Artıq 5 aydır AzeriBlog fəaliyyətə başlayıb və Azərbaycanda milli dildə blog imkanını siz əziz istifadəçilərə bəxş edib. Fikrimiz budur ki, tez-tez AzeriBlogda yeni imkanlar yaradaq və öz istifadəçilərimizi şad edək. Buna görədir ki, sizlər bu 5 ay ərzində AzeriBlogda müxtəlif mövzularda yeniliklərin şahidi olmuş və bu yeni imkanlardan istifadə etmisiniz. (məsələn buraya baxın)
Mən indi 5 aydan sonra qayıdıb keçən aylara baxıram və görurəm ki, bu neçə ayda Azeriblogdan mənə heç maddi qazanc və mənfəət olmayıb və yalniz bu neçə ayda 2000 dollara yaxın saytın Serverinə və onun Traffikinə pul ödəmişəm ki, AzeriBlog saytı istifadəçilər üçün mütəmadi işlək və aktiv vəziyyətdə olsun.
Amma gərək elə olsun ki, heç olmasa saytın serverinin pulunu bir yerdən əldə edək və buna görə indi fikirləşirəm ki, AzeriBlog kimi şəxsi xidmət verən saytlar haralardan gəlir əldə edirlər?
Bildiyiniz kimi belə saytın xərclərini ya gərək onun istifadəçiləri ödəsin (yəni pul ödəyərək üzv olsunlar) və ya gərək saytda reklam vasitəsilə sayta pul qazanmaq imkani yaransın ki, saytı idarə edən şəxsə, yəni mənə
bundan əlavə çətinlik yaranmasın.
AzeriBlog istifadəçilərinin maddi vəziyyətini nəzərə alaraq başa duşuruk ki, istifadəçilərimiz AzeriBloga pul ödəyə bilməzlər və ümid ikinci yola baş vurmaqdır ki, o da saytda reklam yayınlamaqdır.
Ötən 5 ayda reklam sifarışi heç yerdən AzeriBloga verilməyib! Və bunu da deməliyəm ki, mən 10-15 şirkət və banka məktub göndərdim və istədim ki, AzeriBlogda pulsuz surətdə 1 ay reklam versinlər və əgər razi olsalar reklamların çox ucuz qimətlə davam etsinlər amma onlardan heç bir xəbər çixmadı və bilmədim səbəbi nədir!
AzeriBlogda reklam qiyməti digər saytlarda yerləşən bannerlər və reklamların sayına və onların olçülərinə baxanda çox ucuzdur (ayda 150 AZN) AzeriBlogda reklam bölməsində daha ətdəflı baxa bilərsiniz. Bizim bəzi saytlar ki, reklamlarla dolub-daşırlar (bir səhifədə azi 15 reklam) və hər zaman da reklamları mövcuddur və düzdür ki, elə saytların ziyarətçiləri AzeriBlogdan çoxdur amma qiymətlərinə baxanda (həftədə 700$) və reklamların ölçüsü və sayına baxanda məlum olur ki, AzeriBlog elə saytlardan reklam üçün çox münasib bir xidmət təklif edir.
Bilirsiniz ki, belə saytlarda reklamların görunməsi və oların üstunə tıqlanma imkanı çox azdı amma bilmirəm niyə reklam verənlər belə yerlərə daha çox reklam verirlər!
Hər halda yazının sonunda deməliyəm ki, əgər AzeriBlog saytına heç vaxt da reklam tapılmasa heç fərq etməz çunku mən yalnız öz həvəsimə görə və yalnız vətənim Azərbaycana görə bu blog xidməti verən saytı əziz internet istifadəçilərimiz üçün yaratmışam və çalışacağam ki, ömür boyu minnətsiz xidməti Azərbaycanca danışan həmvətənlərimə hədiyyə edim!