Reklam verin!

Britaniyanın Azərbaycanlı gözəli

Yazar: Fərhad @ Mart 27, 2008 0:50

Sevinc NəbiyevaLondonda yaşayan azərbaycanlı tələbə Sevinc Nəbiyeva Birləşmiş Krallığın paytaxtında azərbaycanlı xanımlar arasında “2008-ci il Britaniyanın azərbaycanlı gözəli” adlı gözəllik yarışmasında qalib olub.

Müsabiqədə 8 nəfər iştirak edirdi.

İştirakçılar Azərbaycan milli geyimlərində səhnəyə çıxıblar və milli musiqinin sədaları altında öz nömrələrini nümayiş etdiriblər.
Qalibə hədiyyələr təqdim olunub.

Xəbərin ardın onun mənbəsindən yəni BBC dən oxuyun. 

Bu gün Xocalı soyqırımının 16-ci il dönümüdür

Yazar: Fərhad @ Fevral 26, 2008 10:08
Xocalı
 
Bu gün Xocalı soyqırımının 16-ci il dönümüdür. Məhz bu gün Xocalının adı, məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Vətənpərvərlik

Yazar: Fərhad @ Fevral 13, 2008 9:48

Çox təəsüflər olsun ki 20 faizi Ermənilər tərəfindən işğal edilmiş ölkənin telviziyasında vətənpərvərlik verilişlər yerinə günbəgün boş boş şou biznes adli şou bıraxışlari nümayiş olunur!

Şou biznes pis deyil və bu sahədə fəaliyyət etmək və uğurlar qazanmaq lazimdi və təbii ki ölkədə elə verlişləri sevənlərdə vardi amma hər kanadla 2-3 şou verlişi ölkəmizin belə vəziyyətində, elədə yaxşi deyil. 

Nə yaxşi olardi ki ölkə igidləri üçün televiziya kanallarında belə ən maraqsız verlişlər yerinə, gənclərin vətənpərvərlik və qəhrəmanlıq hisslərini aşılamaq və vətənə sevgi yaratmaq üçün verlişləri olardi. 

İşğal olunmuş əraziləri azad etmək ölkə başçılari dedikləri kimi, sözdə çox asan gəlir amma məncə əgər belə asan olsaydi bəs niyə bu 10-12 ildə biz topraqlarımızı azad edə bilməmişik?

Azərbaycan hər cəhətdən Ermənistandan başdi amma gərək səbəb tapılsın ki niyə biz topraqlarımızı azad edə bilmirik! 

Maşın reality şou

Yazar: Fərhad @ Yanvar 23, 2008 9:35

Gözlərimiz aydın, "Maşın" reality şou yeni sürəti Yanvarin 21dən başladi! Bu dəfəki maşında: Brilyant Dadaşova, bəstəkar, “Rast” qrupunun lideri Rəşad Həşimov, top-model Nigar Talıbova, müğənni Almaz Ələsgərova, Zamiq, Könül Kərimova, Vasif Məhərrəmli, aparıcı İlkin Həsəni, müğənni Yeganə, Aşıq Əhliman, meyxanaçı Rəşad Dağlı, müğənni Cavid Hüseyn, Rüstəm Zaynallı (“Şeron”), müğənni Mirkamil (“Xalq ulduzu”), müğənni Aslan, rəqqasə Sevda, jurnalist Cavanşir Babalıoğlu və müğənni Rəhim Rəhimli iştirak ediblər.

Lider TV nin bu verlişinə hər gün saat 22 rədələrində baxa bilərsiz, Bu verlişin maşallah bollu sponsoru var! mən hələ düşünə bilmiyəm ki belə bir aylıq boş verlişin nədən bebilə sponsoru olur ki neçə min manatlar odeyırlər amma Azəri BLog saytında ayda 150 Dollar qimətində aylıq reklam verən olmur? bunlari bir birinin yanında qoyub müqayısə etmək səhvdır amma bunların hansi Azərbaycana mənfəətlidi? Hansi Azəriləri və Azərbaycanlılari dünyada tanındıra bilər? Azərbaycanımız çox qərib bir ölkədi. belə işlərdən çox olar.

 

Davamı...

Azərbaycan Respublikasının himni

Yazar: Fərhad @ Yanvar 6, 2008 13:05

AzerbaijanAzərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

  Söz - Əhməd Cavad

Buradan diləyın 

  Yazılar cəmi: 5