Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Dəyərli və Faydalı yazılar

Blog yazmaq və blog sistemin idarə etmək çox çətin bir işdir. mən bu çətinliyin qəbul edərək bu işə daxil olmuşam. blogların fəaliyyətinə nəzarət edib və sistemi həmişəlik online saxlamaq və sistemidə yenilik və yeni imkanlar əlavə etmək mənim bəzi işlərimdir.

çox günlər neçə saatlar vaxtım bloglarda sərf olur. bəzi istifadəçilərin blogların və ya yazıların görən zaman özumdən zəhləm gedir və blog işinin uğurlu olmamağına fikirləşirəm. çunku bəzilər bloglarında çox amator dəhşət işlər görirlər ki blogları nə bloga oxşayır nə sayta. yazılarıda adamın zəhləsin qaçırdır. qalın fontlardan istifadə edib çox pis rənglərdən yazıları üçün istifadə edirlər. bu omların qərarıdır və mənə daxlı yoxdur!

Amma bəzi bloglarda bəzən bəzi yazılar görəndə bütün  narahatçılıqlar, əziyyətlər və çətinliklər yaddan çıxır. misal üçün Ramin Həsənəlizadənin bir yazısıdır: Bloqu necə tanıtmalı

çox əla bir yazıdır. yazını elə bəyəndim ki saytın əsas səhifəsində ona reklamla keçid verdim. gün o gün olsun ki AzəriBlogda belə bloglar və beləa yazıların sayı gün-bə-gün çoxalsın.

 

Yazar: Fərhad @İyul 23, 2008 12:58
Blog Dünyası | Şərhlər(0)
Baxış sayı: 3
Açar sözlər: blog ramin dəyərli faydalı yazılar 
Bookmark and Share

Bloglarda şərh yazağ, ziyaratçi qazanaq.

şərh yazınBloglar söhbətlərdən ibarətdir. Blogların çoxu (hansı sistemdən istifadə ‎etdiyinə baxmiyaraq) yazıların sonunda blog ziyaratçılarına şərh yazmaq ‎imkani verirlər. Adətən şərh yazan zaman lazimdir ki adınızı, E-mail ‎unvanızı və blogınızın unvanın yazıb sonra yazı haqqında bir şərh yazaraq ‎öz fikrinizi bildirəsiniz. ‎

Sizin şərhi yazı haqqında blogçu oxuyan zaman, sizin haqda blog idarəçisində bir hiss ‎yaranacaq və istiyəcək ki bilsin bu şərh yazanın öz blogu necədir və buna ‎görə sizin blogın keçidi üzərinə tiklayıb sizing blogdan ziyarat edəcək. ‎əgər şərh yazdıqınız blog bir popular blogdırsa, blogın digər ziyaratçıları ‎sizin şərhiniz üstə tiklayib blogınızdan ziyarat edəcəklər və siz beləliklə çoxlu ‎ziyaratçi qazanacaqsız.‎

Bloglarda şərh yazan zaman  diqqət edin ki şərhiniz yazı haqqında sizin ‎fikrinizi bildirsin və şərh yazdıqınız yazının davamında olsun. əgər yazı ilə ‎əlaqədar bir şərh yazmiyasız,  mütləq sizin şərh blog idarəçisi tərəfindən bir spam kimi tanınıb və ‎silinəcək və kimsə sizin şərhi oxumuyacaq və bu vasitə ilə blogınıza ‎ziyaratçi qazana bilmiyəcəksiz.

Yazar: Fərhad @İyul 12, 2008 12:24
Blog Dünyası | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər: şərh blog ziyaratçi 
Bookmark and Share

Elektron poçt İmzaları və blogımız

Bəzi Texnikalar var ki onları bilmək  bizim blogımıza minlərlə unikal ziyaratçi ‎göndərəcək. bloga trafik qazanmaqdan söz gedən zaman hər hansi texnik minlərcə yox ‎əgər yuzlərcədə ziyaratçi bizim bloga qazansa, demək olar ki çox əla bir texnikdır.‎

Anlayış: İndi bu əsrdə internet istifadəçilərdən siz  kimsəni tanıyırsınız ki, elektron ‎poçtdan istifadə etmir?  bu sualın cavabı adətən "xeyr" dir.‎

Elektron poçt bu günlər əlaqə saxlamaq üçün çox popular bir vəsilədir. əgər siz bankda işleyirsiniz, müvəkkilsiniz, şəbəkə ‎layihəçisiniz, logistika meneceri və ya … , mən əminnəm ki, sizin gününüzün ən azı ‎‎10%i elektron poç göndərmək və elektron poçtlara cavab verməklə keçirilir.‎

Elektron poçt İmzaları


Əgər bu bir həqiqətdir, niyə bu həqiqətdən öz xeyrimizə istifadə etmiyək! elektron poçt ‎imzamızda blogımıza bir keçid vermək və blogımızın unvanın yazmaq ilə blogımızı əlaqə ‎saxladıqımız şəxslərə təqdim edirik və blogımıza bəzi yeni ziyaratçi qazanırıq. O ‎ziyaratçılar ki əgər bizim blogımızla ilk dəfə maraqlansalar, bizim blogın dayimi ‎ziyaratçısi olacaqlar. ‎

Bu yol ilə qazanılan ziyaratçının sayı, bizim gündə neçə nəfərlə E-mail ilə əlaqə ‎saxlamaqımız və elektron poçt mesajlarımızın sayından asılıdır. ‎

Yazar: Fərhad @İyul 11, 2008 10:55
Blog Dünyası | Şərhlər(0)
Baxış sayı: 36
Açar sözlər: elektron poçt imzaları blogımız ziyaratçi 
Bookmark and Share

BlogRolling nədir?

BlogRollingBlogRolling sizin blog və saytınız üçün keçidləri bir yerdə idarə etmək imkanın verən bir sistemdir.

Bəzi blog sistemlərində digər bloglar və saytların keçidlərin əlavə etmək üçün imkan yoxidi və ya yoxdur, və blog istifadəçisi hər bir blog ya sayta keçid vermək üçün blogın HTML kodlarında dəyişiklər etmək məcburiyyətində olurdu. bu problemi həll etmək üçün neçə il bundan öncə BlogRolling sistemi yarandi.

Bu sistemdə qeydiyyatdan keçəndən sonra, sisitemin kodunu (bir xət Java kodu) blogınızda yerləşdirməlisiz. həmçenin yeni bloglar və saytlara keçid vermək üçün bu sistemdəki hesabınıza daxil olmalısız. demək olar sistem çox sadədir və bir az İngilis dilin bilənlər sistemlə çox rahat işliyə biləcəklər.

Qeyd edim ki: indi AzəriBlogda keçid vermək üçün iki imkan var: biri Dost Bloglar adında, ki blogçulara imkan verir AzəriBlog sistemində olan blogları çox rahat surətdə öz bloglarına dost kimi əlavə edib, keçid versinlər. və digər imkan Keçidlər adında ki istifadəçilərə imkan verir, digər sistemlərdə olan bloglar və ya saytlara keçid versinlər. bunlar hamısı istifadəçi hesab panelindədır və digər saytda qeydiyyatdan keçib və keçidləri idarə etmək lazim deyil.

Bu imkanlar AzəriBlog sistemində ola ola BlogRolling sistemin blogımda təqdim etməkdən məqsədim nədir?

 Hot BlogsBlog rolling sistemi vasitəsilə sizlər digər dillərdə olan bloglar və saytlar ilə keçid dəyişə bilərsiz. blogınız yenilənən zaman digər saytlar və bloglarda bu sistemlə sizə keçid verən saytlarda sizin blogın yenilənməsi məlum olacaq. və ondan əlavə əgər sizin bloga bu sistem ilə çox keçid verilsə, blogınız bu sistemin ən isti blog siyahisinə əlavə olacaq. Blogın bu listdə əlavə olması səbəb olacaq ki gündə dünyanın müxtəlif ölkələrində minlərcə ziyaratçi sizin bloga daxil olsun və bu sizin bloga bir uğurdu.

Məndə blogımla bu sistemdə üzv olub neçə blogı listimə əlavə etmişəm və onlara keçid vermişəm kodu blogımda yerləşdirmişəm və keçidlər blogımda keçidlər bölümünün altında yerləşib. AzəriBlog istifadəçilərindən kimsə bu sistemdə üzv olan zaman mənə xəbərdarlıq etsin ki məndə onların blogların listimə əlavə edim və keçid verim və barter surətdə əlbəttə onlarda mənə keçid versinlər. beləliknən mən əminəm bizim bloglarımızın çox sayı bu siyahiyə düşəcək və bloglarımızın "Google Page Rank"i artacaq və blogımıza çoxlu ziyaratçi göndərəcək.

Yazar: Fərhad @İyun 29, 2008 15:30
Blog Dünyası, Blog alətləri | Şərhlər(1)
Baxış sayı: 113
Açar sözlər: blog blogrolling keçidlər keçid link 
Bookmark and Share

Blog Katalog!

Blog catalogBlogCatalog (ya BlogKatalog) blogçular üçün sadəcə bir sosial şəbəkələşmədir. Bu sayt həmçinin internetdə ən böyük blog direktorudur. Əgər siz bloglar arasında axtarış üçün müraciət etsəniz, blogçular ilə birləşmək istəsəniz, blog yazmaq haqqında daha çox öyrənmək lazimdir və ya siz öz blogunuzu inkişaf edib və çoxlu ziyaratçı qazanmaq fikrindəsinizsə, BlogCatalog sizə bu yöndə yardımçı olacaq.

Bu saytda qeydiyyatdan keçib özünüzə bir hesab açın və hesabınızda blog və ya bloglarınızı qeyd edin. Bloglarınız Azərbaycan blogları direktorusuna əlavə olacaq və dünyanın hər yerindən Azərbaycan blogu axtaran şəxslər sizin bloguda nəticələrdə tapacaqlar.

Blogunuzun siyahıya əlavə olmağı blogun məşhur olınmasına və məşhur axtarış sistemi Google dən Page Rank (Səhifə səviyyəsi) qazanmağa da kömək edəcək. 

Bundan əlavə  saytda üzv olan digər blogçularla əlaqə saxlaya və özünüzə yeni blogçu dostu Azərbaycandan və ya digər ölkələrdən qazanacaqsınız. Və həmçinin bu sayt sizə bəzi Widgetlər verir ki, onu blogunuzda yerləşdirərək, sizin saytdakı profiliniz və digər fəaliyyətləriniz haqqında blogunuzun ziyarətçilərinə geniş məlumat verəcək.

Blog katalog saytında qeydiyyatdan keçmək üçün tiklayın.

Sistemdə hesab açandan sonra məni də öz dostlarınıza əlavə edin. Bloglarımızı saytda favoritəmizə əlavə edək və bloglarımızın rütbəsini  bu sistem sayəsində çoxaldaq! (Mənim profilim)

Qeyd etmək lazimdi ki saytda Azərbaycanlı blogların sayının az olduğu üçün Azərbaycan dili blog dillərində mövcud deyil! (Erməni dili var). Mən saytın rəhbərinə bu barədə təklif göndərib,  istəmişəm ki, Azərbaycan dilində blog dilləri siyahisina əlavə etsinlər. İnşallah bu yöndə uğurlu bir cavab alarıq.

Azerbaijani blogs - Blogs in Azerbaijan

Yazar: Fərhad @İyun 28, 2008 14:35
Blog Dünyası, Blog alətləri | Şərhlər(9)
Baxış sayı: 83
Açar sözlər: blog catalog sosial şəbəkələşmə blog-direktoru 
Bookmark and Share

Azərbaycanın yemək blogları!

AzəriBlog istifadəçilərinin çoxu EsmaNurun annesinin dadlı dadlı yeməklərin "Yaşasın Yemək Yemək" adlı blogında görublər və Ayşə xanımın hazır etdiyi ən ləziz Az'rbaycan yeməkləri ilə tanış olublar.

Dünən bloglar arasında seyr edən zaman digər Azərbaycan yemək blogıla tanış oldum. "Farida’s Azerbaijani Cookbook",  Bu blogda Farida xanım Azərbaycan yeməklərin İngilis dilində təqdim edir. farida xanımında yeməkləri şəkillərdə məlum oldığı kimi ləziz və dadlı yeməkdilər.

 Azerbaiajni foods

Dadlı dadlı Azərbaycan yeməkləri

Yazar: Fərhad @İyun 28, 2008 12:46
Blog Dünyası | Şərhlər(4)
Baxış sayı: 48
Açar sözlər: yeməklər foods azerbaijani-foods cookbook 
Bookmark and Share

Blogımın müxtəlif stilləri!

Bu günlərdə blogımda müxtəlif stillər görirsiniz və stillərin tez tez dəyişməyinə şahidsiz. Bu stillərin hamısın əziz AzəriBlog istifadəçiləri üçün hazırlayıram. İnşallah tezlikcə 40 ən gözəl və Web2 stilləri sistimə yeni imkanlarla bərabər əlavə olacaq və umum istifadiyə veriləcək.

Yeni istillər  SEO və Web2 istandardlarılə uygündur, və demək olar ki blogın yazılarının ən qısa zamanda axtarış sistemlərdə yerləşməsinə səbəb olacaq və blogların PR artmasına kömək edəcək . 

Yazar: Fərhad @İyun 27, 2008 22:28
Blog Dünyası | Şərhlər(9)
Baxış sayı: 161
Açar sözlər: stillər blog-stilləri blog imkanlar 
Bookmark and Share

Bomba istifadəçılərimiz!

AzəriBlog idarə heyəti olaraq istifadəçilərlə əlaqə saxliyam və blogçulara ehtimali problemlərdə əlimdən gələn köməkləri edirəm. amma bəzən bəzi maraqlı və gülməli məktublarda istifadəçilərdən alıram.

Bu yazıda onların birin sizinlə şərik olmaq istiəm:

Bir istifadəçi sistemdə üzv olmaq üçün qeydiyyatdan keçib və təbii ki ona aktivlik kodu E-mail ünvanına gedib. dostumuz mənə aktivlik kodu alandan sonra belə cavab yazıb göndərib:

 " Helelik isim var cavab vererem sonra!!!

Yazar: Fərhad @İyun 23, 2008 0:29
Blog Dünyası | Şərhlər(1)
Baxış sayı: 51
Açar sözlər: blogcu blog istifadəçi məktublar 
Bookmark and Share