
Bu xanımın 52 yaşı var!
Röya yaxın aylarda adaxlısı Anarla ailə quracaq
Gəzən şayiələrə görə, qalmaqallar qəhrəmanı Röya yaxın günlərdə nikah masası arxasına keçəcək. Anar adlı birisi ilə sözlü olduğu söylənilən Röyanın fikrinin qəti olduğu bildirilir. Toy mərasiminin qarşıdakı aylarda olacağını və müğənninin toy tədarükünə başladığını eşidib xəbərin doğruluğunu öyrənməyə çalışdıq. Müğənninin mətbuat katibi Ülviyyə Alovlu Röyanın mövqeyini qısa cümlələrlə diqqətimizə çatdırdı.
Xəbəri nə təsdiq, nə də təkzib etməyən mətbuat əlaqələndiricisi məsələyə bu cür aydınlıq gətirdi: “Röya sevdiyi şəxslə xoşbəxt olduğunu bildirib. Lakin o, mətbuat nümayəndələrindən şəxsi həyatı ilə bağlı sual verməməyi xahiş edib. Son aylar şəxsi həyatının diqqət mərkəzində olduğunu nəzərə alaraq bu barədə geniş fikir söyləmək istəmir”.
Davamı...QUQUŞ BAKIYA GƏLİR
Çoxdandır səs-sorağı çıxmayan müğənni Yaqub Zurufçudan təzə xəbər var. Belə ki, müğənni yaxın günlərdə 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Tədbiri isə Azərbaycan Dövlət Filarmoniyasında keçirməyi planlaşdırır: “Xeyli vaxtdır solo-konsert verməyi planlaşdırıram. Mənə elə gəlir ki, artıq vaxt çatıb. İstəyirəm, pərəstişkarlarımı bir araya gətirim”.
Bu hələ son deyil. Müğənni söhbət əsnasında bildirdi ki, bir zamanlar “Ayrılıq” mahnısını birgə ifa etdiyi Ququş Bakıya gələcək. Bu işi öz üzərinə götürən Yaqub Zurufçu söylədi ki, Ququşu Azərbaycana gətirmək üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur: “Biz onunla bu yaxınlarda Amerikada yenidən görüşdük. ”Ayrılıq" mahnısının remiks variantını işləyib hazırladıq. Ququş buraya gəlmək istəyir, çünki o, özü də azərbaycanlıdır".
Zurufçu bildirdi ki, hazırda Ququşla danışıqlar aparılır. Yaxın zamanlarda musiqisevərlər onun ifasını dinləmək şansı qazanacaqlar: “Bu haqda açıqlama versəm, yaxşı alınmayacaq.
Həmişə dediyim sözün üstündə dayanmağa çalışıram. Yəni fəaliyyət göstərirəm ki, söylədiklərimi reallaşdırım. Yeri gəlmişkən, Ququş Azərbaycanı görmək üçün çox can atır”.
Uzun illərdir ABŞ-ın Los-Anceles şəhərində yaşayan, bununla belə, doğma Azərbaycan dilini unutmayan Ququş heç də boş oturmayıb. Y.Zurufçunun sözlərinə görə, müğənni təzə mahnılar üzərində işləyir, tez-tez konsert proqramları ilə çıxış edir".
Mənbə: Yeni Musavat qəzeti
250 min dollar qumar borcunu sekslə ödədi
Ulduz aktrisa Pamela Anderson etiraf etdi: "Las Veqasda poker oynayarkən 250 min dollar uduzduğum kişiyə borcumu, sevişərək ödədim"
Pamela Anderson, poker oynayarkən aldığı borcu sekslə məşğulolaraq ödədi. Bu etriafı Hollivud ulduzu Pamela Anderson edib. İngiltərənin "Sun" qəzetinin xəbərinə görə ; 40 yaşındakı bu seksual sarışın Las Veqasda poker oynayarkən pullarının hamısını uduzaraq, eyni masada oynayan bir qumarbazdan 250 min dollar borc aldı. Adı açıqlanmayan kişi oyun sonrası onunla yatacağı təqdirdə borcunu istəməyəcəyini bildirib. Anderson "Mən də borcumun qarşılığında onunla sekslə məşğul oldum" deyib.
Mənbə: QayNar
NAZPƏRİNİN QARDAŞI QIZI DA ONU SUÇLADI
Əməkdar artist Nazpəri Dostəliyeva dost-doğma bacısı Zeynəb Dostəliyevanın şok açıqlamasının ardınca qardaşı qızının da qınağına tuş gəlib. APA-ya açıqlama verən Pərvanə Dostəliyeva “Nazpəri Dostəliyeva məni dansa da, danmasa da, istəsə də, istəməsə də Dostəliyeva soyadını daşıyıram. Mən demirəm ki, Nazpəri mənim bibimdir. Ancaq onun qardaşı Ağalar Dostəliyev mənim atamdır. Əgər onun qardaşı bu gün məni tanımırsa, mən ümumiyyətlə Dostəliyevlər ailəsini 25 ildir tanımıram. Məni onlara birləşdirən yalnız daşıdığım soyaddır. Çox təəssüf edirəm ki, damarlarımda atamın qanı axır”, - deyə bildirib.
Atasının ona və anasına qarşı əməllərindən söz açan Pərvanə Dostəliyeva hazırda Dostəliyevlərlə heç bir münasibətdə olmadığını qeyd edib: “Nazpəri xanım deyir ki, mənim üstümdə qardaşının ailəsi dağılıb. Bu, heç vaxt belə ola bilməz. Mənim üstümdə onun ailəsinin dağılması yanlış fikirdir. Onun qardaşı, yəni mənim atam anamdan sonra da bir neçə dəfə ailə qurub, ancaq indiyədək onu ailəli görən olmayıb. Ona görə də onun ailəsinin mənim üstümdə dağılması barədə deyilənlər əsassızdır. Əgər onun ailəsi olmayıbsa, deməli, o bu məsuliyyəti daşıya bilmir. Mən Pərvanə Ağalar qızı Dostəliyevayam”.
Son günlər telekanallarda və mətbuatda bacısının qarasına danışan Zeynəb Dostəliyevaya gəlincə isə Pərvanə belə deyib: “Mən ailə söhbətlərini açmaq istəmirəm, kim kimi qapıda qoyub, kim kimə nə edib. Mənim sənət yolumda qarşımı Allahdan başqa heç kim kəsə bilməz. Çünki mənim heç kimə pisliyim keçməyib. Nazpəri xanımın da sənətinə hörmətim var”.
Yaradıcılığını uğurla davam etdirən Pərvanə söhbət əsnasında xalq artisti İlhamə Quliyevadan diqqət və qayğı gördüyünü vurğulayıb: “İlhamə Quliyeva mənə əlindən gələn köməyi edəcək və mən ona güvənirəm. Ona görə də bu sənəti atmaq fikrində deyiləm. Nazpəri Dostəliyevanın da mənim yolumu kəsəcəyinə inanmıram. Çünki mənim elə güclü sənətim yoxdur ki, paxıllığımı çəksinlər. O xanım bunu özünə sığışdırmaz. Mən özüm də ondan bunu gözləmirəm. Çünki o, artıq səhnədə öz sözünü deyib”.
Mənbə: Yeni Musavat Qəzeti
DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU
Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!
“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.
Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...
Maşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.
Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.
Bu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.
Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.
Mənbə: Yeni Musavat Qəzeti



