WordPress sayti, Peer1، Layeredtech، Rackspace və SAVVIS şirkətlərində host olur. Vox sistemi öz şəxsi serveri və Sixapart və Typepad şirkətləri tərəfindən host olunur. Blogger, dünyanın ən məşhur və ilk blog sistemi tamamən Google şirtkəti tərəfindən host olunur.
Xəbər paylaşma saytları: Digg sayti ki bu sahədə ən məşhur saytdır, öz şəxsi serverlərində yerləşir. Bu sahədə olan digər saytlar, o cümlədən Reddit və Mixx, Servepath və RackSpace şirkətləri vasitəsiylə host olurlar.
Keçid paylaşma saytları: bu sahədə olan ən məşhur sayt del.icio.us-dır ki, Yahoo şirkətinə məxsusdur və hostu oradadır. Mövzuda ikinci yerdə olan StumbleUpon saytı Internap və Magnolia saytı isə Servepath şirkətlərində host olurlar.
Foto saytları: bu sahədə olan ən məşhur saytlar yəni Flickr və Picasa da Yahoo və Google şirkətlərində host olurlar.


