Reklam verin!

Dünyanın 10 cəhənnəmə oxşar yeri!

Yazar: Fərhad @ May 29, 2008 9:54

10-luq cədvəli modern dünyanın jurnalist və adəbiyyat sahəsində dünyanın ən yaxşı və ən pislərini göstərir! Çox az olur ki, bi siyahıda ən pislər yer alsın. Royters xəbər agentliyinin yeni 10-luq siyahısında əsasən dünyanın 10 cəhənəmə oxşar yeri təqdim olunub və hamıdan istənilib ki, bu 10 yerə heç zaman hətta yuxuda da getməsinlər!!!

Davamı...

MacBook Air dünyanın ən nazil notbuku

Yazar: Fərhad @ May 25, 2008 8:23

Apple (Əpıl) firması dünyanın ən nazik notbukun təqdim etdi! Bu firma notbuku ən nazik etmək üçün onda DVD yerin (DVD Drive) həzf edib. Bu notbukun qalınlıqı 1.95 Milimeter və çəkisi yalnız 1.36 kilo qramdır.

Apple MacBook Air

Ətrafli məlumat üçün məhsulun səhifəsin ziyarat edin.

Web2.0 saytlarını kim host edir?

Yazar: Fərhad @ May 24, 2008 10:27
web2Neçə gün bundan öncə bir blogu oxuyanda, blogun bir yazısı mənə çox maraqlı gəldi. Yazar o yazısında web2.0 ilə hazırlanan saytların siyahısını yazıb və bildirib ki, bu məşhur web2.0 saytları hansı hostinq şirkətləri tərəfindən host olunur.

Demək olar ki, çox uzun bir siyahıdır və orda xeyli web2.0 saytları mövcuddur. Bu siyahıdan ən məşhur və populyar olan saytların bəzilərini mən ayırmışam və sizlərə təqdim edirəm:

Bloglarda: dünyanın məşhur blogları, o cümlədən Mashable، TechCrunchReadWiteWeb blogları MediaTemple vasitəsiylə host olunurrlar.

Sosyal şəbəkələri: bu sahədə olan bütün məşhur saytlar, öz şəxsi serverlərində host olunurlar.

MikroBloglar: Mikro blogların adı gələndə onların ən populyarı Twitter gözə dəyir. Bu sayt Verio şirkəti tərəfindən host olunur. Bu tip saytlardan Pownce, Calpop şirkəti və Jaiku , Nebula şirkətində host olunurlar.

Blog sistemləri: blog sistemlərində, WordPress sayti, Peer1، Layeredtech، RackspaceSAVVIS şirkətlərində host olur. Vox sistemi öz şəxsi serveri və SixapartTypepad şirkətləri tərəfindən host olunur. Blogger, dünyanın ən məşhur və ilk blog sistemi tamamən Google şirtkəti tərəfindən host olunur.

Xəbər paylaşma saytları: Digg sayti ki bu sahədə ən məşhur saytdır, öz şəxsi serverlərində yerləşir. Bu sahədə olan digər saytlar, o cümlədən Reddit  və Mixx, ServepathRackSpace şirkətləri vasitəsiylə host olurlar.

Keçid paylaşma saytları: bu sahədə olan ən məşhur sayt del.icio.us-dır ki, Yahoo şirkətinə məxsusdur və hostu oradadır. Mövzuda ikinci yerdə olan StumbleUpon saytı InternapMagnolia saytı isə Servepath şirkətlərində host olurlar.

Foto saytları: bu sahədə olan ən məşhur saytlar yəni FlickrPicasa da YahooGoogle şirkətlərində host olurlar.

Elan: Barcamp Tiflis 2008

Yazar: Fərhad @ May 20, 2008 18:04
Barcamp Tiflis 2008 (7-8 İyun) dərhal sonra, Transition Online – beynəlxalq media təşkilatı iki günlük (9-10 İyun) yeni media sahəsində beynəlxalq təlim keçirəcək. Beynəlxalq səviyyəli ekspertlər yeni media sahəsindəki son yeniliklərlə bağlı – bloqlar, podkastinq, video bloqlar, RSS, sosial şəbəkələr və s. sahələrdə təqdimat və təlim keçirəcəklər. Bundan

əlavə biz son dəyişiklikləri  - bloqların KİV-ə, siyasi və sosial həyata təsiri barəsində danışacağıq, klassik KİV-dən misallar göstərəcəyik.

Azərbaycandan olan yalnız 6 iştirakçı üçün xərclər – yol, yemək və qalmaq pulu tam şəkildə ödəniləcək. Tiflisdəki Barcamp-də olan Gürcüstan və Ermənistan nümayəndələri də təlimlər üçün qalmaları tövsiyə olunur – onların bəzi yemək xərcləri ödəniləcək. Təlimlərin əksər hissəsinin Ingiliscə olduğunu nəzərə alsaq, İngilis dili bilikləri vacib sayılır. İştirak etmək istəyənlər bu linkə baxmalıdır: http://forms.tol.cz/form/24/. Son müraciət etmə tarixi: 28 May.  

Bütün suallarla bağlı TOL-un Qafqaz üzrə Layihə Meneceri Emin Hüseynzadəyə müraciət edə bilərsiniz: ehuseynzade@gmail.com Telefon: +99470 317 9070.

Layihə ABŞ-ın Milli İanə Təşkilatı və Açıq Cəmiyyəti institutu tərəfindən maliyyələşdirilir.

TürkBlog xoş gəldin

Yazar: Fərhad @ May 15, 2008 21:14

Turk BlogNəhayət TürkBlog təkmil oldu və artıq fəaliyyətə başladi. Bütün AzəriBlog imkanlari TürkBlogda var amma tekcə olan fərq, TürkBlogın dizaynıdır.

Ümidvarım ki TürkBlog Türkiyədə və digər ölkələrdə yaşayan terk milləti arasında tanınsın və inkişaf olunsun.

İndi vaxti çatıb ki yeni imkanları sistemlərə əlavə edim. AzəriBloga əlavə olunan imkan TürkBlog sisteminədə əlavə olacaq.

Sistemdə yeni imkanlar və dəyişikləri görmək vaxti artiq çatıb. yeni dəyişiklər və imkanlar bloglarda təqdim olacaq.

Bütün blogçularımıza uğurlar

 

Bloglar və Müəlliflər hüquqları

Yazar: Fərhad @ May 8, 2008 8:11

Bilirsiniz mi müəllif hüquqları nədir?

Müəllif hüquqları kitabların, CDlərin, disklərin DVDlərin və s. arxasında olan qalaqramalı işarədən ibarətdir ki, əsas bunun sayəsində bütün hüquqlar onun yaradıcısı yaradıcısı tərəfindən qorunduğu təsbit edilir.

Bu o deməkdir ki, siz o kitabın yazılarını və ya o CD-nın mahnılarını onun sahibinin icazəsi olmadan kopyalaya, sayını artıra, sata bilməzsiniz! Məsələn hər hansı bir CDni çoxalda, internetdə sata və ya pulsuz yükləməyə şərait yarada bilməzsiniz. Etsəniz də müəllif hüququnu pozmuş olaraq cəzalandırılarsınız!

Bu proses eyniylə virtual aləmdə də mövcuddur. Yəni kimsə başqasının yazılarını öz adına çıxararaq və ya istinad verməyərək dərc edə, yaya bilməz! 

İnternet cəmiyyətinə əsasən də blog aləminə yeni qoşulmusunuzsa ilk növbədə onun qayda və qanunlarını öyrənməyimiz daha məqsədəuyğundur. Bu qaydalar sayəsində internetdəki fəaliyyətiniz ciddi və peşəkarlıqla qarşılanacaqdır. Bu xüsusda bir neçə qeydlər var ki, indi aşağıda onları qeyd edəcəyik:

1- Çalışın heç vaxt digər blog və saytların yazılarını və məqalələrini öz blogunuzda müəlliflərin icazəsi olmadan yerləşdirməyin. Əgər bütün yazını kopi edirsinizsə sonunda onun əsas mənbəsinə istinad verin! Əslində bu da düz iş deyil və ən yaxşı yol belədir ki, istədiyiniz yazıdan bir neçə cümlə yerləşdirib həmin yazının əsas mənbəsinə keçid verəsiniz.

2- Bloglarda müğənnilərin mahnı, musiqi, mp3larını yükləmək üçün yerləşdirmək müəllif hüququ qanunlarına ziddir. Ona görə də bu cür mövcud olan blogların bağlanması təhlükəsi mövcuddur.

3- Əgər hər hansı bir müəllif bir əsər yaradırsa bizlər müəllif hüququnu pozduqda onun yeni əsərlər yaratmasının və inkişaf etməsinin qarşısını almış oluruq. Ona görə də çalışaq müəliif hüququna diqqət eytirək və müəlliflərə yeni əsərlər yaratmaqda yardımçı olaq!

Virtual tanışlarım və sonra real dostlarım

Yazar: Fərhad @ May 4, 2008 23:00

Nəhayət ki, blog dünyasında olan arzularımın birinə artıq nail oldum! İlk dəfə olaraq Azərbaycan blogçularının görüşü baş tutdu və artıq bizlər, yəni blogçular bir-birimizlə yaxından tanış olduq.

Görüşün məqsədi blogçuların öz həmkarları ilə tanış olmaq idi və elə də oldu. İlk görüş olaraq görüş çox əla keçdi və təsəvvür etmədiyim sayda blogçu göruşdə iştirak etmişdilər. Əminəm ki, sonrakı görüşlərmizdə daha çox blogçu iştirak edəcək, inşallah

Görüşdə hansı istədiyim blogçulari gördum:

Mayis Musayev- Mayıs Musayev: Dostum Mayisi ilk dəfə olaraq bu görüşdə yaxından gördum. Ondan öncə yalnız blogda şərhlər və Yahoo Messenger vasitəsiylə əlaqə saxlamışdıq. Amma bu blogçular görüşü səbəb oldu ki, Mayisi yaxından görüm. Mayis elə fikrimdə olan şəxsdir. Səmimi və gülərüz! Mayis məni Tünzalə Ağayevin solo konsertinə dəvət etdi. Konserti heç bəyənməsəm də Mayisə bu dəvət üçün təşəkkür edirəm. Konsertdə digər Azəriblogçular da vardı!

 

Laçın Ələkbərov- Laçın Ələkbərov: Mənim hal-hazırda ən yaxın və ilk Azərbaycanda yaşayan dostumdur. Laçın dostum dağlar çapan qədər var. Bu neçə gündə Laçınla dəfələrlə göruşduk və çox şad oldum. Laçın ilk dəfə olaraq Azərbaycanda mühəndislər cəmiyyəti yaratmaq fikrindədir.O işi ilə çox məşğul olduqu üçün blogunda yeniliklərə vaxt ayıra bilmir. Laçınə bu dəyərli layihədə və digər işlərində uğurlar diləyirəm!

 

Şahsuvar HümbatovŞahsuvar Hümbətov: Mənim əziz və səmimi dostum. Demək olar Azərbaycanın ən güclü proqramçılarından biridir. Şahsuvar Oracle proqramında ən güclu peşəkardır və Azərbaycanda çoxlu proyektlər keçirdib və yaradıb. Şahsuvarla olan zaman insan heç vaxt darıxmaz. Şahsuvarın həmişəlik gülərüzü adama enerji verir.

 

Zahir Əzəmət- Zahir Əzəmət: müxtəlif xəbər saytları və qazetlərində aktiv olan dostlarımdan biri. Gündə azından 18 saat kompyuter arxasında olan şəxsin danışıqları və söhbətlərinin hamısı məlumatdır. Zahir bəy doğrudanda öz məlumatları ilə məni həddindən çox maraqlandırdı. Zahirlə yemək yeyib, çay içdik. Zahirin çoxlu dəyərli fikirləri var ki, inşallah hamısını əla surətdə reallaşdıracağıq. Təbii ki, əlimizdən gələn köməkləri edəcəyik!

Eyvaz Qocayev- Eyvaz Qocayev: çox şərif insandir bu Eyvaz. Necə Eyvazın blogında ən son xəbərləri bir yerdə tapmaq olar, bütün gözəl insani xəsiyyətləri də onun özündə cəm olaraq görmək mümkündür. Eyvaz mənim üçün bir-iki iş də gördü amma mənim vaxtım olmadığına görə Eyvazın zəhmətləri də hədər oldu. İnşallah sonralar istədiyimiz işləri bilikdə görəcəyik.

 

Rauf: Deyirlər ki gənclər hər ölkənin sərvətidir. Rauf da Azərbaycanın ən aktiv gənclərindəndir. Rauf Azəriblog sistemi ola-ola (Təbəssüm)   WordPress blog sisteminin azarkeşi olsa da, ən aktiv blogçuların biridir. Əgər bütün Azərbaycan gənclərinin Azərbaycana qarşı olan təəssübü Raufun İrəli Gənclər Hərəkatına qarşı təəsubkeşliyi qədər olsaydı indi Azərbaycanın 20% torpağı işğal altında olmazdı və ölkəmiz ən güclü ölkələrdən biri olardı. Raufun blogu neçə gündür Google Page Rankında 5-ci səviyyəyə yüksəlib. Bu münasibətlə Raufu təbrik edirəm. Və deyirəm o gün olsun ki, blogun 10 PR sahib olsun!

 

Aytekin Aliyeva- Aytəkin Aliyeva: Aytəkin Azəriblogun ən ciddi blogçularindan biridir. O göruşdə iştirak edən tənha qız blogçu idi. Çoxlu hərarətli və səmimiyyətlə göruşdə gedən söhbətlərdə iştirak edirdi və digər blogçularla tanış olmağa çalışırdı. Aytəkin ilə yaxından tanış olduğum üçün çox şad oldum. Ümidvarım ki, sonrakı görüşlərdə digər qız blogçular da  Aytəkin xanımın timsalında iştirak etsinlər.

 

Digər yaxından  tanış olduğum dostlar: Ən aktiv Bakı jurnalist gənci Turxan, Tələbələrə  bir virtual yığıncaq yığan Mürsəl, Gün gələcək hər kəs blogım haqqında danışacaq şuari olan Vuqar Baba, blogu sayta bənziyən və bloguna güclü imkanları lazım bilən Lyrics S.N. ,Bayraqdar, Maliyyə, Emin, Rəşad, Ramin DEKO və digər dostlar ki görüşdə iştirak etmişdilər və mən indi onların adların unutmuşam...

Bəzi istədiyim blogçular da görüşdə müxtəlif səbəblərə görə iştirak etməmişdilər: ən çox yaxından tanış olmaq istədiyim blogçulardan biri Vusal Məmədov idi. İnşallah ümidvaram ki, sonrakı görüşdə xeyli blogçular iştirak edərlər.

Blogçular arasında oyun!

Yazar: Fərhad @ May 3, 2008 8:31

Blog dünyasında olan fəaliyyətlərin sayı hesabı yoxdur. Digər ölkələrdə blogçular arasında çox maraqlı fəallıqlar olur. Həmçinin virtual olaraq oyunlar təşkil olunur.

Əziz və dəyərli dostumız Esma Nur (AzəriBlog sisteminin ən fəal blogçularının biri), blogçular arasında bir oyun təklif edib və ilk blogçu olaraq məni bu oyuna dəvət edib. çox şad olaraq oyunda iştirak edirəm və Esma Nurun verdiyi sualların cavabın yazıram:

1-Adın ve Soyadın: Fərhad Əsgərzadə

2-Təvəllüdün: 19/Mart/1976

3-Nə ile məşğulsan (sənet, peşə..)? işim internet ilə əlaqədardır. müştərilər və özüm üçün saytlar yaradıram :)

4-Harada yaşayırsan ve hansı şəhərdə yaşamaq istərdin? Mən indi Bakı-Tehran arasında  avara kimi yaşayıram! Bakıda yaşamaği istərdim.

5-Yaşam fəlsəfənizi təşkil edən sözərden, cümlələrdən biri? Çalışın ki bu gününüz dünən ilə fərqli olsun. (Yeni ki hər gün həyatınızda yeniliklər olsun)

6-Senin üçün blog nədir? Mənim üçün blog həyatdır, bir gün blogumu yoxlamasam o gün axşam yata bilmərəm :P

7-Həyatında nə qədər və necə bir yer tutur? - dediyim kimi blog mənim həyatımdır!

8-Neye göre blog yazırsan? blogu yazıram, çünkü orda mən azad bir yazaram! Və blogum mənim qəzetim və jurnalımdır. Hər nə fikirləşirəmsə, hansı mövzuda istəyirəmsə yazıram və kimsə mənə nə mövzuda yazmaği təklif etmir. bBlog mənim fikirlərim və baxışlarımdan ibarətdir. Ən əsası bunu digər insanlarla rahat şəkildə bölüşürəm. Blogum əslində mən özüməm. Mən özümü internet istifadəçilərinə istədiyim şəkildə çatdırıram.

Gördüyünüz kimi bu oyun 8 sual və onlara cavab yazmaqdan ibarətdir və blogçular bu oyunda bir-birini oyuna dəvət edə bilər. Oyun yalnız AzəriBlog istifadəçiləri üçün yox, bəlkə bütün Azərbaycan blogçuları arasında ola bilər. Oyun barəsində ətraflı məlumat üçün Esma Nurun yazısını oxuya bilərsiniz.

Məndə bu oyuna Vusal, MayısRaufu dəvət edirəm.  

  Yazılar cəmi: 8