Əziz bloqerlər, Azəri bloqerlərin görüşü ilə əlaqədar Məkan və Zaman haqqındakı təklifimizi görmək üçün aşağdakı linkə klikləyin.Seçim sizindir.Xaiş edirik seçiminizi şərh şəklində bildirin!
Əziz bloqerlər, Azəri bloqerlərin görüşü ilə əlaqədar Məkan və Zaman haqqındakı təklifimizi görmək üçün aşağdakı linkə klikləyin.Seçim sizindir.Xaiş edirik seçiminizi şərh şəklində bildirin!
İlk pulusz Azərbaycan blog sistemi olan, AzəriBlogın fəaliyyətindən artıq bir il keçdi. və bu gün AzəriBlogın ad günüdür. bu yazını mən AzəriBlogın ad gününün ilk saatında və dəqiqələrində yazıram. necə ki bir il bundan öncə AzəriBlog sistemində ilk yazını yazmışdım.
keçən il mənim üçün çox əla bir il oldu. necə ki keçən il yəni AzəriBlogın ilk il fəaliyyətində çoxlu dərslər aldım, təcrübələr qazandım və hamısından önəmli özimə çoxlu dost qazandım.
Keçən ildə AzəriBlogu nümrə 1 və faydalı sayt etmək üçün çalışdım, maddi ehtiyaclara baxmiyaraq saytın güclü işləməyi üçün əlimdən gələni etdim və yeni il fəaliyyətində, ilk ildəki təcrübələrdən istifadə edərək, saytın imkanların genişləndirmək üçün çalışacam.
Əlbəttə bunu qeyd etməliyəm ki işlərin çoxun etmişəm və ən qısa zamanda sistemdə yeni stillər, yeni imkanlar və saytın yeni dizaynına şahid olacaqsınız. və bunların hamısı inşallah 2-3 ay ərzində reallaşacaq və sayt beta versiyasından çixacaq.
Ümidvaram ki AzəriBlog illər boyu güclü surətdə fəaliyyətinə davam etsin və gün-bə-gün genişlənsin və inkişaf olunsun. bunların hamısı sistemin dəyərli istifadəçiləri və onların dəstək və köməklərilə mümkun olcaq.
Bu barədə digər bloglardan:
Ən qısa zamanda Azəri blogda bəzi yeni imkanlar əlavə olacaq. Yeni imkanlar bizim əziz dostlarımız istifadəçilər təklifləri əsasən yaranır. və yeri var bizə saytın ən maraqli və keyfiyyətli olmaqi üçün təklif verən dostlardan dərin məmnuniyyətimi bildirim.
Yeni imkanlar barədə ətrafli məlumat saytın xəbər bölməsində yayılacaq.
Artıq 5 aydır AzeriBlog fəaliyyətə başlayıb və Azərbaycanda milli dildə blog imkanını siz əziz istifadəçilərə bəxş edib. Fikrimiz budur ki, tez-tez AzeriBlogda yeni imkanlar yaradaq və öz istifadəçilərimizi şad edək. Buna görədir ki, sizlər bu 5 ay ərzində AzeriBlogda müxtəlif mövzularda yeniliklərin şahidi olmuş və bu yeni imkanlardan istifadə etmisiniz. (məsələn buraya baxın)
Mən indi 5 aydan sonra qayıdıb keçən aylara baxıram və görurəm ki, bu neçə ayda Azeriblogdan mənə heç maddi qazanc və mənfəət olmayıb və yalniz bu neçə ayda 2000 dollara yaxın saytın Serverinə və onun Traffikinə pul ödəmişəm ki, AzeriBlog saytı istifadəçilər üçün mütəmadi işlək və aktiv vəziyyətdə olsun.
Amma gərək elə olsun ki, heç olmasa saytın serverinin pulunu bir yerdən əldə edək və buna görə indi fikirləşirəm ki, AzeriBlog kimi şəxsi xidmət verən saytlar haralardan gəlir əldə edirlər?
Bildiyiniz kimi belə saytın xərclərini ya gərək onun istifadəçiləri ödəsin (yəni pul ödəyərək üzv olsunlar) və ya gərək saytda reklam vasitəsilə sayta pul qazanmaq imkani yaransın ki, saytı idarə edən şəxsə, yəni mənə
bundan əlavə çətinlik yaranmasın.
AzeriBlog istifadəçilərinin maddi vəziyyətini nəzərə alaraq başa duşuruk ki, istifadəçilərimiz AzeriBloga pul ödəyə bilməzlər və ümid ikinci yola baş vurmaqdır ki, o da saytda reklam yayınlamaqdır.
Ötən 5 ayda reklam sifarışi heç yerdən AzeriBloga verilməyib! Və bunu da deməliyəm ki, mən 10-15 şirkət və banka məktub göndərdim və istədim ki, AzeriBlogda pulsuz surətdə 1 ay reklam versinlər və əgər razi olsalar reklamların çox ucuz qimətlə davam etsinlər amma onlardan heç bir xəbər çixmadı və bilmədim səbəbi nədir!
AzeriBlogda reklam qiyməti digər saytlarda yerləşən bannerlər və reklamların sayına və onların olçülərinə baxanda çox ucuzdur (ayda 150 AZN) AzeriBlogda reklam bölməsində daha ətdəflı baxa bilərsiniz. Bizim bəzi saytlar ki, reklamlarla dolub-daşırlar (bir səhifədə azi 15 reklam) və hər zaman da reklamları mövcuddur və düzdür ki, elə saytların ziyarətçiləri AzeriBlogdan çoxdur amma qiymətlərinə baxanda (həftədə 700$) və reklamların ölçüsü və sayına baxanda məlum olur ki, AzeriBlog elə saytlardan reklam üçün çox münasib bir xidmət təklif edir.
Bilirsiniz ki, belə saytlarda reklamların görunməsi və oların üstunə tıqlanma imkanı çox azdı amma bilmirəm niyə reklam verənlər belə yerlərə daha çox reklam verirlər!
Hər halda yazının sonunda deməliyəm ki, əgər AzeriBlog saytına heç vaxt da reklam tapılmasa heç fərq etməz çunku mən yalnız öz həvəsimə görə və yalnız vətənim Azərbaycana görə bu blog xidməti verən saytı əziz internet istifadəçilərimiz üçün yaratmışam və çalışacağam ki, ömür boyu minnətsiz xidməti Azərbaycanca danışan həmvətənlərimə hədiyyə edim!