Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Blogçular arasında oyun!

Blog dünyasında olan fəaliyyətlərin sayı hesabı yoxdur. Digər ölkələrdə blogçular arasında çox maraqlı fəallıqlar olur. Həmçinin virtual olaraq oyunlar təşkil olunur.

Əziz və dəyərli dostumız Esma Nur (AzəriBlog sisteminin ən fəal blogçularının biri), blogçular arasında bir oyun təklif edib və ilk blogçu olaraq məni bu oyuna dəvət edib. çox şad olaraq oyunda iştirak edirəm və Esma Nurun verdiyi sualların cavabın yazıram:

1-Adın ve Soyadın: Fərhad Əsgərzadə

2-Təvəllüdün: 19/Mart/1976

3-Nə ile məşğulsan (sənet, peşə..)? işim internet ilə əlaqədardır. müştərilər və özüm üçün saytlar yaradıram :)

4-Harada yaşayırsan ve hansı şəhərdə yaşamaq istərdin? Mən indi Bakı-Tehran arasında  avara kimi yaşayıram! Bakıda yaşamaği istərdim.

5-Yaşam fəlsəfənizi təşkil edən sözərden, cümlələrdən biri? Çalışın ki bu gününüz dünən ilə fərqli olsun. (Yeni ki hər gün həyatınızda yeniliklər olsun)

6-Senin üçün blog nədir? Mənim üçün blog həyatdır, bir gün blogumu yoxlamasam o gün axşam yata bilmərəm :P

7-Həyatında nə qədər və necə bir yer tutur? - dediyim kimi blog mənim həyatımdır!

8-Neye göre blog yazırsan? blogu yazıram, çünkü orda mən azad bir yazaram! Və blogum mənim qəzetim və jurnalımdır. Hər nə fikirləşirəmsə, hansı mövzuda istəyirəmsə yazıram və kimsə mənə nə mövzuda yazmaği təklif etmir. bBlog mənim fikirlərim və baxışlarımdan ibarətdir. Ən əsası bunu digər insanlarla rahat şəkildə bölüşürəm. Blogum əslində mən özüməm. Mən özümü internet istifadəçilərinə istədiyim şəkildə çatdırıram.

Gördüyünüz kimi bu oyun 8 sual və onlara cavab yazmaqdan ibarətdir və blogçular bu oyunda bir-birini oyuna dəvət edə bilər. Oyun yalnız AzəriBlog istifadəçiləri üçün yox, bəlkə bütün Azərbaycan blogçuları arasında ola bilər. Oyun barəsində ətraflı məlumat üçün Esma Nurun yazısını oxuya bilərsiniz.

Məndə bu oyuna Vusal, MayısRaufu dəvət edirəm.  

Yazar: Fərhad @May 3, 2008 8:31
Blog Dünyası | Şərhlər(2)
Baxış sayı: 153
Açar sözlər: oyun blogçular azərbaycan blog 
Bookmark and Share

Müzakirə məkanı

İki il bundan öncə təzə-təzə ki Azərbaycan netilə tanış olurdum. Bir forum yaratdım (elimiz.com), ilk dəfə Azəri dilində və lisanziyalı Vbulletin scriptilə. Dünyanın müxtəlif ölkələrində forumlar necə keyfiyyətli idisə mən də o cür keyfiyyətdə bir forum yaratdım. Yəni əslində məncə bir yeni iş deyildi! Amma AzNet məkanında bir yenilik idi. Forumda istifadəçilər müxtəlif mövzularda müzakirə edir, özlərinə şəxsi avatar yerləşdirir və öz imzalarında sayt və ya saytlarının mətn və şəkil ilə reklam edə bilərdilər.

Dostların biri mənə dedi ki bu işdən sənə nə xeyir olacaq ki! Boş işdir, belə işləri görmə. Burada yalnız hamı öz mənfəətini və qazancını fikirləşir! Sən isə pulsuz reklam etdirirsən!

İnternetdə yazılmayan qanun var ki, əgər istəsəniz yeni saytınız çoxlu ziyarətçi qəbul etsin və saytın səviyyəsi (Page Rank) ən qısa zamanda artsın forumlarda üzv olaraq və aktiv fəaliyyət göstərərək, forumda üyğun mövzularda öz saytınızın ünvanını qeyd edib, buna nail ola bilərsiniz.

Hələ də yadımdadır ki, yeni yaratdığım layihəni hansısa bir Azərbaycan forumunda yazdığıma görə həmin forum idarəçiləri mənim aşdığım mövzu və yazını sildilər. Və demək olar ki, bu hadisə mənim AzNetlə ilk tanışlığım oldu. Təbəssüm

Sözün düzü başa düşmədim sayt idarəçiləri niyə görə vaxtlarını foruma sərf edən istifadəçilərə öz imzalarında hansısa sayt və ya bloglarını qeyd etməyə izin vermirlər. Bilmirəm yazılarda niyə hansısa sayt keçidi yazmaq qadağandır!?

Təəssüflər ki, bizim bəzi blogcularımız da bir-biri ilə "dost bloglar"a keçid verməyə simiclik edirlər. Daha bilmirlər ki, bu cür hal onların blog və saytları üçün çox xeyirli bir haldır.

Onu da qeyd edim ki, AzNetdə sayt yaradanlar, sayt sahibləri elə zənn edirlər ki, AzNet istifadəçiləri ancaq əyləncə tipli saytlar sevirlər. Və son zamanlar bu cür saytların yaranmasının sayi-hesabı yoxdur. Daha anlamırlar ki, bu cür saytlar AzNetin inkişafında heç bir təsir göstərər bilməz.

Mən düşünürəm ki, AzNet inkişaf etməlidir və əgər etyməlidirsə bunu da biz istifadəçilər etməliyik! Bizim saytlar da dünya saytlarındakı kimi web 2.0, ajax və s. bu kimi yeniliklərlə bəzədilməlidir. Bizim millət məgər ancaq əyləncə tipli və eyni sistemli saytlara layiqdir?

Bu problemləri aradan qaldırmaq üçün artıq bir neçə maraqlı saytlar və layihələr germkləşməkdədir. Və bu sözsüz ki, AzNetimizin inkişafına təkan verməkdədir. Biz netsevərləri də təbii ki, sevindirir.

Əfsus ki, bəzi dostlarımız AzNetin inkişaf edəcəyinə və təkmilləşəcəyinə ümid bəsləmirlər. Və deyirlər ki, bizim istifadəçilər ancaq əyləncə tipli saytları sevirlər və ziyarət edirlər. Ona görə də bu yeni layihələrin bir xeyri olmayacaq. 

Bəlkə də ilk başda düz deyirlər. Amma gələcəkdə bu cür layihələrin xeyri min qat olacağını zəmanət verirəm. Bu cür fikirlərin dəyişdirilməsi üçün isə əlimizdən gələni etməliyik.

AzNetdə reklama qadağa qoyan saytlar və forumların bu cür boş pafoslu tabularını yıxmaq üçün ilk milli digg, xebername.com saytı yarandı. Saytda sayt idarəçilərinə heç maddi mənfəət yoxdur, istifadəçilər öz sayt və bloglari və digər saytlar və bloglar yazıların saytda digər istifadəçilər və ziyarətçlərə təqdim edə bilərlər və ziyarətçi qazana bilərlər. Əminəm ki, belə saytların yaranılması AzNetdə sayt və blogların arasında isti münasibətlərin və mehribanlığın yaradılmasına səbəb olacaq!


"Xəbərnamə"dən sonra, Azərbaycanda istifadəçi üçün ən azad forum iki il fəaliyyətdən sonra indi yeni ünvanda dəyərli istifadəçilərin qarşısındadır. Müzakirələr üçün muzakire.com saytına daxil olun. Azad surətdə öz saytlarınızı və bloglarınızı uyğun mövzularda təqdim edin. İmzanızda saytlarınızın adın və ünvanın yerləşdirin ki bəlkə bu saytın köməyiylə sizin saytın ziyarətçisinin sayı az da olsa artsın. 

 Öz dəyərli fikirlərinizi yazmaği unutmayın.

Yazar: Fərhad @Aprel 13, 2008 10:18
İnternet | Şərhlər(5)
Baxış sayı: 180
Açar sözlər: muzakire müzakirə dəb forum azərbaycan 
Bookmark and Share

Türk Blogçulari hər yerdə!

İranda yaşayan soydaşlarımızın blogla marağlanan şəxsləri Fars dilində yaranmış blog sistemləri o cümlədən Blogfa, BlogSkyPersianblog sistemlərində blog yazırlar. Fars əlifbasi ilə Azəri dilində blog yazanların sayı elə də az deyil. (Maşallah deyım göz dəyməsin)

Bu sistemlərdə ən dəyərli və maraqli olan bloglar, Türkcə yazılan bloglardan ibarətdir. (əlbəttə mənə elə gəlir) Mən  Fars dilində olan bloglarında çoxun oxuyuram, amma nəsə məncə onların çoxunda dəyərli və faydali  yazılar tapmaq olmur. belə bloglar  umumən əyləncə movzusunda olurlar və boş  sözlər və şəkillərdən  dolub daşırlar.  tabii ki bəzi faydali və dəyərli bloglarda tapmaq olur və mən onların bəzilərilə artiq tanış olmuşam.

Türkcə yazılan bloglarda ədəbi və mədədniyyət movzularında ən dəyərli və faydali yazılar tapmaq olur. amma çox təəsüflər olsun ki bu blogların çoxu Fars (Ərəb) əlifbasi ilə blogların yazırlar və bu yazılari oxumaq bizim vətəndaşlar üçün imkansızdi.

Mən bu sistemlərdə olan aktiv Türk blogçulardan Azəri Blogda blog yaratmaq və ana dilimizdə blog yazmağ üçün dəvət edirəm. 

Yazar: Fərhad @Fevral 17, 2008 13:04
Blog Dünyası | Şərhlər(4)
Baxış sayı: 233
Açar sözlər: blogçular cənubi azərbaycan blog 
Bookmark and Share

Vətənpərvərlik

Çox təəsüflər olsun ki 20 faizi Ermənilər tərəfindən işğal edilmiş ölkənin telviziyasında vətənpərvərlik verilişlər yerinə günbəgün boş boş şou biznes adli şou bıraxışlari nümayiş olunur!

Şou biznes pis deyil və bu sahədə fəaliyyət etmək və uğurlar qazanmaq lazimdi və təbii ki ölkədə elə verlişləri sevənlərdə vardi amma hər kanadla 2-3 şou verlişi ölkəmizin belə vəziyyətində, elədə yaxşi deyil. 

Nə yaxşi olardi ki ölkə igidləri üçün televiziya kanallarında belə ən maraqsız verlişlər yerinə, gənclərin vətənpərvərlik və qəhrəmanlıq hisslərini aşılamaq və vətənə sevgi yaratmaq üçün verlişləri olardi. 

İşğal olunmuş əraziləri azad etmək ölkə başçılari dedikləri kimi, sözdə çox asan gəlir amma məncə əgər belə asan olsaydi bəs niyə bu 10-12 ildə biz topraqlarımızı azad edə bilməmişik?

Azərbaycan hər cəhətdən Ermənistandan başdi amma gərək səbəb tapılsın ki niyə biz topraqlarımızı azad edə bilmirik! 

Yazar: Fərhad @Fevral 13, 2008 9:48
Azərbaycan | Şərhlər(3)
Baxış sayı: 184
Açar sözlər: vətənpərvərlik ermənistan azərbaycan işğal 
Bookmark and Share

Vətəndə Bloglar

Bu neçə gündə ki blog yazmırdım, blog dünyasında uzaq deyildim, və Azeri Blog da olan bloglar və bəzi vətəndaşlarımızın Azəri dildə olan blogların  misal üçün  OxatanGurbanov oxudum. 

Demək olar ki oxuduğum bloglardan çoxlu məlumat oyrəndim (və bəzilərində heç bir faydali yazı tapa bilmədim) bəzi dostların blogların siyahət etmək və onların yeni yazıların oxumaq mən gündəlik işlərimdən olub. 

Azərbaycanda blogların çoxalmasi və müxtəlif movzularda yazılan məqalələr və materyallar məni çox sevindirir. və ümid varim ki ən qısa zamanda elə olsun ki hər Azərbaycanlının bir blogu olsun. 

Yazar: Fərhad @Fevral 12, 2008 9:26
Blog Dünyası | Şərhlər(1)
Baxış sayı: 205
Açar sözlər: blog azərbaycan 
Bookmark and Share

tarixinin ən qara səhifəsi

20 Yanvar

20 Yanvar Azərbaycan tarixinin ən qara səhifələrindəndir. Gəlin bu günü unutmayaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin

Yazar: Fərhad @Yanvar 20, 2008 10:33
Gündəliyim | Şərhlər(0)
Baxış sayı: 179
Açar sözlər: 20 yanvar azərbaycan 
Bookmark and Share

Yeni amma əslində köhnə saytlar

Aznetdə yeni saytlar yaranır və internet istifadəçilərinə təqdim olunur. bəzilər çox səs səda ilə təqdimat mərasimi keçirdirlər və ən genişli reklam edirlər. və bəziləridə səs sədasız yaranıb fəaliyyətə başlayırlar. bəziləri bir muddət fəaliyyətdən sonra silib birdə yox olurlar və bəziləri işlərinə dəvam edirlər.

Yaxın günlərdə televiziya reklamlari təvəsütilə bir yeni saytla tanış oldum, Enter.az. çox gülməli reklami vardidi həqiqətən bəyəndim və o elə səbəb oldu mən sayta daxil olmağa çalışım. Sayta daxil olan zaman ilk nəzərə gələn şey bu oldu ki aya bu sayt yeni bir saytdi? domain adi ki elə bildirir, amma saytın dizayni, saytın scripti və sayt materyallari və movzulari çox təkrar olunmuş bir şeydi.

Belə saytların sayı əyləncə movzusuilə əlaqədar indi Azərbaycanda çox çoxdu. mix.az,  joy.az,  live.az, bakumix.net,  tac.az, open.az  və ... hammısı eyni scriptlə eyni movzuda fəaliyyət gösdərirlər çoxlu ziyaratçılari vardi amma bu saytlarda yenilik yoxdu. 

Təəsuflər olsun ki Aznetdə yeni bir hərkət internet aləmində gözə gəlmir və elə faydali işlər gorsənmir. hər halda Enter.az saytının güçlü surətdə (Reklam cəhətdə) Aznetə daxil olmasın müsbət baxışla Aznet üçün faydali bilib və bütün sayt idarəçilərnə işlərinin uğurlu olmağın arzulayıram.

Yazar: Fərhad @Yanvar 9, 2008 12:09
Gündəliyim | Şərhlər(1)
Baxış sayı: 184
Açar sözlər: aznet azərbaycan 
Bookmark and Share

Qar külək

QarAllah bərəkət versin və Allah belə nemətləri daha artırsın. Qar gəldi və Çoxlarının, xüsusilə də uşaqların səbirsizliklə gözlədiyi bu qar onlara sevinc bəxş etdi.

Artıq 3 gündür ki, ölkəmizin ərazisində hava kəskin soyuyub. həmdə respublikada qarlı, şaxtalı hava şəraitinin yanvarın 11-dək davam edəcəyi gözlənilir. məktəblərdə tətil oldular ki bu şaxta havalarda xalqın ovladları məktəb yolunda donmasınlar və bəzi digər problemlər bu ağır vəziyyətdə olmasın.

Qarın gəlməyı kəndlərdə əkinçilərdə daha sevindirdi. amma unutmayaq ki, evlərində istilik olmayan, evlərinin damı su buraxan, yolları buz bağlayan insanlar üçün bu heç də sevindirici hal olmadı.

Davamı...

Yazar: Fərhad @Yanvar 9, 2008 10:07
Gündəliyim | Şərhlər(0)
Baxış sayı: 184
Açar sözlər: qar azərbaycan 
Bookmark and Share