Reklam verin!

TurkBlog.com

Yazar: Fərhad @ Yanvar 30, 2008 10:44

Mən Azəri blog üçün çox zəhmətlər çəkdim və gecə günduz bu layihə üstə işlədim nəticəsizdə olsa, əlbəttə ki yenədə işliyəcəm, amma hər halda Azəri blog elə də ürəyimə yatan kimi Azərbaycanda alınmadi və bu mənə artiq aydınlıqla bildirdi ki Aznetin inkişaf olunmasına hələ çox qalır!

İndi 6 ay saytın fəaliyyətindən sonra təəsuflər olsun ki Slovakiyadan  Azəri Bloga girənlərin sayı Azərbaycandan çoxdu! əgər ki layihə məhz Azərbayca üçün yaranıb və milli blog sistemi adlanıb! məncə bunun səbəbi Azərbaycanda Azəri blogın istifadəçilərinin aktiv olmadıqlarıdi.  

Yadıma gəlir ki İranda PersianBlog  ilk Fars dilində blog xidməti verən sayt  5 il bundan öncə açılan zaman bizlər o qədər sevinirdik ki təssəvur etmək olmazdi.  O zaman Blogger kimi gücli blog sistemi varidi amma ilk İranda belə güclu blog sistemi yaranmaq bizi sevindirirdi. İndi Azərbaycanda çox güclu (güclu deyendə bəlkə bəzilər başa düşməsinlər amm digər saytlarla misal üçün Blogger ve WordPress lə müqayısə edəndə bilinər) ilk blog sistemi yaradıldi və çox keyfiyyətli imkanlar istifadəçilər qarşısında qoydu və çox da reklam oldu amma özünə layiq olduğu qiməti almadi. 

Əgər bəzi aktiv və zovqli blogçularımız ki hamısı mənim əziz dostlarımdılar olmasaydılar, çoxdan bu sayti baqlamışdım! çünku saytın mənə maddi cəhətdən zərərdən başqa heç nəyi yoxdu!

Amma indi bu gözəl sayti yaratmışam və belə zirvəli imkanlarla bəzəndirmişəm (yeni imkarlda sayta ən qısa zamanda əlavə olacaq) Aya mən bu işimdən heç nə qazanmiyacam? 

Niyə başqa fikrim var və inşallah 5-10 gün ərzində reallaşacaq. mən TürkBlog.com layıhəsin yaradacam. və Türkiyə üçün Türk dilində təqdim olunacaq. Türkiyədə blog saytlari var misal üçün BlogcuBenimBlog, və digər saytlar amma bunların heç biri Bizim blog sistemin xidmətlərilə və imkanlarıla reqabət edə bilməzlər. və mən əminəm ki TurkBlog layıhəsi Türkiyədə çox güclu sürətdə alınacaq. 

Hər nə olsa Türkiyədə net çoxdan inkişaf olunub və millət geniş sürətdə internetdən müxtəlif zəminələrdə istifadə edirlər. və oradaki  gənclər Blog kimi yeni şeyləri bizlərdən neçə qat çox başa düşürlər.

Əziz dostlar və dəyərli istifadəçilər: Əgər əlinizdən gəlirsə Azəriblogın Azərbaycanda tanınması üçün addımlar atın. buna görə sizə dərin minnətdarlığımi bildirirəm. Hammınıza  uğurlar 

Reşad Dağlı

Yazar: Fərhad @ Yanvar 30, 2008 9:33

Eşq olsun Reşad Dağlıya! Ötən gün maşın realiti şou da Reşad Dağlı səs qazandi  amma heyf olsun ki Nigar Talibovani çıxartmadi və Murad demişgən oyunda tək olan Rəhim Rəhimlini çixartdi!

Keçən verlişdə Murad Dadaşov çox çox Nigar Talibovanın tərəfin saxladi elə ki Hammı deydi Nigar belə deyib bizə söz verib amma Murad deyirdi ki Nigar demeyib! Bu muradın iki uncu səhvidi bu oyunda. ilk səhvi müğənni-rəqqasə Sevda əlin maşından çəkəndə oldu, Sevda çox səs toplayaraq Rəhim Rəhimlini “Maşın”dan uzaqlaşdırmaq istədi. Lakin bu an Vasif Məhərrəmli gözlənilmədən əlini maşınını üzərindən götürdü. Sevda isə “belə olan təqdirdə oyundan mən gedirəm”, - deyə bildirdi ,Murad oyunun şərtlərini pozdu və Murad Dadaşov Sevdaya növbəti dəfə şans verdi: “Sevda, qayıt, əlini maşının üzərinə qoy”. Vasif isə Sevdaya anasının canına and verdikdən sonra müğənni xanım əlini maşının üzərinə qoydu. Burada qəribə olan daha bir məqam Murad Dadaşovun özünün oyunun şərtlərini kobud formada pozması idi.

hər halda igid dostumuz Reşad səs qazandi və artıq maşin realiti şouda qaldi.

İnşallah maşını Rəşad aparacaq :) 

Xatirə İslam İbrahim Tatlısəslə duet oxuyacaq

Yazar: Fərhad @ Yanvar 26, 2008 11:11

Müğənni Türkiyə şou-biznesinə qatılmaq qərarına gəlib. 
Başı yaradıcılıq işlərinə qarışan müğənni Xatirə İslamdan təzə xəbər var. Belə ki, o, Türkiyə şou-biznesinə qatılmaq qərarına gəlib. İbrahim Tatlısəslə birgə çalışmağa qərar verən müğənni gələcək planları ilə bağlı öncədən danışmaq istəmir.
Sənət aləmində baş verənlərdən ürəkağrısı ilə danışan Xatirə şou-biznesi çirkab adlandırdı: “Əvvəlcədən bilsəydim ki, sənət bu səviyyəyə enəcək, heç müğənni olmazdım”.

Mənbə: http://www.xazar.name 

Xatirə İslam : Eşqin Kitabi

Yazar: Fərhad @ Yanvar 23, 2008 16:42
Xatire
 
Eşqin Kitabi: Video kilp və mp3 
Davamı...

Mobil telefonlar və uşaqların sağlamlığı

Yazar: Fərhad @ Yanvar 23, 2008 12:15
MobilMobil telefonların ziyanlı olub-olmamasına dair alimlər hələ ki ortaq məxrəcə gələ bilmirlər.

Mobil telefonların ziyanlı olması sübuta yetirilməsə də, həkimlər uşaqlara bu rabitə vasitəsindən istifadə etməməyi məsləhət görürlər.

Ən çox mobil telefonlar və onların yaratdığı elektromaqnit şüaların beyin üçün zərərli olduğu ətrafında mübahisələr gedir.

 

Davamı...

Maşın reality şou

Yazar: Fərhad @ Yanvar 23, 2008 9:35

Gözlərimiz aydın, "Maşın" reality şou yeni sürəti Yanvarin 21dən başladi! Bu dəfəki maşında: Brilyant Dadaşova, bəstəkar, “Rast” qrupunun lideri Rəşad Həşimov, top-model Nigar Talıbova, müğənni Almaz Ələsgərova, Zamiq, Könül Kərimova, Vasif Məhərrəmli, aparıcı İlkin Həsəni, müğənni Yeganə, Aşıq Əhliman, meyxanaçı Rəşad Dağlı, müğənni Cavid Hüseyn, Rüstəm Zaynallı (“Şeron”), müğənni Mirkamil (“Xalq ulduzu”), müğənni Aslan, rəqqasə Sevda, jurnalist Cavanşir Babalıoğlu və müğənni Rəhim Rəhimli iştirak ediblər.

Lider TV nin bu verlişinə hər gün saat 22 rədələrində baxa bilərsiz, Bu verlişin maşallah bollu sponsoru var! mən hələ düşünə bilmiyəm ki belə bir aylıq boş verlişin nədən bebilə sponsoru olur ki neçə min manatlar odeyırlər amma Azəri BLog saytında ayda 150 Dollar qimətində aylıq reklam verən olmur? bunlari bir birinin yanında qoyub müqayısə etmək səhvdır amma bunların hansi Azərbaycana mənfəətlidi? Hansi Azəriləri və Azərbaycanlılari dünyada tanındıra bilər? Azərbaycanımız çox qərib bir ölkədi. belə işlərdən çox olar.

 

Davamı...

tarixinin ən qara səhifəsi

Yazar: Fərhad @ Yanvar 20, 2008 10:33

20 Yanvar

20 Yanvar Azərbaycan tarixinin ən qara səhifələrindəndir. Gəlin bu günü unutmayaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin

Paris Hilton yeni şəkillər, Exclusive!

Yazar: Fərhad @ Yanvar 17, 2008 18:52
Paris Hilton
Davamı...
  Yazılar cəmi: 29    Sonrakı səhifə »