Reklam verin!

Saytınızın ən əhəmiyyətli səhifələri

Yazar: Fərhad @ Fevral 28, 2008 11:30

BiznesÖz şəxsi saytınız üçün hansı planları fikirləşirsiniz?  Ziyarətçılərin sizin saytdan informasiya və xidmətlərinizi rahatlıqla tapması üçün hansı stratejiləri nəzərinizdə saxlamısınız? Hər-hansısa mövzuda saytınızda materiallar varmi?
 
İnternetin ən yaxşi xüsusiyyətlərindən biri bundan ibarətdir ki, kiçik və balaca şirkətlərdə bəzi işləri görməklə internetdə böyük və məşhur şirkətlər kimi gözə görünmək mümkündür. Buna görə internet saytlarında bəzi səhifələrin əhəmiyyəti böyükdür ki, aşağıda bu barədə daha ətraflı söz açacağıq:

Haqqımızda:
Bu səhifədə şirkət barəsində və həmçinin onun məhsulları və xidmətləri barədə ən geniş məlumat yerləşdirin. Şuararabənzər cümlələrdən və ifadələrdən çəkinin və çalışın ki, qısa cümlələrlə şirkət barəsində məlumat verəsiniz.
Əgər bu səhifə üçün nəzərdə tutduğunuz məlumat çoxdursa onlari bir neçə bölumdə parça-parça yazın.

Proyektlərimiz:
Saytların ən əhəmiyyətli səhifələrin biri də bu səhifədir. Müştərilər üçün sizin şirkətin hansı işlər gördüyü və ya görəcəyi çox əhəmiyyətlidir.

Proyektlərin prosesi:
Müştərinin hər hansı bir proyektinizin istifadəsi zamanı o məhsulun nə zaman, necə və hansı yolla çatacağını bilməsi vacibdir.

Müştərilərin nəzəri:
Hər zaman müştərilər hər hansı bir məhsulun keyfiyyətinin və xidmətinin yaxşı olmağını arzulayırlar.Müştərinin inamını qazanmaq üçün ən səmərəli iş müçtərilərin fikir və düşüncəsinə uyğun bir səhifə hazırlamaqdır. Bunun üçün sizin müştəriniz olmuş insanların sizin məhsullar vı şirkətiniz barədə fikir və düşüncələri həmin səhifədə yerləşdirin. Əgər hansısa bir QHT və ya təşkilatın üzvüsünüzsə o təşkilatın logo və ya keçidini öz səhifənizdə yerləşdirin. Əgər şirkətiniz və yaxud məhsullara görə mükafatlarınız mövcuddursa onları da saytda nümayiş etdirin.

Məsləhətləşmək xidmətləri:
saytınızda hər hansı bir səhifəni də müştərilərə məsləhət vermək üçün ayıra bilərsiniz. Həmçinin məhsullar barədə də yazılar yerləşdirərək müştərinin işini rahatlaşmış olursunuz. Müştəri bəyəndiyi məhsulu seçdikdən sonra hər hansı bir formu dolduraraq sizə həmin məhsulu sifariş verə bilər. Sifarişi aldıqdan sonra müştəriyə cavab çəktubu ilə təşəkkür bildirməyi unutmayın!

Bizimlə Əlaqə:
Ziyarətçilərinizin və ya müştərilərin inamını qazanmaqdan ötrü hər zaman pzünüz və şirkət barəsində geniş məlumat yerlərşdirin. Belə ki, özünüzə məxsus olan ünvan və telefon nömrəsini saytda əks elətdirin. Və qeyd edin ki, bu ünvan və ya nömrə ilə hər an sizinlə əlaqə saxlaya bilərlər.

Bu gün Xocalı soyqırımının 16-ci il dönümüdür

Yazar: Fərhad @ Fevral 26, 2008 10:08
Xocalı
 
Bu gün Xocalı soyqırımının 16-ci il dönümüdür. Məhz bu gün Xocalının adı, məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Dubay və Baki

Yazar: Fərhad @ Fevral 23, 2008 9:43

DubaiDubay - Birləşmiş Ərəb Əmirliyində şəhər. Dubay indi azad şəhər olaraq dünyada məşhurdur. Dubay 20 il bundan öncə heç nə deyildi. Hər kimdən istesəydin ki, istirahət üçün və ya yaşamaq üçün Dubaya gedə adama gülərdi. Amma indi 20 ildən sonra Dubay artiq inkişaf olunub, dünyanın müxtəlif saytlar və televizya kanallarında Dubayın reklami gedir  və dünyanın müxtəlif ölkələrindən varli insanlar istirahət, biznes və yaşayış üçün Dubaya gəlirlər. Bəzi dünyanın ən məşhur və popular insanlari gəlib Dubayda villa və ev alırlar və demək olar ki, indi dünyanın hər yerindən Dubaya pul gəlir və ona görədi ki, o ölkədə yaşayan insanlar hamısi rifah içində yaşayırlar. Və bu rifah yalnız Dubayın neft ve qazından əldə olunmur, bəlkə türizm sahəsindən neftdən çox gəlir gətirir.

Davamı...

Cennifer Lopez Xəstəxananı Tədqiq Edir

Yazar: Fərhad @ Fevral 22, 2008 11:52
Jennifer Lopez
 
38 yaşlı ulduz Cennifer Lopez, körpəsini ən yaxşı xəstəxanada doğmaq üçün hazırlaşır. 

Pulsuz blog sistemlərində blog yoxsa şəxsi blog?

Yazar: Fərhad @ Fevral 19, 2008 12:23

Bəzilər blog yazmaq üçün internetdə ən məşhur və güclü blog sistemlərin axtarırlar, və belə sistemlərin imkanlarına baxıb birini seçirlər, çünkü bilirlər belə sistemlərin yaranmağında planlar vardi və boş yerə deyil.

Blogger.comAyda neçə yüzlər və (neçə ildən sonra sayt məşhur olandan sonra) neçə minlər Dollar pul boş yerə belə saytlarda xərc olunmur. saytın məqsədi vardi. və ən güçlü serverlər və ən bacarıqli mütəxəssis şəxslərdən istifadə edirlər ki saytlari nümrə 1 olsun. demək olar belə saytlarda neçə illərdən sonra da materyallara əl dəyən yoxdu və sayti idarə edənlərdə millətin zəhmətlə yazdığı yazılar və materyalların silmək üçün bir fikir yoxdu. ona görədi ki blogçu neçə il və aydan sonrada o sistemə gəri qayıtsa hər nə öz yerindədi. (misal üçün dünyanın ən məşhur blog sayti Blogger.com )

Bəlkə belə bir sual olsun ki: belə böyük saytlar bu qədər pülü nə üçün xərc edirlər və millətə pilsuz xidmət verirlər? cavabında deməliyəm ki olar istifadəçilərin ala gözlərinə aşıq deiyllər,  bu xidməti verməklə saytlarına ziyaratçi qazanırlar və günbəgün yeni imkanları əlavə etmək ilə qadir olurlar müştərilər üçün reklam xidmətləri nəzərdə tutsunlar və pul qazansınlar. və bu məsələ çox təbii di ki onlar neçə aylar və illərdən sonra qazansınlar.

Blogger saytıda əvvəlki illərdə bloglarında reklam edirdi və pul qazanırdi, amma indi dünyanın ən böyük və məşhur internet şirkəti yəni Google ona sahib olandan sonra reklamlari qaldırdi, çünkü google şirkətinin bloggerin qazancına heç ehtiyaci yoxdur. və bəlkədə başqa planlari vardi və sonra bir iş görsun.

BlogçuAmma bəzilərdə vardılar ki isteylər bloglarının hər nəyi özlərinə aid olsun, misal üçün ünvanlari öz şəxsi Domainləri olsun və ozləri materyallari host etsinlər və ...

Belə fikirə sahib olan şəxslər gərək bu fikirləri üçün ildə bir miqdar pul ödəsinlər. əgər bir pulsuz host və scriptdə tapsalar, gərək ildə ən azi domainləri üçün 10 $ ödəsinlər.

Umumən belə blogların ən az ziyaratçılari olur, çünku pulsuz blog sistemlərində olan bloglar kimi elə saytların əsas səhifəsində reklamlari getmir və yalnız öz tanışlari və dostlari belə bloglardan ziyarat edirlər və bəzən axtarış sistemlərdən girən şəxslər olur.

Demək olmaz ki hansi yaxşıdı, pulsuz blog sistemlərində blog açmaq yoxsa şəxsi ünvanla blog yaratmaq? amma məncə addi şəxslər üçün pulsuz blog xidməti verən saytlarda blog açmaq məsləhətdi və məşhur və popular şəxslər üçün şəxsi ünvanda blog yaratmaq.

Əgər mənim blogda elə çox gözə gələn ziyaratçım olmıyacaq və mənim blogdan elə qazancımda həmçinin, niyə belə yüksək surətdə pulsuz blog xidməti verən saytlar olan yerdə, ildə neçə dollar blog üçün xərc edim?

Məncə blog yazmaqda əsas harda yazmaq deyil, bəlkə əsas necə yazmaq və davamli yazmaqdi. çünkü hər blog yazana neçə ildən sonra ilk yazılari çox marağli olacaq. və internetdə olubdu elə blogçular ki neçə il bir movzuda blog yazandan sonra blogdaki yazılari bir kitab kimi çap ediblər və şöhrət və sirvət qazanıblar!

İnşallah sizində və bizimdə hamımızın işimiz blog aləmində uğurlu olsun. 

Heydər Baba

Yazar: Fərhad @ Fevral 17, 2008 19:30

Heydərbaba dünya yalan dünyadı
Süleymandan Nuhdan qalan dünyadı
Oğul doğan dərdə salan dünyadı

Hər kimsəyə hər nə verib alıbdır
Əflatundan bir quru ad qalıbdır

Şəhriyar 

Türk Blogçulari hər yerdə!

Yazar: Fərhad @ Fevral 17, 2008 13:04

İranda yaşayan soydaşlarımızın blogla marağlanan şəxsləri Fars dilində yaranmış blog sistemləri o cümlədən Blogfa, BlogSkyPersianblog sistemlərində blog yazırlar. Fars əlifbasi ilə Azəri dilində blog yazanların sayı elə də az deyil. (Maşallah deyım göz dəyməsin)

Bu sistemlərdə ən dəyərli və maraqli olan bloglar, Türkcə yazılan bloglardan ibarətdir. (əlbəttə mənə elə gəlir) Mən  Fars dilində olan bloglarında çoxun oxuyuram, amma nəsə məncə onların çoxunda dəyərli və faydali  yazılar tapmaq olmur. belə bloglar  umumən əyləncə movzusunda olurlar və boş  sözlər və şəkillərdən  dolub daşırlar.  tabii ki bəzi faydali və dəyərli bloglarda tapmaq olur və mən onların bəzilərilə artiq tanış olmuşam.

Türkcə yazılan bloglarda ədəbi və mədədniyyət movzularında ən dəyərli və faydali yazılar tapmaq olur. amma çox təəsüflər olsun ki bu blogların çoxu Fars (Ərəb) əlifbasi ilə blogların yazırlar və bu yazılari oxumaq bizim vətəndaşlar üçün imkansızdi.

Mən bu sistemlərdə olan aktiv Türk blogçulardan Azəri Blogda blog yaratmaq və ana dilimizdə blog yazmağ üçün dəvət edirəm. 

Ən ləziz yeməklər şəkilləri!

Yazar: Fərhad @ Fevral 16, 2008 22:00

YeməklərDünyanın müxtəlif ölkələrinin ən ləziz və dadli yeməklərinin şəkillərin bu saytda tapa bilərsiz.

Bu saytda dünyanın ölkələrindən üzv olanlar öz bişirdiyləri dadli və ləziz yeməklərin şəkilin yerləşdirirlər.

Sizdə əgər yeməklərə baxmaqla doyacaqsız və ya ləziz yemək bişiribsiz və Azərbaycanın bir ləziz yəməyın bu saytda təqdim etmək isteysiz, buyurun daxil olun, burdan.

Əslidə bu layihə çox əladi və mən bunu çox sevdim. hər saytda baxırsan xəbər və əyləncə barəsində yazılar görursən! amma bu internetdə bir yenilikdi.

Müxtəlif ölkələrin yeməklərilə tanış olmaq üçün çox faydalıdi. qarına qulluq edən şəxslər bu saytdan əl çəkməzlər!

  Yazılar cəmi: 17    Sonrakı səhifə »