Reklam verin!
HostGator

Çekme və Hicab

Yazar: Fərhad @ Dekabr 10, 2007 14:22

Havaların soyuması ilə əlaqədar olaraq İranda hicabla bağlı qaydalara əməl olunmasına nəzarət gücləndirilir! İranda qış fəslində polislər o qadınlar ki belə çekme ayaqabi geyirlər saxlandırırlar! Tehranın polis rəisi Əhmədrza Radan bəyan edib ki belə geyintilər Hicabla ziddi və kişiləri cinsi cəhətdən həvəsləndirir!!!

Yay fəslində İran polisi bədən üzvlərini qabardan dar mantolardan, yaxud bədən üzvlərini nümayiş etdirən nazik və qısa geyimlərdən, habelə saçları göstərən nazik yaylıqlardan istifadə edən və Hicaba lazımi qədər riayət etməyən qızları tutub polis idarəsinə apardıqdan sonra onların ailələri polis idarəsinə çağırıldi. Yalnız valideynləri öz övladları üçün normal və abırlı geyim gətirdikdən sonra onların qızları sərbəst buraxılırdi ...

İranda qadınlara, xüsusilə də gənc qızlara qarşı buna oxşar sərt tədbirlər hər il yay gələndə, havalar istiləşməyə başlayanda həyata keçirili amma bu ilk dəfədi ki qış fəslində polis hicaba tam riayət etməyənlərə qarşı mübarizə başlayıb!

  Yazılar cəmi: 1