Reklam verin!

AzəriBlogın fəaliyyətindən bir il keçdi

Yazar: Fərhad @ İyul 21, 2008 0:09

İlk pulusz Azərbaycan blog sistemi olan, AzəriBlogın fəaliyyətindən artıq bir il keçdi. və bu gün AzəriBlogın ad günüdür. bu yazını mən AzəriBlogın ad gününün ilk saatında və dəqiqələrində yazıram. necə ki bir il bundan öncə AzəriBlog sistemində ilk yazını yazmışdım.

keçən il mənim üçün çox əla bir il oldu. necə ki keçən il yəni AzəriBlogın ilk il fəaliyyətində çoxlu dərslər aldım, təcrübələr qazandım və hamısından önəmli özimə çoxlu dost qazandım.

Keçən ildə AzəriBlogu nümrə 1 və faydalı sayt etmək üçün çalışdım, maddi ehtiyaclara baxmiyaraq saytın güclü işləməyi üçün əlimdən gələni etdim və yeni il fəaliyyətində, ilk ildəki təcrübələrdən istifadə edərək,  saytın imkanların genişləndirmək üçün çalışacam.

Əlbəttə bunu qeyd etməliyəm ki işlərin çoxun etmişəm və ən qısa zamanda sistemdə yeni stillər, yeni imkanlar və saytın yeni dizaynına şahid olacaqsınız. və bunların hamısı inşallah 2-3 ay ərzində reallaşacaq və sayt beta versiyasından çixacaq.

Ümidvaram ki AzəriBlog illər boyu güclü surətdə fəaliyyətinə davam etsin və gün-bə-gün genişlənsin və inkişaf olunsun. bunların hamısı sistemin dəyərli istifadəçiləri və onların dəstək və köməklərilə mümkun olcaq.

Bu barədə digər bloglardan:

  Yazılar cəmi: 1