Reklam verin!

XəbərNamə: xəbərə verilən dəyər!

Yazar: Fərhad @ Mart 10, 2008 8:00
Mənim blogumda indi bir dəyişiklik var! Gördünüz mü? Blogun əsas səhifəsində hər yazı ‎bölməsində bir kiçik işarə (logo) yerləşdirmişəm. Bu işarə bu gündən bloguma əlavə olunub. Bu ‎ digg.com əjdaha saytının işarəsi deyil, yeni layihəmiz olan, milli ‎diggimiz XeberName.com saytının işarəsidir. ‎

XəbərNaməYeni layihəmin adı XəbərNamədır. Qısa şəkildə deyim ki, XəbərNamə Azərbaycan ‎milli xəbər paylaşma saytıdır. Belə demək mümkünsə milli digg! Bu sayt Azərbaycan internet məkanında mövcud olan xəbər və məlumatların istifadəçilər ‎tərəfindən məşhur seçilərək toplanma xəzinəsidir. Bu layihədə AzəriBlog ‎kimi, ilk dəfə olaraq məhz Azərbaycan dilində Azərbaycan istifadəçiləri üçün, bizim AzNetin inkişafiı‎üçün ElimizOnline İT groupun növbəti layihəsidır.‎

XəbərNamə barəsində ətrafli məlumati öz saytından əldə edə bilərsiniz. ‎

XəbərNaməBu blogdakı işarə barəsində onu deyim ki, bu işarə vasitəsiylə mənim blogumda sevdiyiniz, bəyəndiyiniz və ilk səhifəyə düşəcəyini iddia etdiyiniz xəbəri XəbərNamə saytına əlavə edə bilərsiniz. Bir tıqlama ilə bunu etmək mümkündür!  Bunu etməklə siz xəbəri "XəbərNamə" satına əlavə etməkdən savayı, həmçinin səsvermə, şərh etmə kimi xidmətlərlə zənginləşdirirsiniz.‎

Ən çox səs qazanan xəbərlər məşhur xəbərlər adıyla "XəbərNamə"nin əsas səhifəsinə yüksəlir və blogumun yazısı bir çox ziyarətçilərə təqdim olunur. Bu həmçinin mənim üçün də (istəsəniz sizin üçün də ola bilər ;) ) pulsuz reklam deməkdir! ‎

Siz də əgər Azəriblog sistemində və ya başqa blog sistemlərində blog yazmaqla məşğul olursunuzsa, çox rahat surətdə bu işarəni öz blogunuza əlavə edə bilərsiniz. "XəbərNamə"də ‎üzv olmaq üçün buradan XəbərNamənin qeydiyyat səhifəsinə daxil olun və işarəni ‎blogunuza yerləşdirmək üçün "XəbərNamə"nin blog və sayt xidməti səhifəsinə daxil ‎olun. "XəbərNamə" saytına keçid verib ona dəstək olun. Bundan əlavə XeberName.com ‎saytının bir kiçik reklam banneri də var ki, əgər istəsəniz blogunuz və ya saytınızda yerləşdirə ‎bilərsiniz.‎

Mən əminəm ki, bu layihə də AzNetdə ən güclü xidmətlərdən biridir və AzNet inkişafına çox ‎köməyi olacaq.  Bu layihəyə sizlərin də dəstəyini gözləyirik! Bütün istifadəçilərimizə xeyirli olsun! Uğurlar!‎

Yeni amma əslində köhnə saytlar

Yazar: Fərhad @ Yanvar 9, 2008 12:09

Aznetdə yeni saytlar yaranır və internet istifadəçilərinə təqdim olunur. bəzilər çox səs səda ilə təqdimat mərasimi keçirdirlər və ən genişli reklam edirlər. və bəziləridə səs sədasız yaranıb fəaliyyətə başlayırlar. bəziləri bir muddət fəaliyyətdən sonra silib birdə yox olurlar və bəziləri işlərinə dəvam edirlər.

Yaxın günlərdə televiziya reklamlari təvəsütilə bir yeni saytla tanış oldum, Enter.az. çox gülməli reklami vardidi həqiqətən bəyəndim və o elə səbəb oldu mən sayta daxil olmağa çalışım. Sayta daxil olan zaman ilk nəzərə gələn şey bu oldu ki aya bu sayt yeni bir saytdi? domain adi ki elə bildirir, amma saytın dizayni, saytın scripti və sayt materyallari və movzulari çox təkrar olunmuş bir şeydi.

Belə saytların sayı əyləncə movzusuilə əlaqədar indi Azərbaycanda çox çoxdu. mix.az,  joy.az,  live.az, bakumix.net,  tac.az, open.az  və ... hammısı eyni scriptlə eyni movzuda fəaliyyət gösdərirlər çoxlu ziyaratçılari vardi amma bu saytlarda yenilik yoxdu. 

Təəsuflər olsun ki Aznetdə yeni bir hərkət internet aləmində gözə gəlmir və elə faydali işlər gorsənmir. hər halda Enter.az saytının güçlü surətdə (Reklam cəhətdə) Aznetə daxil olmasın müsbət baxışla Aznet üçün faydali bilib və bütün sayt idarəçilərnə işlərinin uğurlu olmağın arzulayıram.

  Yazılar cəmi: 2