Reklam verin!

Sahil

Fərhad Əsgərzadənin şəxsi blogu

Virtual tanışlarım və sonra real dostlarım

Nəhayət ki, blog dünyasında olan arzularımın birinə artıq nail oldum! İlk dəfə olaraq Azərbaycan blogçularının görüşü baş tutdu və artıq bizlər, yəni blogçular bir-birimizlə yaxından tanış olduq.

Görüşün məqsədi blogçuların öz həmkarları ilə tanış olmaq idi və elə də oldu. İlk görüş olaraq görüş çox əla keçdi və təsəvvür etmədiyim sayda blogçu göruşdə iştirak etmişdilər. Əminəm ki, sonrakı görüşlərmizdə daha çox blogçu iştirak edəcək, inşallah

Görüşdə hansı istədiyim blogçulari gördum:

Mayis Musayev- Mayıs Musayev: Dostum Mayisi ilk dəfə olaraq bu görüşdə yaxından gördum. Ondan öncə yalnız blogda şərhlər və Yahoo Messenger vasitəsiylə əlaqə saxlamışdıq. Amma bu blogçular görüşü səbəb oldu ki, Mayisi yaxından görüm. Mayis elə fikrimdə olan şəxsdir. Səmimi və gülərüz! Mayis məni Tünzalə Ağayevin solo konsertinə dəvət etdi. Konserti heç bəyənməsəm də Mayisə bu dəvət üçün təşəkkür edirəm. Konsertdə digər Azəriblogçular da vardı!

 

Laçın Ələkbərov- Laçın Ələkbərov: Mənim hal-hazırda ən yaxın və ilk Azərbaycanda yaşayan dostumdur. Laçın dostum dağlar çapan qədər var. Bu neçə gündə Laçınla dəfələrlə göruşduk və çox şad oldum. Laçın ilk dəfə olaraq Azərbaycanda mühəndislər cəmiyyəti yaratmaq fikrindədir.O işi ilə çox məşğul olduqu üçün blogunda yeniliklərə vaxt ayıra bilmir. Laçınə bu dəyərli layihədə və digər işlərində uğurlar diləyirəm!

 

Şahsuvar HümbatovŞahsuvar Hümbətov: Mənim əziz və səmimi dostum. Demək olar Azərbaycanın ən güclü proqramçılarından biridir. Şahsuvar Oracle proqramında ən güclu peşəkardır və Azərbaycanda çoxlu proyektlər keçirdib və yaradıb. Şahsuvarla olan zaman insan heç vaxt darıxmaz. Şahsuvarın həmişəlik gülərüzü adama enerji verir.

 

Zahir Əzəmət- Zahir Əzəmət: müxtəlif xəbər saytları və qazetlərində aktiv olan dostlarımdan biri. Gündə azından 18 saat kompyuter arxasında olan şəxsin danışıqları və söhbətlərinin hamısı məlumatdır. Zahir bəy doğrudanda öz məlumatları ilə məni həddindən çox maraqlandırdı. Zahirlə yemək yeyib, çay içdik. Zahirin çoxlu dəyərli fikirləri var ki, inşallah hamısını əla surətdə reallaşdıracağıq. Təbii ki, əlimizdən gələn köməkləri edəcəyik!

Eyvaz Qocayev- Eyvaz Qocayev: çox şərif insandir bu Eyvaz. Necə Eyvazın blogında ən son xəbərləri bir yerdə tapmaq olar, bütün gözəl insani xəsiyyətləri də onun özündə cəm olaraq görmək mümkündür. Eyvaz mənim üçün bir-iki iş də gördü amma mənim vaxtım olmadığına görə Eyvazın zəhmətləri də hədər oldu. İnşallah sonralar istədiyimiz işləri bilikdə görəcəyik.

 

Rauf: Deyirlər ki gənclər hər ölkənin sərvətidir. Rauf da Azərbaycanın ən aktiv gənclərindəndir. Rauf Azəriblog sistemi ola-ola (Təbəssüm)   WordPress blog sisteminin azarkeşi olsa da, ən aktiv blogçuların biridir. Əgər bütün Azərbaycan gənclərinin Azərbaycana qarşı olan təəssübü Raufun İrəli Gənclər Hərəkatına qarşı təəsubkeşliyi qədər olsaydı indi Azərbaycanın 20% torpağı işğal altında olmazdı və ölkəmiz ən güclü ölkələrdən biri olardı. Raufun blogu neçə gündür Google Page Rankında 5-ci səviyyəyə yüksəlib. Bu münasibətlə Raufu təbrik edirəm. Və deyirəm o gün olsun ki, blogun 10 PR sahib olsun!

 

Aytekin Aliyeva- Aytəkin Aliyeva: Aytəkin Azəriblogun ən ciddi blogçularindan biridir. O göruşdə iştirak edən tənha qız blogçu idi. Çoxlu hərarətli və səmimiyyətlə göruşdə gedən söhbətlərdə iştirak edirdi və digər blogçularla tanış olmağa çalışırdı. Aytəkin ilə yaxından tanış olduğum üçün çox şad oldum. Ümidvarım ki, sonrakı görüşlərdə digər qız blogçular da  Aytəkin xanımın timsalında iştirak etsinlər.

 

Digər yaxından  tanış olduğum dostlar: Ən aktiv Bakı jurnalist gənci Turxan, Tələbələrə  bir virtual yığıncaq yığan Mürsəl, Gün gələcək hər kəs blogım haqqında danışacaq şuari olan Vuqar Baba, blogu sayta bənziyən və bloguna güclü imkanları lazım bilən Lyrics S.N. ,Bayraqdar, Maliyyə, Emin, Rəşad, Ramin DEKO və digər dostlar ki görüşdə iştirak etmişdilər və mən indi onların adların unutmuşam...

Bəzi istədiyim blogçular da görüşdə müxtəlif səbəblərə görə iştirak etməmişdilər: ən çox yaxından tanış olmaq istədiyim blogçulardan biri Vusal Məmədov idi. İnşallah ümidvaram ki, sonrakı görüşdə xeyli blogçular iştirak edərlər.

Yazar: Fərhad @May 4, 2008 23:00
Blog Dünyası | Şərhlər(5)
Baxış sayı: 146
Açar sözlər: görüş blogçular azerbaycan azeriblog 
Bookmark and Share