Reklam verin!

Google Bomba

Yazar: Fərhad @ Mart 30, 2008 12:41

Google bombası və ya ingiliscə Google Bomb nədir? Bu barədə bir şey eşitmisiniz?  Google bombasının başqa adı keçid bombasıdır və bu bombadan istifadə üçün məqsəd odur ki, Google axtarış sistemində bir movzu ilə əlaqədar istədiyimiz nəticələri ilk səhifiyə çıxartsın. Həmin mövzunu real bir şey kimi nümayiş etmək və ya bir az əhəmiyyətli movzunu Google Bomb vasitəsiylə əhəmiyyətli etməkdir. ümumilikdə Google bombası siyasət və gülməli mövzulardan ibarət olur.

Davamı...

Britaniyanın Azərbaycanlı gözəli

Yazar: Fərhad @ Mart 27, 2008 0:50

Sevinc NəbiyevaLondonda yaşayan azərbaycanlı tələbə Sevinc Nəbiyeva Birləşmiş Krallığın paytaxtında azərbaycanlı xanımlar arasında “2008-ci il Britaniyanın azərbaycanlı gözəli” adlı gözəllik yarışmasında qalib olub.

Müsabiqədə 8 nəfər iştirak edirdi.

İştirakçılar Azərbaycan milli geyimlərində səhnəyə çıxıblar və milli musiqinin sədaları altında öz nömrələrini nümayiş etdiriblər.
Qalibə hədiyyələr təqdim olunub.

Xəbərin ardın onun mənbəsindən yəni BBC dən oxuyun. 

Novruz bayramınız mübarək

Yazar: Fərhad @ Mart 19, 2008 22:38

novruz bayraminiz mubarekƏziz dostlarım

Dəyərli blogçular

Hörmətli həmvətənlər

Və hər yerdə yaşayan soydaşlarımız

Novruz bayramınız mübarək olsun. neçə belə bayramlar görəsiniz.

Dünyada olan ən gözəl, maraqlı və şirin arzular yalnız sizin üçün.

sizin üçün uğurlar 

Fərhad 

 

Azeri blog imkanlarında fərqli istifadə edək!

Yazar: Fərhad @ Mart 15, 2008 22:01

Artıq bir həftədir ki, XəbərNamə saytı fəaliyyətə başlayıb. Bu bir həftədə mənim dəyərli dostlarım öz bloglarında və saytlarında XəbərNaməni AzNet istifadəçilərinə tanındırmaq üçün çox zəhmətlər çəkdilər və bu barədə bloglarında yazılar yazdılar. Həmçinin XəbərNamə saytının reklamını bloglarında yerləşdirdilər. XəbərNaməni işə salıb və saytına artıq inkışafında kömək edənlərin hamısına dərin minnətdarlığımı bildirirəm.

Amma bilmirəm niyə və nə səsəbə görə o cür ki, arzulatırdım alınmadi. (inşallah bəlkə bir neçə vaxtdan sonra alındı) Saytın əsas məqsədi AzNetdə fəaliyyət göstərən bloglar və saytların yazılarına keçid verib reklam etmək olsa da blogcularımız və sayt idarə edənlərin bu barədə aktiv iştirak etməklərindən bir şey görmədim. Yalnız bir iki nəfər gəlib öz bloglarının yazılarına keçid verib saytdan  çıxırlar amma  digər saytlara keçiddən və digər  göndərilən xəbərlərə səsdən bir  xəbər yoxdur!  Başa düşə bilmirəm ki, bir neçə blog və saytın xəbərlərin göndərməklə və  digər istifadəçilərin xəbərlərinə səs verməklə  nə qədər  vaxt sərf edirlər  ki,  belə asan və rahat işləri saytın aktiv olmaği üçün etmirlər.

Əminəm ki, qısa zamandan sonra sayt istədiyimiz səviyyəyə qalxar və bütün internetdən istifadə edənlər onun həqiqi məqsədini tanımaqla saytda geniş fəaliyyət göstərərlər.

Bu gün bir blog açdım! Mübarək olsun! Bəlkə də deyəcəksiz ki, bu qədər işdən necə vaxt ayırıb başqa bir blog da açırsan? Onu deyim ki, bu blogu açmaqla istədim bəzi dostlar və istifadəçilərimizə bildirim ki AzəriBlogun imkanlari necə User Friend (İstifadəçi sevən)di. Bir az kodları dəyişməklə fərqli blog və jurnal yaratmaq olar. Yeni blog Klip adındadır və Azərbaycana aid video kliplərini cəmləmişəm. AzəriBlog sisteminin kodlarından fərqli surətdə istifadə etməklə misli görunməyən blog səhifələri yaratmaq mümkündür. Uğurlar!

Blogımızilə pul qazanaq!

Yazar: Fərhad @ Mart 13, 2008 12:16

Mən həmişə buna fikirləşirdim və fikirləşirəm ki necə blogdan pul qazanmaq olar? Biliyəm ki blogdan pul qazanmaq üçün gərək blogın çoxlu ziyaratçısi olsun və reklam ilə pul qazanmaq röyasi,  reallaşsın. amma əgər blogın çoxlu ziyaratçısi olmasa o zaman necə pul qazanmaq olar?

Məncə olmaz ki adam bir yerdə otursun və heç iş görməmiş və heç zəhmət çəkməmiş çoxlu pul qazansın. hər nə üçün gərək zəhmət çəkəsən İngiliscə deyirlər: No pain No gain!

Yaxşi, bu sözlərdən sonra nə demək isteydim?

Google Səhifə Rütbəsiİndi bəzi ölkələrdə misal üçün ABŞ da, İrand, Türkiyədə və bəzi digər ölkələrdə bəzi blogçular var ki bloglarının çoxlu ziyaratçısi yoxdu amma blogları ən dəyərli Google Page Rankə sahibdi. misal üçün 5-6-7 di. 

Ona görə ki rütbəsi çox olan səhifələrdə reklamın getməyi (əsasən mətn reklami) səbəb olur reklam olunan saytında rütbəsi artsın, yeni sayt və blog yaradanlar bloglarına çox qısa zamanda Page Rank qazanmaq üçün belə çox rütbəli bloglarda mətn reklami sifariş verirlər həmdə çox ücüz qimətlə (mətn reklamlar banner reklamlardan ucuz olur ). misal üçün ayda 15 - 20 dollar. və çunku mətn reklami blogda elə yer tutmur, çox rütbəsi olan blog sahibləri azi 20 mətn reklamın bloglarında yerləşdirirlər və ayda heç olmasa 200 - 300 dollar qazanırlar.

Belə reklam verməkdə, həm reklam edən və həm reklam verən bilir ki əsas Google Page Rankdır. və ziyaratçi və hit qazanmaq əsas deyil.

Mənim təklifim blogçulara budur ki çalışsınlar bəzi işləri görməklə bloglarının rütbəsin çoxaldsınlar (PR) bəlkə bu yolilə də pul qazandılar. (necə ki mən özumdə buna çalışıram) misal üçün digər blogçularla geniş surətdə blogınıza keçid dəyişin yəni olar sizin bloga keçid versinlər sizdə onların blogına. əgər keçid aldıqınız blogın rütbəsi çox olsa daha əla olar.

Əgər kimsənin blogunun 5 rütbəsi  (PR) varsa mənə xəbər versin, mən ilk müştəri olaram və azi 3 aylıq belə blogdan mətn reklam alaram. söz veriyəm!

Bloga PR qazanmaq yollarılə əlaqədar bəzi yazılarım olub. Gizli yazılar, Gizli blogçular, Google səhifə rütbəsi (Page Rank)

XəbərNamə: xəbərə verilən dəyər!

Yazar: Fərhad @ Mart 10, 2008 8:00
Mənim blogumda indi bir dəyişiklik var! Gördünüz mü? Blogun əsas səhifəsində hər yazı ‎bölməsində bir kiçik işarə (logo) yerləşdirmişəm. Bu işarə bu gündən bloguma əlavə olunub. Bu ‎ digg.com əjdaha saytının işarəsi deyil, yeni layihəmiz olan, milli ‎diggimiz XeberName.com saytının işarəsidir. ‎

XəbərNaməYeni layihəmin adı XəbərNamədır. Qısa şəkildə deyim ki, XəbərNamə Azərbaycan ‎milli xəbər paylaşma saytıdır. Belə demək mümkünsə milli digg! Bu sayt Azərbaycan internet məkanında mövcud olan xəbər və məlumatların istifadəçilər ‎tərəfindən məşhur seçilərək toplanma xəzinəsidir. Bu layihədə AzəriBlog ‎kimi, ilk dəfə olaraq məhz Azərbaycan dilində Azərbaycan istifadəçiləri üçün, bizim AzNetin inkişafiı‎üçün ElimizOnline İT groupun növbəti layihəsidır.‎

XəbərNamə barəsində ətrafli məlumati öz saytından əldə edə bilərsiniz. ‎

XəbərNaməBu blogdakı işarə barəsində onu deyim ki, bu işarə vasitəsiylə mənim blogumda sevdiyiniz, bəyəndiyiniz və ilk səhifəyə düşəcəyini iddia etdiyiniz xəbəri XəbərNamə saytına əlavə edə bilərsiniz. Bir tıqlama ilə bunu etmək mümkündür!  Bunu etməklə siz xəbəri "XəbərNamə" satına əlavə etməkdən savayı, həmçinin səsvermə, şərh etmə kimi xidmətlərlə zənginləşdirirsiniz.‎

Ən çox səs qazanan xəbərlər məşhur xəbərlər adıyla "XəbərNamə"nin əsas səhifəsinə yüksəlir və blogumun yazısı bir çox ziyarətçilərə təqdim olunur. Bu həmçinin mənim üçün də (istəsəniz sizin üçün də ola bilər ;) ) pulsuz reklam deməkdir! ‎

Siz də əgər Azəriblog sistemində və ya başqa blog sistemlərində blog yazmaqla məşğul olursunuzsa, çox rahat surətdə bu işarəni öz blogunuza əlavə edə bilərsiniz. "XəbərNamə"də ‎üzv olmaq üçün buradan XəbərNamənin qeydiyyat səhifəsinə daxil olun və işarəni ‎blogunuza yerləşdirmək üçün "XəbərNamə"nin blog və sayt xidməti səhifəsinə daxil ‎olun. "XəbərNamə" saytına keçid verib ona dəstək olun. Bundan əlavə XeberName.com ‎saytının bir kiçik reklam banneri də var ki, əgər istəsəniz blogunuz və ya saytınızda yerləşdirə ‎bilərsiniz.‎

Mən əminəm ki, bu layihə də AzNetdə ən güclü xidmətlərdən biridir və AzNet inkişafına çox ‎köməyi olacaq.  Bu layihəyə sizlərin də dəstəyini gözləyirik! Bütün istifadəçilərimizə xeyirli olsun! Uğurlar!‎

Azad söz!

Yazar: Fərhad @ Mart 8, 2008 18:53
Azad soz - İran
 
İranda Azad söz! 
Davamı...

Bloglarımıza Googledən hədiyyə!

Yazar: Fərhad @ Mart 3, 2008 20:00

Gogle Page rankGoogle artıq neçə gündür internet səhifələrinin rütbəlrəin dəyışməyə başlayıb. və buna görə bəzi saytlar və blogların səhifələrinin rütbəsində (Page Rank) dəyışiklər olub. şəxsi blogım Sahilin rütbəsi 1qat azalsada (4idi indi 3 olub) Azəriblog sistemində olan blogların çoxu ilk dəfə olaraq PR qazanıblar. və çox sevinirəm ki bəzi bloglar bir başa 0dan 4də qalxıb və bir başa 4 rütbiyə sahib olublar. Mayısın blogu o cümlədəndi.

Bəzi bloglarda 3 rütbəsinə sahib olublar. Vüsalın bayraqdarın bloglari kimi. və çoxlu bloglarda 1 və 2 rütbə qazanıblar.

AzəriBlog sistemində olan blogların PR qazanmasi sistemin Seach Engeen Freindly quruldıqına görə gözlənirdi. və mən əminəm ki ən qısa zamanda bloglarımızın PR çoxunun rütbəsi 4-5 qalxacaq.

Necə blogın rütbəsin çoxaldmaq barədə "Google səhifə rütbəsi" yazısında bəzi məlumat vermişəm.

  Yazılar cəmi: 9    Sonrakı səhifə »