Reklam verin!

Qar külək

Yazar: Fərhad @ Yanvar 9, 2008 10:07

QarAllah bərəkət versin və Allah belə nemətləri daha artırsın. Qar gəldi və Çoxlarının, xüsusilə də uşaqların səbirsizliklə gözlədiyi bu qar onlara sevinc bəxş etdi.

Artıq 3 gündür ki, ölkəmizin ərazisində hava kəskin soyuyub. həmdə respublikada qarlı, şaxtalı hava şəraitinin yanvarın 11-dək davam edəcəyi gözlənilir. məktəblərdə tətil oldular ki bu şaxta havalarda xalqın ovladları məktəb yolunda donmasınlar və bəzi digər problemlər bu ağır vəziyyətdə olmasın.

Qarın gəlməyı kəndlərdə əkinçilərdə daha sevindirdi. amma unutmayaq ki, evlərində istilik olmayan, evlərinin damı su buraxan, yolları buz bağlayan insanlar üçün bu heç də sevindirici hal olmadı.

Davamı...

Azərbaycan Respublikasının himni

Yazar: Fərhad @ Yanvar 6, 2008 13:05

AzerbaijanAzərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

  Söz - Əhməd Cavad

Buradan diləyın 

AzeriBlog və reklam məsələsi

Yazar: Fərhad @ Dekabr 2, 2007 10:03

Artıq 5 aydır AzeriBlog fəaliyyətə başlayıb və Azərbaycanda milli dildə blog imkanını siz əziz istifadəçilərə bəxş edib. Fikrimiz budur ki, tez-tez AzeriBlogda yeni imkanlar yaradaq və öz istifadəçilərimizi şad edək. Buna görədir ki, sizlər bu 5 ay ərzində AzeriBlogda müxtəlif mövzularda yeniliklərin şahidi olmuş və bu yeni imkanlardan istifadə etmisiniz. (məsələn buraya baxın)

Mən indi 5 aydan sonra qayıdıb keçən aylara baxıram və görurəm ki, bu neçə ayda Azeriblogdan mənə heç maddi qazanc və mənfəət olmayıb və yalniz bu neçə ayda 2000 dollara yaxın saytın Serverinə və onun Traffikinə pul ödəmişəm ki, AzeriBlog saytı istifadəçilər üçün mütəmadi işlək və aktiv vəziyyətdə olsun.

Amma gərək elə olsun ki, heç olmasa saytın serverinin pulunu bir yerdən əldə edək və buna görə indi fikirləşirəm ki, AzeriBlog kimi şəxsi xidmət verən saytlar haralardan gəlir əldə edirlər?

Bildiyiniz kimi belə saytın xərclərini ya gərək onun istifadəçiləri ödəsin (yəni pul ödəyərək üzv olsunlar) və ya gərək saytda reklam vasitəsilə sayta pul qazanmaq imkani yaransın ki, saytı idarə edən şəxsə, yəni mənə Saz bundan əlavə çətinlik yaranmasın. 

AzeriBlog istifadəçilərinin maddi vəziyyətini nəzərə alaraq başa duşuruk ki, istifadəçilərimiz AzeriBloga pul ödəyə bilməzlər və ümid ikinci yola baş vurmaqdır ki, o da saytda reklam yayınlamaqdır.

Ötən 5 ayda reklam sifarışi heç yerdən AzeriBloga verilməyib! Və bunu da deməliyəm ki, mən 10-15 şirkət və banka məktub göndərdim və istədim ki, AzeriBlogda pulsuz surətdə 1 ay reklam versinlər və əgər razi olsalar reklamların çox ucuz qimətlə davam etsinlər amma onlardan heç bir xəbər çixmadı və bilmədim səbəbi nədir!

AzeriBlogda reklam qiyməti digər saytlarda yerləşən bannerlər və reklamların sayına və onların olçülərinə baxanda çox ucuzdur (ayda 150 AZN) AzeriBlogda reklam bölməsində daha ətdəflı baxa bilərsiniz. Bizim bəzi saytlar ki, reklamlarla dolub-daşırlar (bir səhifədə azi 15 reklam) və hər zaman da reklamları mövcuddur və düzdür ki, elə saytların ziyarətçiləri AzeriBlogdan çoxdur amma qiymətlərinə baxanda (həftədə 700$) və reklamların ölçüsü və sayına baxanda məlum olur ki, AzeriBlog elə saytlardan reklam üçün çox münasib bir xidmət təklif edir.

Bilirsiniz ki, belə saytlarda reklamların görunməsi və oların üstunə tıqlanma imkanı çox azdı amma bilmirəm niyə reklam verənlər belə yerlərə daha çox reklam verirlər!

Hər halda yazının sonunda deməliyəm ki, əgər AzeriBlog saytına heç vaxt da reklam tapılmasa heç fərq etməz çunku mən yalnız öz həvəsimə görəyalnız vətənim Azərbaycana görə bu blog xidməti verən saytı əziz internet istifadəçilərimiz üçün yaratmışam və çalışacağam ki, ömür boyu minnətsiz xidməti Azərbaycanca danışan həmvətənlərimə hədiyyə edim!

Azərbaycan və FİFA 2010

Yazar: Fərhad @ Noyabr 25, 2007 21:59

FİFAAzərbaycan milli yığma futbol komandası FİFİ 2010 seçmə qrup mərhələsində 4-üncu qrupda Almaniya, Rusiya, Finlandiya, Uels Lixtenşteyn ölkələrinin milli yığma futbol komandalarıya qarşılaşacaq.

Allah bizim üzümizə baxsın ki, bu güclu futbol komandalarından 10-15 qol yeməsin! FİFA dünya yığmalarının yeni reytinq siyahısını da açıqlayıb. Futbol üzrə milli komandamız ötən ay olduğu kimi bu dəfə də 109-cu pillədə qərarlaşıb. Və aydındır ki, bizim milli yığma bu qrup mərhələsindən çıxma şansı azdır amma çox yaxşı olardı ki, milli yığmamız fərli oyanıyıb bizi biyabr etməsin və etibar qazansın. Hər halda millilərimizə uğurlar diləyirik!

 

I qrup Portuqaliya, İsveç, Danimarka, Macarıstan, Albaniya və Malta

II qrup Yunanıstan, İsrail, İsveçrə, Moldova, Latviya və Luksemburq

III qrup Çexiya, Polşa, Ş.İrlandiya, Slovakiya, Sloveniya və San-Marino

IV qrup Almaniya, Rusiya, Uels, Finlandiya, Azərbaycan, Lixnşteyn

V qrup İspaniya, Türkiyə, Belçika, Bosniya-Heseqovina, Ermənistan və Estoniya

VI qrup Xorvatiya, İngiltərə, Ukrayna, Belarus, Qazaxıstan və Andorra

VII qrup  Fransa, Rumıniya, Serbiya, Litva, Avstriya və Farer adaları

VIII qrup  İtaliya, Bolqarıstan, İrlandiya, Kipr, Gürcüstan və Çernoqoriya

IX qrup Hollandiya, Şotlandiya, Norveç,  Makedoniya və İslandiya

Azəri blog Azərbaycanda

Yazar: Fərhad @ Noyabr 3, 2007 9:21

Maşallah, günbəgün blogçularımiz artır! və Azəri dildə yeni bloglar sayta yaranır. Əziz vətəndaşlarımız dünyanın müxtəlif ölkələrinnən Azəri blogda hisab yaradıb və blog yazırlar. indi Azəri blog ziyaratçılarının çox faizi Azərbaycannan yox bəlkə digər ölkələrdən bloga daxil olurlar: İran, Türkiyə, Rusiyə, ABŞ və olardan sonra Azərbaycan!

bu onu göstərir ki hələ vətənimizdə blog ocur ki gərək inkişaf olunmayıb və bu bizə (sayt idarə həyati və blogçular ) bir misajdı! ki biz azəri blogi Azərbaycanda məşhur etmək üçün çalışaq. 

QUQUŞ BAKIYA GƏLİR

Yazar: Fərhad @ Oktyabr 30, 2007 16:12

GoogooshÇoxdandır səs-sorağı çıxmayan müğənni Yaqub Zurufçudan təzə xəbər var. Belə ki, müğənni yaxın günlərdə 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Tədbiri isə Azərbaycan Dövlət Filarmoniyasında keçirməyi planlaşdırır: “Xeyli vaxtdır solo-konsert verməyi planlaşdırıram. Mənə elə gəlir ki, artıq vaxt çatıb. İstəyirəm, pərəstişkarlarımı bir araya gətirim”.

Bu hələ son deyil. Müğənni söhbət əsnasında bildirdi ki, bir zamanlar “Ayrılıq” mahnısını birgə ifa etdiyi Ququş Bakıya gələcək. Bu işi öz üzərinə götürən Yaqub Zurufçu söylədi ki, Ququşu Azərbaycana gətirmək üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur: “Biz onunla bu yaxınlarda Amerikada yenidən görüşdük. ”Ayrılıq" mahnısının remiks variantını işləyib hazırladıq. Ququş buraya gəlmək istəyir, çünki o, özü də azərbaycanlıdır".

Zurufçu bildirdi ki, hazırda Ququşla danışıqlar aparılır. Yaxın zamanlarda musiqisevərlər onun ifasını dinləmək şansı qazanacaqlar: “Bu haqda açıqlama versəm, yaxşı alınmayacaq.

Həmişə dediyim sözün üstündə dayanmağa çalışıram. Yəni fəaliyyət göstərirəm ki, söylədiklərimi reallaşdırım. Yeri gəlmişkən, Ququş Azərbaycanı görmək üçün çox can atır”.

Uzun illərdir ABŞ-ın Los-Anceles şəhərində yaşayan, bununla belə, doğma Azərbaycan dilini unutmayan Ququş heç də boş oturmayıb. Y.Zurufçunun sözlərinə görə, müğənni təzə mahnılar üzərində işləyir, tez-tez konsert proqramları ilə çıxış edir".

Mənbə: Yeni Musavat qəzeti 

« Əvvəlki səhifə   Yazılar cəmi: 14