Reklam verin!

Faydalı Bloglara reklam

Yazar: Fərhad @ Noyabr 22, 2008 20:23

Neçə vaxtdır ki AzəriBlogın əsas səhifəsində AzəriBlog sisteminin faydalı blogların reklam etməyə başlamışam. təbii ki sistemin bütün faydalı blogların reklam etmək üçün vaxt olmiyacaq amma hələlik vaxt çatanları reklam edək, görək sonrası necə olur.

Belə faydalı blogları saytda reklam etməkdə dəyərli blogçularımızdan heç təmənnamız yoxdur bəlkə bu bizim borcumuzdur. necə edək ki əlimizdən gələn budur!

Ramindən başladıq, Esma Nurun annesinə çatdıq, Vüsalın yorumları olan blogu reklam etdik və növbəti blogçımız Cavidan indi ekranda. 

İnanın ki sonraki reklam üçün olan blogçunu heç özümdə hələ bilmiyəm. (inşallah ki sizin blogınız olar.)  hər blogın reklamı 10 gün saytdə gedəcək və beləliklə ayda 3 blogı reklam etməyə imkanımız olacaq.

Bütün dostlarımız üçün uğurlar Saz

 

TopLinkBox.com

Yazar: Fərhad @ Noyabr 10, 2008 17:51

TopLinkBoxBlog və saytlar üçün Google də yüksək səviyyəyə (Page Rank) malk olmaq üçün ən rahat və asan yol, digər saytlar və bloglardan keçid (link) almağdır. bəkədə çox saytlar və bloglar sizə keçid verməsinlər və buna razi olmasınlar. o zaman necə keçid almaq olar?

İnternetdə çoxlu Kataloq saytları var ki müxtəlif bölmələrdə saytları list edirlər. və list olan saytlar özlərinə bir keçid qazanırlar. 

Bu günkı yazımda bir yeni saytı təqdim etmək istədi. TopLinkBox.bu saytda çox sadə və qısa zamanda saytınıza uyğun bir bölmə seçib və  əlavə edəbilərsiz. 

əgər bu saytdan istifadə edirsizsə, ümidvaram ki razi olarsız.

MırtXana: Tanışlıq və dostluq məkanı

Yazar: Fərhad @ Oktyabr 25, 2008 14:13

MirtXana.com saytın yaratdım!

Dostluq və tanışlıqSayt chat sistemidir və saytda iki təyin edilmiş otaq var: Gəlin tanış olaq! (Dostluq və tanışlıq məqsədilə) və Blog və Blogçular (AzəriBlog və digər sistemlərdə məşğul olan blog həvəskarları üçün söhbət və müzakirə məaknı)

- Saytdə istifadəçilər bu iki otaq kənarında özləri üçün müxtəlif zəminələrdə ümumi və xüsusi söhbət otaqları yarada bilərlər.

- Söhbət otaqlarında ümumi və xüsusi surətdə digər istifadəçilərlə söhbət etmək olar.

- İstifadəçilər öz yaratdıqları xüsusi otaqı şifrə ilə qovruya bilərlər. yalnız şifrəsi olan istifadəçilər bu otağa daxıl ola bilərlər.

- istifadəçilər profillərin təkmil edib və digər istifadəçilərin profilinə baxa billərlər.

- istifadəçilər özlərinə avatar yükliyə bilərlər.

- İstifadəçilər istədiyi dostunu və ya digər istifadəçiləri öz “xüsusi oataq”larına dəvət edə və rahatlıqla danışa bilərlər.

- İstifadəçilər bəyənmədiyi istifadəçiləri rədd edib və iqnor siyahısına qeyd etmək imkanıa malikdilər.

- İstifadəçilər digər istifadəçilər haqqında admin və moderatorlara şikayət göndərə bilərlər.

- İstifadəçilər sayt üzvlərinin siyahisinə baxa bilərlər.

və digər maraqlı imkanlar.

Qeyd edim ki mən özümdə faras ləqəbilə ümumən blog və blogçular oatağında online oluram.

Körpə Sürücü! Hyundai firmasının maraqlı reklamı

Yazar: Fərhad @ Oktyabr 14, 2008 9:48
Bir Reklam əgər bir gözəl ideya ilə birləşsə, xeyli müştərinin zövqlarının cəzb olunmasına səbəb olacaq. Bu bir dəqiqəlik filmdə, məşhur Hyundai firmasının Santafe markalı maşınlarının reklamın diqqətlə izleyin ;) 
 
 

İnternet xəttinizin sürətini yoxlayın

Yazar: Fərhad @ Oktyabr 11, 2008 23:55

Bəzən hiss edirsiniz ki internet xəttinin sürəti çox zəyifdir, aya problem internet sürətindəndir yoxsa seyr etdiyiniz saytın həcmi çoxdur? İnternet xəttinizin sürətin yoxlamaq üçün Speed.io saytından istifadə edə bilərsiniz.

 

Speed.io sizin internet xəttin sürətin analiz edir və sizə bu imkanı yaradır ki, tapırsınız sizin internetin sürəti həddindən artıq yavaşdır və ya siz sadəcə öz sürətli internet xəttinizi yoxlayırsiniz və onun yüksək sürətinə əmin olusunuz.

Speed.io sizin internetdə yükləmə (Download: internetdən məlumatı almaq) və Upload (internetə məlumatı göndərmə) sürətinizi gösdərir.

YouTube Saytındakı videoları yükləmək üçün ən rahat yol!

Yazar: Fərhad @ Oktyabr 10, 2008 11:53

İnternetlə məşğul olan istifadəçilərin çox sayı mütləq məşhur YouTube video iştirak saytını tanıyırlar, və orda olan müxtəlif mövzulardakı videolara baxıb, maraqlanıblar. bəzən olub ki (mənim kimi) isteybisiniz sizi maraqlandıran video və ya videoları öz kompüterinizə yükliyəsız, amma YouTube saytında video yükləmək imkanı yoxdur!

TechCrunch saytı YouTube saytındakı videoları yükləmək üçün ən sadə və rahat yolu sizə təklif edir.  kompüterinizə videonu yükləmək üçün saytdakı qutuda videonın YouTube keçidin daxil edin. video flv formatında yükləniləcək və VLC və ya başqa uyğunlaşan proqram təminatıla ona baxa bilərsiniz.

flv formatındkı videolara baxmaq üçün bəzi proqramları bu Google axtarışında tapa bilərsiniz.

FaceBook Blog Şəbəkələri

Yazar: Fərhad @ Oktyabr 8, 2008 21:25
Məşhur FaceBook saytının milyonlarca istifadəçilərinə verdiyi imkanlardan blog-çular üçün ən yaxşısı Blog Şəbəkələri (Blog networks) imkanıdır. bu imkan Facebook-da sizin blog-unuzu irəli çəkmək və reklam etmək üçün ən yaxşı yoldır. Bloq Şəbəkələri blog-çulərin və blog həvəskarlarının cəmiyyətləridir.
 
Blog şəbəkələri
 
Xüsusiyyətlər:
  • Profilinizdə blog-unuzun təsvirini göstə bilərsiniz.
  • Blogınız və dostlarınızın blogın (sevdiyiniz bloglar) bir yerdə görə bilirsiniz.
  • Mövzu və ölkələr ilə təşkil edilmiş blogların katalogunda axtarışlar apara bilərsiz.
  • Facebook-un daxilində blog məqalələri və yazılarıni oxuyu bilərsiniz.
  • Forumda blog-çuluq haqqında müxtəlif mövzularda müzakilər apara bilərsiniz.
  • FaceBook üzvləri arasında blogınıza olan fanatları bir yerə topliya bilərsiniz.
  • və xeyli digər xüsusiyyətlər
Blogınızı bu şəbəkədə qeyd edəndən sonra gərək 10 nəfər dostlarınıza, sistem vasitəsilə blogın sizə aid oldıqın təsdiqləndirmək üçün! sorğu göndərəsiz. Blogınız şəbəkədə qeyd olandan sonra dostlarınıza blogınızın şəbədəki profilin göndərib onlardan sizin blog şəbəkəsinə qoşulmaq üçün dəvət edə bilərsiniz. 
 
Əgər blogınızın azarkeşlərinin sayı 15 nəfərdən çox olsa blogınızın yeni yazıları blogın RSS xidməti vasitəsilə, blogınızın profilində nümayiş olacaq. və bu blogınızın ziyaratçılarının sayının artımına və kataloqun yüksək PageRank-ə malik oldığına görə sizin blogın PageRank-nin yüksəlməyinə kömək edəcək.
 
Blogınızı facebook.com saytının bloglar şəbəksəində qeyd edin və mənim blogıma əgər isteyirsinizsə səs verin, mən bütün AzəriBlog bloglarına bu sistemdə səs veriyəm :) 
 

Elektron poçtda sürpriz

Yazar: Fərhad @ Oktyabr 7, 2008 12:02

Artıq hər bir tələbə həftənin birinci günü elektron poçtunu açanda sürprizlə qarşılaşa bilər.

Telebe.az saytı yeni bir yarışmaya start verir. Artıq hər bir tələbə həftənin birinci günü elektron poçtunu açanda sürprizlə qarşılaşa bilər.

Bildiyimiz kimi ölkəmizdə mobil telefon artıq bədənimizin bir hissəsinə çevrilib. Amma telefonda kontur yoxdursa, onda insan ya «yalvar cell»dən istifadə edir, ya da xalq arasında məşhur olan və çoxlarının istifadə  etdiyi «vzv» atır.

Bəs, həftənin birinci günü telefonunuza 10 manatlıq kontur gəlsə, özünüzü necə hiss edərsiniz? Hər şey telefona kontur yükləməkdən də asandır. Söyləmək çətin deyil  ki, əksəriyyətiniz bu hədiyyədən çox şad olar.

Soruşa bilərsiniz, bu necə olar bilər?

   1. Hər gün sayta yerləşdiriləcək bir suala cavab ver və həftənin sonunda ən çox xal toplayan iştirakçı ol! Qalib 10 manatlıq kontura sahib olacaq.
   2. Hər sualın cavabı bir xalla qiymətləndirilir.
   3. Həftənin sonu iştirakçının adı, niki və ya özü haqda istənilən məlumat saytın manşetində, «gündəm» və asudə vaxt rubrikasında yerləşdiriləcək.
   4. Konturun 13 rəqəmli kodu qalibin elektron poçtuna göndəriləcək.

 Cavabları: info@telebe.az elektron poçtuna göndərməlisiniz.

Hər kəsə uğurlar!

  Yazılar cəmi: 294    Sonrakı səhifə »