Reklam verin!
Yuma Ailə Jurnalı

Blog dizaynları və reklam məsələsi

Yazar: Fərhad @ Avqust 26, 2008 16:27
Bu halda ki AzəriBlog sisteminin istifadəçilərinin çox sayı AəriBlog idarə heyəti ‎tərəfindən sistemdə yeni stillərin əlavə olmaqın gözleyirlər, Bəzi istifadəçilərimiz sistemin ‎kodlarından istifadə edərək, AzəriBlog sisteminə digər ölkələr və dillərdə mövcud olan ‎blog sistemlərinin stillərin, AzəriBlog sistemində istifadə etmək üçün dəyişib və ‎AzəriBlog istifadəçilərinə bloglarında təqdim edirlər.‎

Bu yazıda yeri gəlmişkən Hüseyn bəyin yaratdıqı blog və orda AzəriBlog istifadəçilərinə ‎təqdim etdiyi stillər üçün təşəkkür edirəm və öz minnətdarlğımı bildirirəm.‎

StilDünyanın Blog sistemlərinin stilləri barədə bir neçə mətləb yazıb məlumat verməyi lazim ‎bilirəm. Dünyanın ən məşhur blog sistemləri o cümlədən BloggerWordPress və həttə ‎olkələrdə fəaliyyət göstərən blog sistemləri o cümlədən Blogfa, sistemində istifadəçilər ‎üçün çox saylı stil yaradıb istifadiyə vermeyiblər. Yalnız bir neçə sadə stil yaradıblar ki ‎umum istifadəçilər onlardan istifadə etsinlər. Amma indi bu sistemlər üçün minlərcə stil ‎internetdə tapılır! Bəs bunlar hardan gəlib?‎

Müxtəlif şəxslər və şirkətlər sistemlərin kodlarından istifadə edib sistemlər üçün gözəl və ‎istifadəçi bəyənən stillər dizayn edirlər və pulsuz surətdə istifadiyə verirlər. Və buna görədir ki ‎internetdə bu sistemlər üçün xeyli stillər tapılır. ‎

İnternetdə sistemlər üçün stillərin çox olması, sistem sahibləri və blogçuların ‎mənfəətinədir amma aya bu stilləri dizayn edənlərin qazanci nədən ibarətdir?‎

Stillərin alt hissəsində onu dizayn edənlər öz saytlarına keçid verib və özlərin reklam ‎edirlər. (necə ki mənim blogımda var!) əgər dizaynlar gözəl və maraqlı olsa, stillərdən ‎istifadə edənlərin sayı çox olacaq və xeyli bloglarda onların reklamları gedəcək. Və bu ‎səbəb olacaq onların saytlarının ziyaratçısının sayı artsın və bu keçidlərlə saytlarının ‎rütbəsi axtarış sistemlərində yüksəlsin. (Page Rank)‎

Belə bir məqsədə nayil olmaq üçün o sayt sahibləri əgər başqa curə reklam etseydilər ‎xeyli pul sərf edəcəkdilər və reklamları belə daimi olmazdı, amma belə sistemlərə stil ‎yaratmaqla çox rahat surətdə öz məqsədlərinə nayil olurlar.‎ (halal olsun)

Bəzən bu sistemlərin pulsuz stillərinin altdaki keçidlərə diqqət edən zaman görünür ki ‎dizaynerlərdən əlavə digər sahədə məşğul olanlar da sistemlərə stil yaradıblar ki onlarla ‎bloglarda özlərin reklam etsinlər. yəni çox az pul verib dizaynerdən isteylər ki filan blog sistemi üçün stil dizayn etsin və onların adın dizayner kimi stilin altında yerləşdirsin. (misal üçün Mobil Operatorları, Hoetl sahibləri, firmalar və ...)‎

AzəriBlog sisteminin kodları məlumdur və onlardan istifadə edib bloglar üçün stil ‎yaratmaq çox sadə və rahatdır, ümidvaram ki bizim istifadəçilərimiz (Onlarki bir az ‎HTML bacarıqları var) özləri üçün istədikləri stilləri dizayn etsinlər. Və ümidvaram ki ‎bizim ölkədə şirkətlər və firmalar Day.az saytına reklam vermək müsabiqəsindən əl ‎çəkib belə faydali və dəyərli  işlərdə məşğul olsunlar və həmçenin Azərbaycan adın ucaldan layihələrə bir vətən sevər sponsor kimi dəstək olsunlar. ‎
1
ibrahim yazıb:

Fərhad oxudum çox maraqliydi

Avqust 26, 2008 16:53

2
orxan92 yazıb:

Salam dostum. Sen Barcompa gedeceksen? Bir zehmet mene cavab yazardin. Senin bu yazinda cox xosum geldi oz de ki axirinda yazdigin. Cpx sagol

Avqust 26, 2008 21:03

3
fərhad yazıb:

Salam Orxan

Təəsüflər olsun ki Lənkərandaki Barcoma getmək imkanım yoxdur.

inşallah sonraki seminarlarda görişərik

Avqust 26, 2008 22:09

4
hossein yazıb:

teşekorler ferhad bey men hossein tema bloginin sahibi men ne geder elimnen gelse azeri bloga tema çevremine devam edecem ta o zamana ki irandaki blogcilar azeri blog oz blog sistemi kimi seçsinler

Avqust 27, 2008 13:28

5
Röyal yazıb:

Ferhad bey biz bu stillerden ne vaxt istifade ede bileceyiy?

Avqust 27, 2008 17:18

6
fərhad yazıb:

Royal, İnşallah tezlikcə wink 3-4 günə

Avqust 27, 2008 20:32

7
Şəbnəm yazıb:

Salam. Düzdür, mənə də elə gəlir ki, bu gəlirli bir reklamdır. Nə deyək uğurlarsmile.

Stillərə mən də baxdım, təbii ki xoşuma gələnidə oldu, gəlməyəni də. Məlum məsələ hər kəsin bir zövqü. Digər iki bloqumun (taniyin.azeriblog.com və shekils.azeriblog.com) stilini sayənizə yenilədim.
Çox sağ olun smile.

Free CSS Templates-ə də ayrıca təşəkkürlər.

Sentyabr 2, 2008 12:34

8
tatlar yazıb:

Blogunuzu beğeniyor ve takip ediyorum. Selamlar..

Oktyabr 27, 2008 19:50

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha