2008-cü ilin May ayında IABnın verdiyi raporta görə ABŞ-da internet reklamının qazancı 2007-ci ilə nisbətdə 25% artıb və 21.2 milyard dollara yetişib.
2006 və 2007-ci illərin internet reklam müqaisəsi əsasən 2006-cı ildə internet reklamının qazancı ABŞ-da 16.9 milyard dollar imış amma keçən ildən yəni 2007-ci ildə 21.2 milyard dollar olub və 25% yüksəlib. Və beləliklə internet reklamı müxtəlif vasitələrlə gedən reklamlar arasında keçən ilə nisbətən yüksək yerə nail olub və 287 Milyard dollarlıq reklam bazarından 21.2 Milyard dollara sahib olub.
2006-cı il ilə müqaisədə, Açar sözlər reklamı (Misal üçün Google şirkətinin tıqlama əsasən reklamı) 2007-ci ildə ən çox yüksəlişə nail olub. Və elanlar reklamı demək olar ki, azalıb. Həmçinin açar sözlər reklamı 41% internet reklamlarının qazancını özünə aid edib və ondan sonra Banner reklamı 21% ilə ikinci yerə malikdir. Ən maraqlı nəticə bu muqaisədə bundan ibarətdir ki, E-mail reklamı yalnız 2 % internet reklamlarından özünə aid edib!


