2008-cü ilin May ayında IABnın verdiyi raporta görə ABŞ-da internet reklamının qazancı 2007-ci ilə nisbətdə 25% artıb və 21.2 milyard dollara yetişib.
2006 və 2007-ci illərin internet reklam müqaisəsi əsasən 2006-cı ildə internet reklamının qazancı ABŞ-da 16.9 milyard dollar imış amma keçən ildən yəni 2007-ci ildə 21.2 milyard dollar olub və 25% yüksəlib. Və beləliklə internet reklamı müxtəlif vasitələrlə gedən reklamlar arasında keçən ilə nisbətən yüksək yerə nail olub və 287 Milyard dollarlıq reklam bazarından 21.2 Milyard dollara sahib olub.
2006-cı il ilə müqaisədə, Açar sözlər reklamı (Misal üçün Google şirkətinin tıqlama əsasən reklamı) 2007-ci ildə ən çox yüksəlişə nail olub. Və elanlar reklamı demək olar ki, azalıb. Həmçinin açar sözlər reklamı 41% internet reklamlarının qazancını özünə aid edib və ondan sonra Banner reklamı 21% ilə ikinci yerə malikdir. Ən maraqlı nəticə bu muqaisədə bundan ibarətdir ki, E-mail reklamı yalnız 2 % internet reklamlarından özünə aid edib!
Yazar: Fərhad @İyul 4, 2008 18:26
İnternet, Reklam |
Baxış sayı: 23
Açar sözlər: rekord reklam internet internetdə-reklam reklamçılıq
İnternet istifadəçiləri tezlikcə qadir olacaqlar öz saytları üçün yeni domen adları, misal üçün .love , .paris .bank kimi adlardan istifadə etsinlər.
Yahoo! saytının verdiyi xəbərə əsasən, internet Adlar və Saylar təyin edən Korporasiyası ICANN elan edib ki 2009 uncu ildə internetdə yeni Domain (Domen) adları olacaq.
Yazar: Fərhad @İyun 29, 2008 13:02
İnternet |
Baxış sayı: 45
Açar sözlər: domain yahoo icann internet
Əgər gündə neçə saat vaxtinız internetlə və müxtəlif saytlar və səhifələri seyr etməklə keçir, internetdən mükəmməl ləzzət aparmaq üçün Firefox3 yükləyin və istifadə edin. Firefox ilə və xususən onu yeni versiyasilə fərqli internetdə seyr etməyi təcrübə edin. 
Firefox-un ən axırıncı buraxılışını yükləyin.
Yeni versiya daha yaxşı yükləmə menecerinə malikdır, daha gözəl baxış və dizayn, daha sürətli icra, yaxşı yaddaş işlənməsi və... Firefox-un yeni versiyasin digər brauzerlərdən neçə qat yaxşıdır və istifadə üçün tovsiyə olunur.
Yazar: Fərhad @İyun 18, 2008 9:27
İnternet |
Baxış sayı: 65
Açar sözlər: firefox browser internet ləzzət brauzer
Blogımın bu yazısında sizlər üçün internetdə ən güclü və popular pulsuz fayl yükləmə saytların təqdim etmək istiyəm! bildiyiniz kimi indi internetdə bir neçə fayl yükləmək üçün host alıb pul ödəmək lazim deyil, çünku artıq ən güclü saytlar var ki belə imkanları pulsuz surətdə istifadəçilərə verirlər. o cümlədən bu 10 məşhur sayt:
Davamı...
Yazar: Fərhad @İyun 18, 2008 1:13
İnternet |
Baxış sayı: 89
Açar sözlər: fayl-yükləmə saytlar pulsuz-xidmətlər
Apple (Əpıl) firması dünyanın ən nazik notbukun təqdim etdi! Bu firma notbuku ən nazik etmək üçün onda DVD yerin (DVD Drive) həzf edib. Bu notbukun qalınlıqı 1.95 Milimeter və çəkisi yalnız 1.36 kilo qramdır.

Ətrafli məlumat üçün məhsulun səhifəsin ziyarat edin.
Yazar: Fərhad @May 25, 2008 8:23
İnternet |
Baxış sayı: 93
Açar sözlər: macbook air notbuk apple
Neçə gün bundan öncə bir blogu oxuyanda, blogun bir yazısı mənə çox maraqlı gəldi. Yazar o yazısında web2.0 ilə hazırlanan saytların siyahısını yazıb və bildirib ki, bu məşhur web2.0 saytları hansı hostinq şirkətləri tərəfindən host olunur.
Demək olar ki, çox uzun bir siyahıdır və orda xeyli web2.0 saytları mövcuddur. Bu siyahıdan ən məşhur və populyar olan saytların bəzilərini mən ayırmışam və sizlərə təqdim edirəm:
Bloglarda: dünyanın məşhur blogları, o cümlədən Mashable، TechCrunch və ReadWiteWeb blogları MediaTemple vasitəsiylə host olunurrlar.
Sosyal şəbəkələri: bu sahədə olan bütün məşhur saytlar, öz şəxsi serverlərində host olunurlar.
MikroBloglar: Mikro blogların adı gələndə onların ən populyarı Twitter gözə dəyir. Bu sayt Verio şirkəti tərəfindən host olunur. Bu tip saytlardan Pownce, Calpop şirkəti və Jaiku , Nebula şirkətində host olunurlar.
Blog sistemləri: blog sistemlərində, WordPress sayti, Peer1، Layeredtech، Rackspace və SAVVIS şirkətlərində host olur. Vox sistemi öz şəxsi serveri və Sixapart və Typepad şirkətləri tərəfindən host olunur. Blogger, dünyanın ən məşhur və ilk blog sistemi tamamən Google şirtkəti tərəfindən host olunur.
Xəbər paylaşma saytları: Digg sayti ki bu sahədə ən məşhur saytdır, öz şəxsi serverlərində yerləşir. Bu sahədə olan digər saytlar, o cümlədən Reddit və Mixx, Servepath və RackSpace şirkətləri vasitəsiylə host olurlar.
Keçid paylaşma saytları: bu sahədə olan ən məşhur sayt del.icio.us-dır ki, Yahoo şirkətinə məxsusdur və hostu oradadır. Mövzuda ikinci yerdə olan StumbleUpon saytı Internap və Magnolia saytı isə Servepath şirkətlərində host olurlar.
Foto saytları: bu sahədə olan ən məşhur saytlar yəni Flickr və Picasa da Yahoo və Google şirkətlərində host olurlar.
Yazar: Fərhad @May 24, 2008 10:27
İnternet |
Baxış sayı: 89
Açar sözlər: veb2 xost saytlar şirkətlər
İki il bundan öncə təzə-təzə ki Azərbaycan netilə tanış olurdum. Bir forum yaratdım (elimiz.com), ilk dəfə Azəri dilində və lisanziyalı Vbulletin scriptilə. Dünyanın müxtəlif ölkələrində forumlar necə keyfiyyətli idisə mən də o cür keyfiyyətdə bir forum yaratdım. Yəni əslində məncə bir yeni iş deyildi! Amma AzNet məkanında bir yenilik idi. Forumda istifadəçilər müxtəlif mövzularda müzakirə edir, özlərinə şəxsi avatar yerləşdirir və öz imzalarında sayt və ya saytlarının mətn və şəkil ilə reklam edə bilərdilər.
Dostların biri mənə dedi ki bu işdən sənə nə xeyir olacaq ki! Boş işdir, belə işləri görmə. Burada yalnız hamı öz mənfəətini və qazancını fikirləşir! Sən isə pulsuz reklam etdirirsən!
İnternetdə yazılmayan qanun var ki, əgər istəsəniz yeni saytınız çoxlu ziyarətçi qəbul etsin və saytın səviyyəsi (Page Rank) ən qısa zamanda artsın forumlarda üzv olaraq və aktiv fəaliyyət göstərərək, forumda üyğun mövzularda öz saytınızın ünvanını qeyd edib, buna nail ola bilərsiniz.
Hələ də yadımdadır ki, yeni yaratdığım layihəni hansısa bir Azərbaycan forumunda yazdığıma görə həmin forum idarəçiləri mənim aşdığım mövzu və yazını sildilər. Və demək olar ki, bu hadisə mənim AzNetlə ilk tanışlığım oldu.
Sözün düzü başa düşmədim sayt idarəçiləri niyə görə vaxtlarını foruma sərf edən istifadəçilərə öz imzalarında hansısa sayt və ya bloglarını qeyd etməyə izin vermirlər. Bilmirəm yazılarda niyə hansısa sayt keçidi yazmaq qadağandır!?
Təəssüflər ki, bizim bəzi blogcularımız da bir-biri ilə "dost bloglar"a keçid verməyə simiclik edirlər. Daha bilmirlər ki, bu cür hal onların blog və saytları üçün çox xeyirli bir haldır.
Onu da qeyd edim ki, AzNetdə sayt yaradanlar, sayt sahibləri elə zənn edirlər ki, AzNet istifadəçiləri ancaq əyləncə tipli saytlar sevirlər. Və son zamanlar bu cür saytların yaranmasının sayi-hesabı yoxdur. Daha anlamırlar ki, bu cür saytlar AzNetin inkişafında heç bir təsir göstərər bilməz.
Mən düşünürəm ki, AzNet inkişaf etməlidir və əgər etyməlidirsə bunu da biz istifadəçilər etməliyik! Bizim saytlar da dünya saytlarındakı kimi web 2.0, ajax və s. bu kimi yeniliklərlə bəzədilməlidir. Bizim millət məgər ancaq əyləncə tipli və eyni sistemli saytlara layiqdir?
Bu problemləri aradan qaldırmaq üçün artıq bir neçə maraqlı saytlar və layihələr germkləşməkdədir. Və bu sözsüz ki, AzNetimizin inkişafına təkan verməkdədir. Biz netsevərləri də təbii ki, sevindirir.
Əfsus ki, bəzi dostlarımız AzNetin inkişaf edəcəyinə və təkmilləşəcəyinə ümid bəsləmirlər. Və deyirlər ki, bizim istifadəçilər ancaq əyləncə tipli saytları sevirlər və ziyarət edirlər. Ona görə də bu yeni layihələrin bir xeyri olmayacaq.
Bəlkə də ilk başda düz deyirlər. Amma gələcəkdə bu cür layihələrin xeyri min qat olacağını zəmanət verirəm. Bu cür fikirlərin dəyişdirilməsi üçün isə əlimizdən gələni etməliyik.
AzNetdə reklama qadağa qoyan saytlar və forumların bu cür boş pafoslu tabularını yıxmaq üçün ilk milli digg, xebername.com saytı yarandı. Saytda sayt idarəçilərinə heç maddi mənfəət yoxdur, istifadəçilər öz sayt və bloglari və digər saytlar və bloglar yazıların saytda digər istifadəçilər və ziyarətçlərə təqdim edə bilərlər və ziyarətçi qazana bilərlər. Əminəm ki, belə saytların yaranılması AzNetdə sayt və blogların arasında isti münasibətlərin və mehribanlığın yaradılmasına səbəb olacaq!
"Xəbərnamə"dən sonra, Azərbaycanda istifadəçi üçün ən azad forum iki il fəaliyyətdən sonra indi yeni ünvanda dəyərli istifadəçilərin qarşısındadır. Müzakirələr üçün muzakire.com saytına daxil olun. Azad surətdə öz saytlarınızı və bloglarınızı uyğun mövzularda təqdim edin. İmzanızda saytlarınızın adın və ünvanın yerləşdirin ki bəlkə bu saytın köməyiylə sizin saytın ziyarətçisinin sayı az da olsa artsın.
Öz dəyərli fikirlərinizi yazmaği unutmayın.
Yazar: Fərhad @Aprel 13, 2008 10:18
İnternet |
Baxış sayı: 181
Açar sözlər: muzakire müzakirə dəb forum azərbaycan
Mənim blogumda indi bir dəyişiklik var! Gördünüz mü? Blogun əsas səhifəsində hər yazı bölməsində bir kiçik işarə (logo) yerləşdirmişəm. Bu işarə bu gündən bloguma əlavə olunub. Bu digg.com əjdaha saytının işarəsi deyil, yeni layihəmiz olan, milli diggimiz XeberName.com saytının işarəsidir.
Yeni layihəmin adı XəbərNamədır. Qısa şəkildə deyim ki, XəbərNamə Azərbaycan milli xəbər paylaşma saytıdır. Belə demək mümkünsə milli digg! Bu sayt Azərbaycan internet məkanında mövcud olan xəbər və məlumatların istifadəçilər tərəfindən məşhur seçilərək toplanma xəzinəsidir. Bu layihədə AzəriBlog kimi, ilk dəfə olaraq məhz Azərbaycan dilində Azərbaycan istifadəçiləri üçün, bizim AzNetin inkişafiıüçün ElimizOnline İT groupun növbəti layihəsidır.
XəbərNamə barəsində ətrafli məlumati öz saytından əldə edə bilərsiniz.
Bu blogdakı işarə barəsində onu deyim ki, bu işarə vasitəsiylə mənim blogumda sevdiyiniz, bəyəndiyiniz və ilk səhifəyə düşəcəyini iddia etdiyiniz xəbəri XəbərNamə saytına əlavə edə bilərsiniz. Bir tıqlama ilə bunu etmək mümkündür! Bunu etməklə siz xəbəri "XəbərNamə" satına əlavə etməkdən savayı, həmçinin səsvermə, şərh etmə kimi xidmətlərlə zənginləşdirirsiniz.
Ən çox səs qazanan xəbərlər məşhur xəbərlər adıyla "XəbərNamə"nin əsas səhifəsinə yüksəlir və blogumun yazısı bir çox ziyarətçilərə təqdim olunur. Bu həmçinin mənim üçün də (istəsəniz sizin üçün də ola bilər ;) ) pulsuz reklam deməkdir!
Siz də əgər Azəriblog sistemində və ya başqa blog sistemlərində blog yazmaqla məşğul olursunuzsa, çox rahat surətdə bu işarəni öz blogunuza əlavə edə bilərsiniz. "XəbərNamə"də üzv olmaq üçün buradan XəbərNamənin qeydiyyat səhifəsinə daxil olun və işarəni blogunuza yerləşdirmək üçün "XəbərNamə"nin blog və sayt xidməti səhifəsinə daxil olun. "XəbərNamə" saytına keçid verib ona dəstək olun. Bundan əlavə XeberName.com saytının bir kiçik reklam banneri də var ki, əgər istəsəniz blogunuz və ya saytınızda yerləşdirə bilərsiniz.
Mən əminəm ki, bu layihə də AzNetdə ən güclü xidmətlərdən biridir və AzNet inkişafına çox köməyi olacaq. Bu layihəyə sizlərin də dəstəyini gözləyirik! Bütün istifadəçilərimizə xeyirli olsun! Uğurlar!
Yazar: Fərhad @Mart 10, 2008 8:00
İnternet |
Baxış sayı: 142
Açar sözlər: xəbərnamə aznet