Reklam verin!

Blog Katalog!

Yazar: Fərhad @ İyun 28, 2008 14:35

Blog catalogBlogCatalog (ya BlogKatalog) blogçular üçün sadəcə bir sosial şəbəkələşmədir. Bu sayt həmçinin internetdə ən böyük blog direktorudur. Əgər siz bloglar arasında axtarış üçün müraciət etsəniz, blogçular ilə birləşmək istəsəniz, blog yazmaq haqqında daha çox öyrənmək lazimdir və ya siz öz blogunuzu inkişaf edib və çoxlu ziyaratçı qazanmaq fikrindəsinizsə, BlogCatalog sizə bu yöndə yardımçı olacaq.

Bu saytda qeydiyyatdan keçib özünüzə bir hesab açın və hesabınızda blog və ya bloglarınızı qeyd edin. Bloglarınız Azərbaycan blogları direktorusuna əlavə olacaq və dünyanın hər yerindən Azərbaycan blogu axtaran şəxslər sizin bloguda nəticələrdə tapacaqlar.

Blogunuzun siyahıya əlavə olmağı blogun məşhur olınmasına və məşhur axtarış sistemi Google dən Page Rank (Səhifə səviyyəsi) qazanmağa da kömək edəcək. 

Bundan əlavə  saytda üzv olan digər blogçularla əlaqə saxlaya və özünüzə yeni blogçu dostu Azərbaycandan və ya digər ölkələrdən qazanacaqsınız. Və həmçinin bu sayt sizə bəzi Widgetlər verir ki, onu blogunuzda yerləşdirərək, sizin saytdakı profiliniz və digər fəaliyyətləriniz haqqında blogunuzun ziyarətçilərinə geniş məlumat verəcək.

Blog katalog saytında qeydiyyatdan keçmək üçün tiklayın.

Sistemdə hesab açandan sonra məni də öz dostlarınıza əlavə edin. Bloglarımızı saytda favoritəmizə əlavə edək və bloglarımızın rütbəsini  bu sistem sayəsində çoxaldaq! (Mənim profilim)

Qeyd etmək lazimdi ki saytda Azərbaycanlı blogların sayının az olduğu üçün Azərbaycan dili blog dillərində mövcud deyil! (Erməni dili var). Mən saytın rəhbərinə bu barədə təklif göndərib,  istəmişəm ki, Azərbaycan dilində blog dilləri siyahisina əlavə etsinlər. İnşallah bu yöndə uğurlu bir cavab alarıq.

Azerbaijani blogs - Blogs in Azerbaijan


1
Ferid yazıb:

ferhad bey bilseydik ki azeribloqu qeyd etmek vacibdir vallah ederdik/ biz sadece dusunduk ki sayta azerbloqun destek verdiyi melumdur domainden ona gore yazmadiq. artiq qeyd elemisik. xahis edrem mene emailinizi yazin sizinle bir meseleni deqiqlesdirmek isteyirem. onceden tesekkur

İyun 28, 2008 15:48

2
Lyrics yazıb:

Mən ue reqistraçiya oldum.
Birdə qarşılıqlı keçid verək bloqlarımıza?

İyun 28, 2008 16:49

3
Fərhad yazıb:

Fərid sizə göndərəcəm bu stilin kodların. emil unvanıza wink

İyun 28, 2008 17:48

4
Fərhad yazıb:

Lyrics hesabın sayt admini tərəfindən qəbul olandan sonra blog və ya bloglarını əlavə edə bilərsən. wink sonra da bir birimizi dost kimi əlavə edərik.

İyun 28, 2008 17:50

5

Fərhad, mən bloqumu blogcatalog-a əlavə etdim, amma, nədənsə onu siyahıda görmədim. Bunun səbəbi nə ola bilər?

İyun 30, 2008 15:00

6
Fərhad yazıb:

Salam Ramin bey

Hesabiniz blog catalogda tesdiq olunandan sonra siz bloginizi elave eden zaman gərək saytin bannerler ve ya işarələrəinin birini blogınızda yerləşdirəsiz ki sizin blogınız oldıqı sayt idarəçilərinə məlum olsun. bundan sonra sizin blog təsdiq olunub və siyahiyə əlavə olacaq.

İyun 30, 2008 20:42

7
Ramin yazıb:

Çox sağ ol Fərhad! Başa düşdüm.

İyun 30, 2008 20:59

8
Şəbnəm yazıb:

Salam Fərhad..
Maraqlıdır, çox sağ olun.. smile Mən də dünən elədimvə həmən saytın işarələrində birini də bloquma yerləşdirdim, amma, hələki heç bir yenilik yoxdur. Yəqin ki, hələ xəbərdar deyillər confused

İyul 1, 2008 17:06

9
jhun yazıb:

Salam admin bey.Zehmet olmasa menim saytima bir bash cekin.Gorun xoshunuza gelecekmi.Xahish edirem mene sherhle cavab yazasiniz.

İyul 12, 2008 2:05

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha