
Əjdəha müharibələri kinosın yükləyin!
Müzakirə məkanı
İki il bundan öncə təzə-təzə ki Azərbaycan netilə tanış olurdum. Bir forum yaratdım (elimiz.com), ilk dəfə Azəri dilində və lisanziyalı Vbulletin scriptilə. Dünyanın müxtəlif ölkələrində forumlar necə keyfiyyətli idisə mən də o cür keyfiyyətdə bir forum yaratdım. Yəni əslində məncə bir yeni iş deyildi! Amma AzNet məkanında bir yenilik idi. Forumda istifadəçilər müxtəlif mövzularda müzakirə edir, özlərinə şəxsi avatar yerləşdirir və öz imzalarında sayt və ya saytlarının mətn və şəkil ilə reklam edə bilərdilər.
Dostların biri mənə dedi ki bu işdən sənə nə xeyir olacaq ki! Boş işdir, belə işləri görmə. Burada yalnız hamı öz mənfəətini və qazancını fikirləşir! Sən isə pulsuz reklam etdirirsən!
İnternetdə yazılmayan qanun var ki, əgər istəsəniz yeni saytınız çoxlu ziyarətçi qəbul etsin və saytın səviyyəsi (Page Rank) ən qısa zamanda artsın forumlarda üzv olaraq və aktiv fəaliyyət göstərərək, forumda üyğun mövzularda öz saytınızın ünvanını qeyd edib, buna nail ola bilərsiniz.
Hələ də yadımdadır ki, yeni yaratdığım layihəni hansısa bir Azərbaycan forumunda yazdığıma görə həmin forum idarəçiləri mənim aşdığım mövzu və yazını sildilər. Və demək olar ki, bu hadisə mənim AzNetlə ilk tanışlığım oldu.
Sözün düzü başa düşmədim sayt idarəçiləri niyə görə vaxtlarını foruma sərf edən istifadəçilərə öz imzalarında hansısa sayt və ya bloglarını qeyd etməyə izin vermirlər. Bilmirəm yazılarda niyə hansısa sayt keçidi yazmaq qadağandır!?
Təəssüflər ki, bizim bəzi blogcularımız da bir-biri ilə "dost bloglar"a keçid verməyə simiclik edirlər. Daha bilmirlər ki, bu cür hal onların blog və saytları üçün çox xeyirli bir haldır.
Onu da qeyd edim ki, AzNetdə sayt yaradanlar, sayt sahibləri elə zənn edirlər ki, AzNet istifadəçiləri ancaq əyləncə tipli saytlar sevirlər. Və son zamanlar bu cür saytların yaranmasının sayi-hesabı yoxdur. Daha anlamırlar ki, bu cür saytlar AzNetin inkişafında heç bir təsir göstərər bilməz.
Mən düşünürəm ki, AzNet inkişaf etməlidir və əgər etyməlidirsə bunu da biz istifadəçilər etməliyik! Bizim saytlar da dünya saytlarındakı kimi web 2.0, ajax və s. bu kimi yeniliklərlə bəzədilməlidir. Bizim millət məgər ancaq əyləncə tipli və eyni sistemli saytlara layiqdir?
Bu problemləri aradan qaldırmaq üçün artıq bir neçə maraqlı saytlar və layihələr germkləşməkdədir. Və bu sözsüz ki, AzNetimizin inkişafına təkan verməkdədir. Biz netsevərləri də təbii ki, sevindirir.
Əfsus ki, bəzi dostlarımız AzNetin inkişaf edəcəyinə və təkmilləşəcəyinə ümid bəsləmirlər. Və deyirlər ki, bizim istifadəçilər ancaq əyləncə tipli saytları sevirlər və ziyarət edirlər. Ona görə də bu yeni layihələrin bir xeyri olmayacaq.
Bəlkə də ilk başda düz deyirlər. Amma gələcəkdə bu cür layihələrin xeyri min qat olacağını zəmanət verirəm. Bu cür fikirlərin dəyişdirilməsi üçün isə əlimizdən gələni etməliyik.
AzNetdə reklama qadağa qoyan saytlar və forumların bu cür boş pafoslu tabularını yıxmaq üçün ilk milli digg, xebername.com saytı yarandı. Saytda sayt idarəçilərinə heç maddi mənfəət yoxdur, istifadəçilər öz sayt və bloglari və digər saytlar və bloglar yazıların saytda digər istifadəçilər və ziyarətçlərə təqdim edə bilərlər və ziyarətçi qazana bilərlər. Əminəm ki, belə saytların yaranılması AzNetdə sayt və blogların arasında isti münasibətlərin və mehribanlığın yaradılmasına səbəb olacaq!
"Xəbərnamə"dən sonra, Azərbaycanda istifadəçi üçün ən azad forum iki il fəaliyyətdən sonra indi yeni ünvanda dəyərli istifadəçilərin qarşısındadır. Müzakirələr üçün muzakire.com saytına daxil olun. Azad surətdə öz saytlarınızı və bloglarınızı uyğun mövzularda təqdim edin. İmzanızda saytlarınızın adın və ünvanın yerləşdirin ki bəlkə bu saytın köməyiylə sizin saytın ziyarətçisinin sayı az da olsa artsın.
Öz dəyərli fikirlərinizi yazmaği unutmayın.
Heydər babaya salam
Heydər Baba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.
Məşğulam
Bu günlər çox cox məşğulam. elə məşğulam ki vaxt ayıra bilmirəm ən sevdiyim yerdə, yəni burada (blogımda) heç olmasa bir yazı yazam. bunuda yazıram ki misal üçün özümü aldadım ki bir yazı yazdım blogımda 
İndi mən Tehrandiyam. və orda məşğulam! bu şəkilidə Tehrandan çəkmişəm. Maşın və Cəmaət izdihamı



